www.derinbilgiler.net » Məqalələr » İmani » İran və Səudiyyə Ərəbistanın təzyiqi ilə artan ateizm

 
 
 


İran və Səudiyyə Ərəbistanın təzyiqi ilə artan ateizm

Müəllif: Terish Tarix 1-05-2015, 12:34, Baxılıb: 357

0
İran və Səudiyyə Ərəbistanın təzyiqi ilə artan ateizm



Mustafa Özcan 2012-ci ilin iyun ayında qələmə aldığı "Ciddəyə vuran ateizm dalğaları!" başlıqlı məqaləsində çox əhəmiyyətli bir həqiqəti bildirmişdir. Özcan İran və Səudiyyə Ərəbistanında geniş kütlələrin dindarlığı tərk edib ateizmə yuvarlandığını bu sözlərlə ifadə etmişdir:
"Bəzi hisslər insanı yanıldır. Məsələ burasındadır ki, Səudiyyə Ərəbistanını mühafizəkar bir ölkə hesab edirsiniz. Zahirən elədir də. Lakin ölkələrin və şəhərlərin də başqa bir daxili şəxsiyyəti və mənliyi içində başqa bir mənliyi var... Hətta sosial çöküntü və ya boşanma saylarında dünyəvi ölkələrdən biri sayılan Tunislə ən mühafizəkar kateqoriyada yer alan İran və Səudiyyə Ərəbistanının yarış halında olduqlarını anlamışdım.
Son günlər 100 akademik və elm əhli Ciddə ilə bağlı ortaq bir manifest və bəyanat verirlər və bu şəhərin ateizm dalğalarına təslim olmağın sahilinə gəldiyini ifadə edirlər. Daha doğrusu, ortaq fəryad qoparırlar. Səsimizi eşidən olarmı deyə. Əlbəttə, hamını vəzifəyə dəvət edirlər. Səbəbləri və dərmanları üzərində dayanırlar".
Mustafa Özcan cəmiyyətin ateizmə üz tutmasının səbəblərini də bu şəkildə izah edib:
"Bu dalğanın əsas səbəbi də kapitalist atmosferdir. Dünyəviləşən şəhərlər zaman keçdikcə ateist şəhərlərə çevrilir. Dünyəviləşmə ateizmə səbəb olur. Lakin bu, Məkkənin hərarətinin bir şəkildə Ciddəyə əks etdirmədiyini də göstərir. Bu, daha böyük bir fəlakətdir. Ruhdan uzaq nəhəng binalar və bu süni memarlıq toxuması içində əlbəttə ki, ruhlar donuqlaşır və yadlaşır. Beton qəfəs imanın qabiliyyətini əngəlləyir və təcrid edir. Şəxsiyyətsiz məkan və məkansız kimlik olmaz. Kütlələr imanın və İslamın hərarətini hissetməz hala gəlir, zombiləşirlər. Mədəniyyət həyat tərzi ilə mövcuddur və onunla birlikdə gəlir. Həyat tərzini formalaşdırır və qaydaları müəyyənləşdirir.
Səudiyyəli yazıçı Mənsur Nakiyə (Riyad qəzeti, 16/5/2010 tarixli yazısı) sual verilir: Dindarlığın atrofiya olunmasında və zəifləməsində quru Sələfi dindarlığın heç payı yoxdur? Quru dindarlıq və ruhunu itirmiş şəhərlər ateizm dalğalarına yol açır". (1)
Mustafa Özcan məqaləsində Səudiyyə Ərəbistanının yalnız bir cəhətini bildirmişdir. İranla birlikdə hər iki ölkəni dərindən araşdıranda qarşımıza çıxan mənzərə çox dəhşətlidir.
SƏUDİYYƏ ƏRƏBİSTANINDA QADIN OLMAQ
Qadınların maşın sürməsinin qadağan olduğu yeganə ölkə olan Səudiyyə Ərəbistanında krallıq "qadınların hərəkətlərinin kişilər tərəfindən nəzarət edilməsi" üçün yeni bir sistemi işə salıb.
Yeni sistemə görə, həyat yoldaşları ilə birlikdə səyahət etsələr belə, qadınlar xaricə gedəndə həyat yoldaşlarının cib telefonuna mesajla xəbər verilir. Hal-hazırda ölkədə həyat yoldaşlarının "razılığı" olmadan qadınların ölkə xaricinə çıxmaları qadağandır. Qadınların ölkə xaricinə çıxması üçün həyat yoldaşları sərhəddə və ya hava limanında "sarı kart" kimi tanınan bir sənədi imzalamalıdırlar.
Bundan başqa, oxumaq və ya işləmək üçün qadınların "kişi vəlilərindən" icazə alması lazımdır. Qadınların maşın sürməsinin qadağan olduğu yeganə ölkə olan Ərəbistanda qadınlar bu "cinayəti" işlədikləri təqdirdə həbs cəzasına məhkum edilir.
Səudiyyə qadınların çoxu şəkil çəkdirməyin üləma tərəfindən günah elan edilməsi səbəbindən şəxsiyyət vəsiqəsinə belə malik deyillər. Şəxsiyyət vəsiqəsi olmayan qadınlar heç bir rəsmi prosesdə iştirak edə bilmirlər.
2008-ci ildə Səudiyyə Ərəbistanının din xadimi Şeyx Haban "İki göz kişiləri başdan çıxarır" deyərək onların örtüyündə yalnız bir gözü açmasına izin verdiyini deyib, qadınlara göz makiyajı etməməyə çağırıb.
Bir qadının yanında onu müşayiət edən kişi bir qohumu olmadan taksiyə minməsi əxlaqsızlıq kimi görünür.
Evlərin çoxunda qadın və kişilər üçün ayrı-ayrı girişlər var.
Bunlar Səudiyyə Ərəbistandakı təzyiq və qadağaların yalnız bir hissəsidir.
SƏUDİYYƏ ƏRƏBİSTANDA YAYILAN HOMOSEKSUALİZM
Səudiyyə Ərəbistanında eyni cinslər arasındakı əlaqəyə ciddi nəzarət edilir. Yazıçı Süleyman Addonya bu qadağaların gətirdiyi təhlükəni məhz bu şəkildə dilə gətirir: "Cinsiyyətlər bir-birindən o qədər ayrıdır ki, qarşı cinsin çatışmazlığı yalnız tənhalıq hissi deyil, eyni zamanda böyük emosional və fiziki çatışmazlıq duyğusuna da yol açır. Bəzi gənclər, ancaq təbii ki, hamısı yox, öz aralarında seksuallıq yaşayır".
SƏUDİYYƏ ƏRƏBİSTANDA ALKOQOL VƏ NARKOTİK İSTİFADƏSİ
Səudiyyə Ərəbistanında qadağan və günah olduğunun qəbul edilməsinə baxmayaraq, alkoqolun və narkotik maddənin istifadəsi və asılılığının problem olduğu bildirilir. İlk dəfə 1987-ci ildə yalnız kişilərin müalicəsi üçün Riyadda Al-Amal Xəstəxanası açılıb, xəstə olanların dördə biri yenə də alkoqola və narkotik maddəyə başladıqları üçün üç dəfədən çox xəstəxanaya gətirilmişlər. Qadınlar isə birbaşa Ciddədə psixiatriya xəstəxanasına aparıblar, qadınlardakı asılılıq nisbəti 2.7 faiz olub. (3)
"The Economist" jurnalının apardığı araşdırmaya görə, Səudiyyə Ərəbistanı Ərəb ölkələri içərisində alkoqol istehlakının ən yüksək olduğu ölkələrdən biri sayılır. Səudiyyə Ərəbistanı ən çox spirt istehlak edən İslam ölkələri içərisində 6-cı sırada yer tutur.
İRANDA ALKOQOL VƏ NARKOTİK İSTİFADƏSİ
İranın Təbriz şəhərində 2005-2006-cı illərdə 16 yaşındakı gənclər üzərində aparılmış araşdırmada gənclərin 10 %-nin alkoqol və2.2 %-nin narkotik maddədən istifadə etdiyi görünmüşdür.
Bir başqa araşdırma da 2002-ci ildə Tehranda yaşayan 15 ilə 18 yaş arasında 1.385 gənc üzərində aparılmışdır. Cavabların gizli qalması üçün bütün tədbirlərin alındığı bu araşdırmada da gənclərin 80%-i özlərini çox dindar kimi təsvir etməsinə baxmayaraq, bu gənclərin 17%-i alkoqol və 2%-i narkotik maddədən istifadə etdiyini bildirmişdir. Tibb bacısı tələbələrində də buna bənzər bir araşdırma aparılmış, 400 tibb bacısı məktəbi tələbəsindən qız tələbələrin 27%-i və kişilərin 61%-i narkotiklərdən istifadə etdiyini bəyan edib. Alkoqoldan istifadə nisbəti 5.8 % olaraq müəyyənləşdirilmişdir.
İranda qadağan olunmasına baxmayaraq, homoseksualizm də cəmiyyətdə ifrat dərəcədə vüsət alıb.
İran əsilli fransız jurnalist Delfina Minoui İranda insanların qadağalarla gizlənpaç oynadığını bu sözlərlə ifadə edir:
"Çöldə ağlayarkən içəridə gülən, çöldə məcburi hicab, içəridə göbəyini açan, qolsuz köynək və aşağı kəmərli cins geyən, pomada çəkən, makiyaj edən gənc qızlar... Qadınlar... Qadağalarla sanki oyun oynayırdı, gizlincə, lakin heç bir şeydən geri qalmayan bir həyat sürür İran qadını və bütün qadağalara baxmayaraq, bundan heç vaz keçmək istəmir.
Dodaqlarına parlaq qırmızı pomada çəkən gənc qız və yetkin qadınlar polis tərəfindən cəza almağı nəzərə alaraq bunu edərkən küçənin ortasında bəzən makiyajı silməyə çətinlik çəkirlər, amma ilk küncdə yenə də pomada çəkib yollarına davam edir və bütün gün yorulmaq bilmədən bu mübarizəni aparırlar". (4)
Bununla yanaşı, İranda hər gün yeni bir qadağa qoyulur. "İran Elm və Ali Təhsil Nazirliyi məzun olanda iş tapa bilmədiyini irəli sürərək 77 bakalavr dərəcəsi alan qadın tələbələrin təhsil almasını qadağan edib".
İRANDA MÜƏYYƏN OLUNMUŞ BƏZİ QADAĞALAR
Avtobusa qadınlar ayrı, kişilər ayrı sıradan minirlər.
Qadınlar avtobusun arxasında, kişilər önündə otururlar.
Bir kişi bacısı, qızı, arvadı olmayan bir qadına bir göz qırpımlıq müddətdən uzun baxmaz. Baxsa, günah etmiş olar.
Kişi ilə qadın əl verib görüşməz.
Qadın kafedə oturmaz.
Əcnəbi kişi ilə əri də olsa bir stol arxasında oturmaz.
Qadının ən çox üzü görünür. Ayaq topuğuna qədər qapalı olmalıdır. Saçı görünə bilməz.
Qadın işləyə bilər. Minik maşını sürə bilər.
Açıq rəngli geyimlər qadağandır. Qara, qəhvəyi, boz rənglərdən istifadə edilməlidir. Qırmızı, sarı, yaşıl, mavi kimi cəlbedici rənglərdən istifadə etmək olmaz.
Evlərdə antenna, kabel TV qadağandır.
Spirtli içki qadağandır.
Pop, caz, qərb musiqisi qadağandır.
İnternetdə hər sayta girmək qadağandır.
Mollalar tənqid edilə bilməz.
Evdə də olsa, şənlik etmək qadağandır.
Bar, diskoteka qadağandır.
Ramazanda oruc müddətində çöldə yemək yemək, yemək satmaq qadağandır.
Hər TV kanalını izləmək qadağandır.
Kişilərin qalstuk taxması qadağandır.
Kişilərin qadınlarla bir yerdə olması qadağandır.
MÜRTƏCE TOTALİTAR VƏ FANATİK TƏFƏKKÜRÜN SƏBƏB OLDUĞU FƏLAKƏT
Mustafa Özcan və sitat gətirdiyi Səudiyyəli yazıçılar "dünyəviləşməyə səbəb olan siyasətin, şəxsiyyətsiz urbanizasiyanın, soyuq ruhsuz mühitlərin, sevgisizliyin yaratdığı atmosferin insanları mənəvi boşluğa sürüklədiyini qeyd etmişlər.
İran və Səudiyyə Ərəbistanında da göründüyü kimi mürtəce, totalitar, fanatik və məcburi mentalitet qeyri-səmimi, narazı, inamsız yığınların yaşadığı cəmiyyətlərin meydana gəlməsinə səbəb olur. Bu mürtəce və totalitar yanaşma İslam aləminin ən mühüm problemlərindən biridir. Soyuqluq, soyuqqanlılıq və xüsusən də sevgisizlik İslam coğrafiyasına hakim olmuşdur.
İranın prezidenti Mahmud Əhmədinejad da insanları inamsızlığa sürükləyən bu böyük təhlükəyə diqqət çəkir. Əhmədinejad 2012-ci ilin dekabrında etdiyi çıxışında universitet tələbələrinə edilən şəriət təzyiqlərini bu sözləri ilə tənqid etmişdir;
"Təlimatnamə və qərarlarla bəzi şeyləri dayandırmaq olmaz, təzyiq gücünə baş verən bir seçimin bir dəyəri yoxdur. Bəzi universitetlərdə, qız şagirdlər çarşab geyinməyə çətinlik çəkirlər, bunu zorla edirlər. Bunu geyməsələr daha yaxşıdır, çünki belə bir dəyəri olmur" (2),- demişdir.
HƏLL
Din sevgi ilə, şəfqətlə olan bir gözəllikdir. Məcburiyyət və təzyiqlərlə rahat və səmimi şəkildə dinin yaşanması mümkün olmayacaq.
Hər bir insan yaradılışı etibarilə doğru olanı sərbəst şəkildə tapmaq, inandığını da sərbəst yaşamaq istəyir. İnsanlar ağıllarına, şəxsiyyətlərinə, xarakterlərinə etimad göstərilməsini istəyirlər. Etibar çatışmazlığının yaşandığı bir cəmiyyətdə isə müdhiş bir qorxu və narahatlıq hasil olacaq. Belə bir şəraitdə insanlarda azadlıqları məhdudlaşdıran quruluşlara qarşı dərin bir nifrət, soyuqluq və qəzəb meydana gələcək və cəmiyyətin mühüm bir hissəsi inamsızlığa sürüklənəcəklər.
Bunun əksinə, sevginin, hörmətin, şəfqətin və azadlığın hökm sürdüyü bir cəmiyyətdə isə insanlar zövqlə, keflə, əmin-amanlıqla özlərini yetişdirəcək, beləliklə, keyfiyyətli, ağıllı, səmimi, müasir, sənəti və elmi əsas götürən dindar bir cəmiyyət meydana gələcəkdir.

Seral İbrahim Köprülü

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş