www.derinbilgiler.net » Məqalələr » İmani » İldə bir dəfə qeyd olunan “Sevgililər günü” əsil sevginin göstəricisidirmi?

 
 
 


İldə bir dəfə qeyd olunan “Sevgililər günü” əsil sevginin göstəricisidirmi?

Müəllif: Terish Tarix 18-04-2015, 12:43, Baxılıb: 414

0
İldə bir dəfə qeyd olunan “Sevgililər günü” əsil sevginin göstəricisidirmi?

Əlbəttə ki yox. Çünki hamı hər gün sevib-sevilmək, sevildiyini hiss etmək istəyir. Sevgi sonsuz olarsa, sevgidir. Bəli, bu gun sevgililər günüdür. Hər gənc əlində hədiyyə ilə sevgilisinin gorüşünə tələsir, bəlkə də istəyərək yox, sırf sevgililər günü oldugu üçün özünü buna məcbur hiss edir. Elə buna gorə də, indiki sevgilərin sonu ayrılıqla nəticələnir.

Ancaq möminlərin sevgisi cox fərqlidir.

Allah’a qəlbən bağlanan, Allah’ı cox sevən insan Onun yaratdığı bütün gözəlliklərə qarşı qəlbində sevgi hiss edər. İstər təbiət, istər sevimli canlılar, istərsə də gözəl və əxlaqlı insanlar olsun, fərqi yoxdur. Bu insanlar gördükləri hər şeyi Allah’ın təcəllisi olaraq sevərlər.

Bəli, əsil sevginin təməli Qurandadır. Çünki bir insanı sahib olduğu bütün xüsusiyyətləri ilə sevmək ancaq Quran əxlaqı ilə mümkündür. Quran əxlaqını yaşayan insan Allah’ın …”Allah doğru yolda olanların doğruluğunu artırar. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında savab baxımından daha xeyirli, aqibətcə daha yaxşıdır.” (Məryəm surəsi, 76) hökmünü bilərək ömür boyu səbir edər, vəfalı, sədaqətli, təvazökar, fədakar, dürüst, cəsarətli və mərhəmətli olar. Bu isə Allah qorxusu və Quran əxlaqının yaşanması ilə davamlı olar və möminin sevgidə bir omür boyu səbirli və qərarlı olmasına gətirib cıxarar.

Sevginin təməli iman, Allah qorxusu və Quran əxlaqıdır.

Bunun şüurunda olan möminin sevgisi çox güclü və dərin olar. İman gətirənlərlə etdiyi dostluğun axirətdə sonsuzadək davam edəcəyini bilməsi də sevgini güclü və daimi edən səbəblərdən biridir.

Quran əxlaqını yaşayan insan həm Allah qatında, həm də möminlər üçün cox dəyərlidir. Allah sevdiyi qulunu digər möminlərə də sevdirər, ona nur və gözəllik bəxş edər. Quranda Allah’ın sevgini möminlərə nemət kimi verdiyi belə bildirilir: İman gətirib yaxşı işlər görənlər üçün ər-Rəhman (qəlblərdə) bir sevgi yaradacaq.(Məryəm surəsi , 96)

Aygün Sadıqzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş