www.derinbilgiler.net » Məqalələr » İmani » Şüurlu yaşamaq

 
 
 


Şüurlu yaşamaq

Müəllif: Terish Tarix 27-01-2015, 11:55, Baxılıb: 431

0
Şüurlu yaşamaq

Hamımız hər gün bir çox işlərlərlə məşğul oluruq. Əksəriyyətimiz bütün enerjimizi, bütün düşüncəmizi sadəcə maddi vəziyyətimizin yaxşılaşdırılmasına və bu kimi gündəlik tələbatlara sərf edirik. Təbii ki, bunlar normaldır. Lakin əslində biraz dərin düşünəndə yaşamağa hamı yaşayır. Yəni məsələ yaşamaq deyil. Məsələ necə yaşamaqdır. Doğrumu yaşayırıq, yalnışmı yaşayırıq, hər şey elə bunlardanmı ibarətdi? Biraz bu suallar üzərində düşünsək, həyatımızı daha fərqli məcralarda görə bilərik.

Həyatımızı kortəbii şəkildə yanaşmamalıyıq. Yəni niyə yaşadığının fərqində olmaq və yaradılış məqsədi istiqamətində yaşamalıyıq. Buna şüurlu yaşamaq da deyə bilərik. Yəni niyə yaşadığını bilərək yaşamaq. Hardan gəldiyini, harada olduğunu və hara gedəcəyinin fərqində olaraq yaşamaq çox fərqli bir duyğudur. İnsan şüurlu şəkildə yaşadıqda məqsədsiz olmadığı üçün qəti və dəqiq insan olur. Mənasız ömür sürmür. Niyə yaşadığının şüurunda olur və həyatında hər şeyi şüurlu edir. Əslində xoşbəxt, yüksək səviyyəli, şən və mənalı həyatın sirri də budur. Bəs bunu necə əldə edə bilərik? Necə şüurlu yaşaya bilərik?
Bunun üçün əsas şərt düşünməkdir. Düşünmək möhtəşəm bir dizayn nümunəsi olan insana verilmiş ən vacib qabiliyyətdir. Düşünmək insanı həqiqətləri axtarmağa, dünyanı, kainatı, özünü araşdırmağa və kim olduğunu, dünyanın hara olduğunu və insanın dünyada niyə yaşadığını aydınlaşdırmağa kömək edir. İnsan bu sualların cavabını tapdıqda artıq özünü tanımış, dünyanı tanımış və dünyada yaşama məqsədini öyrənmiş olur ki, bunlar da şüurlu yaşamağın, məqsədli və doğru bir həyatın əsas şərtidir.

Bir çox insanı şüurlu şəkildə yaşamaqdan məhrum edən amillərdən biri də əvvəldə vurğuladığım kimi, işləri, ictimai-siyasi fəaliyyəti, məişət problemləri və s. kimi məsələlərdir. Lakin bu da açıq həqiqətdir ki, əslində istər iş həyatında, istər məişət zəminində olan bütün problemlərin səbəbi də əslində insanın öz məqsədinin nə olduğunu və doğru həyatın nə olduğunu müəyyənləşdirmədən bu işlərə başlamasıdır. Bunun üçün də bizi düşünməkdən heç nə çəkindirməməlidir.

Yaxşı bəs mən şüurlu bir həyatın təmin olunması üçün düşünmək deyəndə nəyi nəzərdə tuturam?

Yəni misal üçün hal-hazırda başımızın üstündə adına "atmosfer təbəqəsi" deyilən görünməyən bir hava qatınin bizi hər gün meteor yağmurundan qoruduğunun, bizim tənəffüs etməyimiz üçün lazım olan 21% oksigen miqdarını təmin etmək üçün bitiklərlə okeanlarda yaşayan sianobakteriyaların bir- birilə əməkdaşlıq etməsini, hal-hazırda kosmosda ən az -200 C teperatur olduğu halda, bizim burada rahat yaşaya bilməyimizi, həyat üçün labüd bütün qazların və lazımlı maddələrin yer kürəsində təbii olaraq mövcud olmasını, hər saniyə bədənimizdə varlığından belə xəbərsiz olduğumuz fermentlərin bizim sağ qala bilməyimiz üçün çox möhtəşəm və mürəkkəb əməliyyatlar həyata keçirdiyinin, yeriyə bilməyimiz, danışa bilməyimiz və ümumiyyətlə yaşaya bilməyimiz üçün orqanizmimizdə hər an alimlərin anlamaqda belə çətinlik çəkdiyi çox mürəkkəb ama çox yüksək şüur nümunələrinin gerçəkləşdiyini, bütün fiziki qanunların sırf bizim rahat yaşaya biləcəyimiz nisbətdə olduğunun və bunun kimi milyonlarca insanı düşündürəcək möcüzəvi amilləri nəzərdə tuturam. Əgər biz hər gün şüurlu şəkildə burada sadaladıqlarım və sadalamadıqlarım bu kimi gündəlik qarşılaşdığımız, içində olduğumuz bu amillər üzərində dərin-dərin düşünsək və araşdırsaq, həqiqətən də həm kainatı, həm dünyanı, həm özümüzü tanımış olarıq həm də həyatın nə olduğunu və məqsədinin də nə demək olduğunu müəyyən etmiş olarıq.

Düşünən bir insan olmaq avtomatik olaraq şüurlu fəaliyyəti də təmin edir. Məsələn, hər gün çoxumuz ağacların, müxtəlif bitkilərin yanından keçirik və yaxud onlarla eyni mühitdə oluruq. Lakin çox azımız bu ağacların əslində 1mm ölçüsü olan bir taxta parçasından, yəni toxumdan çıxdığı barədə düşünmür. Halbuki, biraz durub düşünsək ki, həqiqətən necə olur ki, ağılı və şüuru olmayan bir balaca toxumdan yüz metrlərlə hündürlüyü olan, tonlarla çəkisi olan bir ağac necə çıxa bilir. Ağac növlərinin bir-birindən çox fərqli xüsusiyyətləri olur, lakin onların toxumları demək olar ki, eynidir. Şüursuz toxumlar hardan bilir ki, torpaqdan hansı mineralı sormaq lazımdır. Alma ağacının toxumu özünə lazım olan mineralları sorur. Başqa bir meyvə ağacının toxumu isə özünə lazım olacaq başqa minerallardan istifadə edir. Bəs bu toxum bu fərqli çeşiddəki mineralları necə ayırd edə bilir? Hardan tanıyır? Bu kimi sualları hər ağacı, hər növ, rənglərdəki gülləri görən insan özünə versə bu suallar üzərində səmimi olaraq düşünsə, bütün bu yüksək şüuru təbii ki, toxumların özünün göstərə bilməyəcəyinin fərqinə varar. Və artıq ağaca, gülə bitiklərə və ümumiyyətlə canlılara adi bir nəsnə kimi yanaşmaz. Onların çox yüksək bir şüur, ağıl və elm sahibinin elmini daşıdıqlarını, və bu canlıların yüksək Elm Sahibi Yaradıcının varlıq əlamətlərini öz üzərlərində çox bariz daşıdıqlarının fərqinə vararlar.

Və bunun fərqinə varan hər kəs artıq başını məişət işlərindən ayırıb həyatın heç də düşündüyü kimi sadə və mənasız olmadığını, Yaradıcının çox yüksək bir sənət əsəri olduğunu və bizim də bu dünyada bir məqsədimizin olduğunu anlayar.
Mövzunu yerin dairəvi olduğunu bəyan edən və göyü ilk dəfə teleskobla görən məhşur elm adamı Qalileo Qalileyin sözləri ilə davam etdirək: "Təbiət, şübhəsiz ki, Tanrının ikinci kitabıdır". Qalileonun da bildirdiyi kimi Təbiət Allahın əsəridir. Lakin bu nəticəyə gəlmək üçün Qalileo kimi bizim də hamımız təbiət haqqında, dünya haqqında, özümüz haqqında davamlı düşünməli və araşdırmalıyıq. Bu vasitə ilə düşünən bir insan kimi həyatın mənasını anlaya və doğru şəkildə yaşaya bilərik.

Savalan Məmmədli

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş