www.derinbilgiler.net » Məqalələr » İmani » Qadınları yarım görənlər

 
 
 


Qadınları yarım görənlər

Müəllif: Terish Tarix 24-01-2015, 11:39, Baxılıb: 399

0
Qadınları yarım görənlər


Cəmiyyətimizdə hər gün dilə gətirilən problemlərdən biri də qadın problemləridir. Bu gün dünyanın hər yerində qadınların əziyyət çəkdiyi, bu və ya digər şəkildə zülmə, təhqirə, təcavüzə məruz qaldığı, qadın əməyinin istismar olunduğu kimi problemlər heç kim üçün sirr deyil. İstər KİV-də, istərsə də sosial şəbəkələrdə vaxtaşırı gündəmə gətirilən bu problemlər ictimaiyyətdə qabardılır, amma çox zaman elə bu mərhələdə də qalır. Ən ideal halda cinayət işi açılıb günahkar məsuliyyətə cəlb olunur ki, bu da sındırılmış həyatları bərpa etmir. Qadın problemləri ilə istər dövlət qurumları, istərsə də qeyri-hökumət təşkilatları məşğul olsalar da, məsələnin həlli üçün onun kökü aradan qaldırılmalıdır. Bu gün insanlara elm adı altında məqsədsiz varlıq olduqlarını, həyatda yaşamaq uğrunda mübarizənin hakim olduğunu təlqin edən bir nəzəriyyə var: Darvinizm. Qadınları ikinci sinif nümayəndəsi kimi görüb onlara bu yolla təzyiq göstərmək darvinizmin cəmiyyətə gətirdiyi bəlalardan sadəcə biridir. Qadınları həm bioloji, həm də əqli cəhətdən kişilərdən aşağı görən Çarlz Darvin bu elmdən kənar fikrini nəzəriyyəsinə belə əks etdirir: “Hər şeyə baxmayaraq, itdən daha yaxşı bir şey. Ev və evlə maraqlanan bir adam”. (Charies Darwin, The Autobiography of Charles Darwin 1809-1882 (Ed. by Nora Barlow), New York: W. W. Norton & Company, Inc., 1958, 232-233). Darvinizmin və materializmin üzərində qurulan qərb düşüncə tərzinə istiqamət verən bəzi filosofların əsərlərində və həyat tərzlərində də qadına kəskin formada nifrət diqqəti cəlb edir. Məsələn, Fridrix Nitşe: “Qadınların yanına gedirsiniz? Qamçını götürməyi unutmayın!” deyirdisə, Freyd qadınların passiv, şöhrətpərəst, qısqanc və məhdud ədalət hissinə malik olduğunu düşünürdü. A. Şopenhauer isə “Qadınlar uşaqlıq illərindən bizim dayələrimiz və tərbiyəçilərimiz olmağa uyğunlaşırlar. Səbəbi sadədir- çünki onlar özləri də uşaqsayağı, axmaq və kəmağıldırlar” (”On Women” by Arthur Schopenhauer). Amma qadınları yarım insan kimi görən yalnız materialistlər deyil. Qadınlara aşağılayan daha bir düşüncə tərzi var: Xurafat. Darvinistlərin elm adı altında qadınlara tətbiq etdikləri təzyiqləri xurafatçılar da din pərdəsi adı altında edirlər. Qadına üçüncü sinif varlıq münasibəti göstərmək xurafatçılığın əsas xüsusiyyətidir. Xurafatçılar qadına təzyiq göstərir, hörmət və sevgi bəsləmir, dəyər vermirlər. Qadınları ancaq təmizlik edən, xidmətçi varlıq kimi görürlər. Qadının şəxsiyyətinin, əxlaqi xüsusiyyətlərinin və qabiliyyətinin fiziki quruluşu ilə əlaqədar olaraq daha məhdud olduğuna inanırlar. Peyğəmbərimizin (s.ə.v) adına uydurduqları saxta hədislər xurafatçı düşüncə tərzinin qadın düşmənliyinin açıq sübutudur: “Qadının dini və ağlı əskikdir”, “Kim arvadına itaət etsə, Allah onu üzü üstə cəhənnəmə atar”, “Üç şey uğursuzluq gətirir: qadın, ev və at”, “Qadınlarla məsləhətləşməyin, onların fikrinə müxalif olun, çünki qadınlara müxalif olmaq bərəkətdir”. İslam əxlaqında isə insanın qadın və ya kişi olması deyil, Allaha dərin iman və Allah qorxusu ilə bağlanması önəmlidir, Allahın əmr və qadağalarına tabe olması, Quran əxlaqına uyğun yaşamağa çalışması vacibdir. Allah qatında insanın bu xüsusiyyətlərinə dəyər verilir. İslamda insanın gənc, yaşlı, qadın və ya kişi olması deyil, səmimi qəlbdən iman gətirməsi vacibdir. Allah qatında üstünlük qadın və ya kişi olmağa görə deyil, Allahı ən çox sevməyə və Allahdan ən çox qorxmağa görədir: Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)

Sevinc Haqverdizadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş