www.derinbilgiler.net » Məqalələr » İmani » Dünya həyatı müvəqqətidir

 
 
 


Dünya həyatı müvəqqətidir

Müəllif: Terish Tarix 20-01-2015, 01:59, Baxılıb: 432

0
Dünya həyatı müvəqqətidir

Qurana görə ümidvar olmaq şərtlərdən asılı olmayaraq, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyindən narahat olmadan hər inkişafın özü üçün ən xeyirli şəkildə nəticələnəcəyinə inanıb Allah'a güvənməkdir. Çünki dünya bir imtahan yeridir. Bu imtahanda insan bir çox çətinlik və sıxıntılarla sınanır. Xəstələnir, işində müvəffəqiyyətsiz olur, avtomobil qəzasına düşür, yaralanır, imtahandan keçə bilmir, sevdiklərini itirir, böhtana məruz qalır ... Bunlara gündəlik həyatda qarşımıza çıxan çətinliklər də əlavə olunduqda əsaslı bir sınaqdan keçmiş olur. Quranın öyrətdiyi dünyagörüşündən uzaq yaşayan insanlar baş verən bu hadisələr qarşısında sarsılır, getdikcə də daha pessimist və ümidsiz ruh halına bürünürlər. Ümidsizlik onların bütün enerjilərini, güclərini, həyəcanlarını əlindən alır. Üzərlərinə hüznlü, həzin, narahat və əldən düşmüş bir hal gəlir. Gözəl ümidlər yerini həmişə narahatlığa buraxır.

Eyni şərtlərdə Allah'a təvəkkül edən bir müsəlman isə çox fərqli, hətta tam zidd bir ruh halı yaşayır. Hadisələr istədiyi kimi inkişaf etməsə də, əhəmiyyət verdiyi bir şeyi itirsə də, xəstə olsa da, yaxınlarını itirsə də bunların hamısında xeyir görür. Başına nə gəlirsə-gəlsin, ilk olaraq dərhal bunun sonsuz ağıl və mərhəmət sahibi Allah'ın təqdiri olduğunu düşünür və Allah'ın mütləq bir hikmətlə yaratdığına inanır. "...Bəzən xoşlamadığınız bir şey, sizin üçün xeyirlidir..." (Bəqərə surəsi, 216)ayəsində işarə edildiyi kimi, kənardan baxıldıqda şər kimi görünən bir hadisənin ardında Allah'ın əslində özü üçün xeyir və gözəllik gizlətdiyini bilir.

Çünki insanın başına nə gəlirsə, Allah'ın diləməsi ilə gəlir. Allah'ın izni olmadan bir yarpaq belə tərpənməz. Heç bir şey təsadüf nəticəsində meydana gəlməz. Heç bir varlıq haşa Allah'dan, müstəqil bir gücə sahib deyil. Canlı-cansız hər şey Allah'ın nəzarətindədir və Onun təqdir etdiyi qədər daxilində hərəkət edir. Bu səbəbdən insanın yaşadığı hər hadisə ən incə təfərrüatına kimi Allah'ın məlumatı və izni daxilində baş verir. Bu gerçəyin şüurunda olan müsəlman şərtlər nə olursa-olsun, sonsuz mərhəmət sahibi Rəbbimizə güvənməyin hüzurunu yaşayır. Halına şükür edir, Allah'dan həmişə xeyir umur.

Ümidlərinin əsas hədəfi isə axirətdir. Çünki bu dünya həyatı müvəqqətidir. Axirət isə sonsuza qədər qalacağımız əsl yurdumuzdur. Allah qədərimizdə yaratdığı hadisələrlə bizi dünyada xeyirə sövq etdiyi kimi, axirətimiz üçün də gözəllik diləyir. Bu səbəbdən hər hadisənin hikmətini dünyada görüb anlayacağıq deyə bir qayda yoxdur. Allah diləsə bu hikmətləri dünya həyatımızda göstərər, diləsə axirətdə qarşımıza çıxarar. Ancaq hər vəziyyətdə müsəlmanın qəlbi Allah'a qarşı ümidvardır. Səhv etdiyində, bir günah etdiyini düşündükdə də yenə bu ruh halını itirməz. Dərhal Allah'a səmimi qəlblə tövbə edərək, bu tövbəsinin qəbulunu Allah'dan ümid edər. Daha təqvalı olmağı, daha gözəl əxlaqlı olmağı, Allah yolunda daha çox xidmət etməyi, daha səmimi, daha sevgi dolu, daha yaxşı, daha sağlam, daha gözəl və nurlu olmağı Allah'dan daim ümid edər. Rəbbimizin razılığını, rəhmətini və cənnətini ümidlə arzu edər. Bu ümidvarlıq onun qəlbində böyük sevinc və həyəcan meydana gətirər. Ruhunu, içini açar. Allah eşqi ilə coşmasına, sevinməsinə və şövqlənməsinə səbəb olar.

Ümidvar olmaq Quran əxlaqının tələbidir

Namaz qılmaq, oruc tutmaq kimi Allah'a qarşı ümidvar olmaq da müsəlman üçün fərzdir. Ümidsizliyi Rəbbimiz Quranda qadağan etmiş, bunun ancaq iman etməyənlərin bir xüsusiyyəti olduğunu bildirilmişdir.

“…Allah'ın mərhəmətindən ümidinizi kəsməyin. Allah'ın mərhəmətindən yalnız kafirlər ümidini üzər!” (Yusuf surəsi, 87)

Allah, Öz mərhəmətindən ümid kəsənlərin, ancaq inkar edənlər olduğunu bir başqa ayəsində bizlərə bu şəkildə bildirir:

Allah'ın ayələrini və Onunla qarşılaşacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini üzənlərdir. Onları ağrılı-acılı bir əzab gözləyir. (Ənkəbut surəsi, 23)
Səmimi olaraq iman edən insan Allah'ın möminlərin dostu və köməkçisi olduğunu, onlara qarşı sonsuz şəfqətli və mərhəmətli olduğunu, Allah'ın səmimi qullarını həm bu dünyada, həm də axirətdə böyük mükafatla müjdələdiyini və Allah'ın vədindən dönməyəcəyini bilir. Allah'ın özü üçün həmişə xeyir və gözəllik dilədiyini, özünə rəhmət və hidayət qapılarını açdığını, qarşısına saysız əcr fürsəti çıxardığını görər.

Quranın bir çox ayəsində Allah'ın mömin qullarına bu gözəllikləri müjdələdiyini görürük:

" İman gətirib hicrət edənləri, Allah yolunda malları və canları ilə vuruşanları Allah yanında ən yüksək dərəcələr gözləyir. Onlar nicat tapanlardır. Rəbbi onları Özündən bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan cənnətlərlə müjdələr." (Tövbə surəsi, 20-21)

Nərmin Kərimzadə

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş