www.derinbilgiler.net » Məqalələr » İmani » Məzhəb ayrılığının Quranda yeri nədir ?

 
 
 


Məzhəb ayrılığının Quranda yeri nədir ?

Müəllif: Admin Tarix 10-12-2013, 20:56, Baxılıb: 1015

0
 Məzhəb ayrılığının Quranda yeri nədir ?


ALLAH Quranda müsəlmanlardan birlik ,həmrəylik içində yaşamağı tələb edir. …“bir-birinizlə çəkişməyin” (Ənfal surəsi, 46) deyə əmr edir. Quranda da bildirildiyi və hal-hazirda dünyada baş verən müsəlmanlara qarşı törədilən zülmlərdən aydın olur ki, bir-biri ilə çəkişmək,parçalanmaq müsəlmanların zəifləməsinə,gücdən düşməsinə səbəb olur. Bir başqa ayədə isə belə buyurulur:

Açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədənlər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. (Ali-İmran surəsi, 105)


Vicdanının səsini dinləyən hər bir insan Quranda bildirilən bu əmri əsas götürər,digər müsəlman bacı qardaşları ilə ittifaq içində ,anlaşılmazlıq içındə yaşamaz. Bu,ayrı ayrılıqda insanlar üçün deyil,bütün cəmiyət üçün də əsas meyar olmalıdır.ALLAH Quranda insanların bir-birinə qarşı ədalətsizlik ,düşmənçilik etməsini qadagan eti

ALLAH Quranda müsəlman cəmiyyətlərin bir-birilərinə qarşı ədalətsizlik və düşmənçilik etməsini qadağan etmişdir. Quranda belə hərəkət edənlərin qarşısının alınması və fərqli müsəlman cəmiyyətlərin “uzlaşdırılması” bildirilmişdir:

Əgər möminlərdən iki dəstə bir-biri ilə vuruşsa, onları dərhal barışdırın. Əgər onlardan biri təcavüzkarlıq etsə, təcavüzkarlıq edənlə ALLAHın əmrinə qayıdana qədər vuruşun. Qayıtsa, hər iki dəstənin arasını ədalətlə düzəldin və insafla hərəkət edin. Şübhəsiz ki, ALLAH insaflıları sevər! (Hucurat surəsi, 9)



Fərqli fikirlərin,fərqli məzhəblərin olmasi təbiidir. Lakin bunlar o demək deyildir ki,bu fikirlər, bu məzhəblər müsılmanlar arasında parçalanma,qarışıqlıq yaratmalıdır. Hər kəs qarşılıqlı olaraq bir-birnin fikrinə hörmətlə yanaşmalı,eger bir səhvi varsa müsəlman bacı qardaşınin İsra surəsi 53-cü ayədə də bildirildiyi kimi onu sözün ən gözəli ilə xəbərdar etməlidir.Quranda bizə bildirlənin əksi olaraq bir müsəlmanın qarşısındakı insanın sözünü hörmətsiz olaraq yanaşmasi,onun sözünü kəsməsi,onunla dialoqu kəsməsi, hətta rəqib kimi görməsi düzgün deyil.Bu sadəcə şeytanın onların arasını vurmasına gətirib çıxaracaq ki, ALLAH bunun yanlış olduğunu müsəlmanlara açıq aşkar bildirmiş , ALLAH Qatında bəyənilməyən əxlaq olduğunu xəbər vermiş və kitab əhlinin başına gələnlərdən ibraət almağımız üçün ayələrdə bizə bu səhvə düşməmək üçün nəsihətlər vermişdir:


Onlara məhz elm gəldikdən sonra, öz aralarındakı paxıllıq ucbatından, ixtilafa düşdülər…. (Şura surəsi, 14)


Həqiqətən, ALLAH dərgahında din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim ALLAHın ayələrini inkar edərsə, (bilsin ki,) ALLAH tez haqq-hesab çəkəndir. (Ali-İmran surəsi, 19)


İnsanların dində parçalanmasının əsasında ALLAHın əmr etdiyi əxlaqı lazımi şəkildə yaşamamaları dayanır.Bu əxlaq təvazökarlığı əsas götürür.Təvazökarlıqdan uzaqlaşanlar özlərinin və fikirlərinin mütləq doğru olduğuna inanır, fərqli düşünənləri aşağı səviyyəli hesab edərək onlara düşmən münasibəti bəsləyirlər. Fikirlərinin doğru olduğundan heç şübhə etmədikləri üçün özlərini heç bir zaman hesaba çəkmir və inkişaf edə bilmirlər. Yalnız öz şərhini bəyənib bununla öyünənlərin vəziyyətinə Quranda “… onlar işlərini öz aralarında (fərqli) kitablar halında böldülər; hər bir qrup, öz əllərində olanla kifayətlənib sevinməkdədir” (Muminun surəsi, 53) ayəsində diqqət çəkilmişdir.



Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş