www.derinbilgiler.net » Məqalələr » İmani » Xurafatlar və İslam

 
 
 


Xurafatlar və İslam

Müəllif: Admin Tarix 3-12-2013, 14:28, Baxılıb: 1258

0
Xurafatlar və İslam


Xurafat, dinimizi Allahın Quranda bildirdiyi və Peyğəmbərimizin (s.ə.v) yaşadığıdan çox fərqli bir anlayış kimi göstərməyə çalışan bir sistemdir. Hazırkı dövrdə xurafatçıların İslam anlayışı İslamla əlaqəsi olmayan, tamamilə fərqli bir inanca çevrilmişdir. Çünki fanatizmdə, Quran və sünnə deyil, xurafatlar və bidətlər əsasdır. Ancaq xurafatçılar İslam adına ortaya çıxdıqlarını iddia edərlər.

Xurafatçılar, Quranda olmayan əmrləri İslam dininə daxil etməyə çalışırlar. Quranda xoşlarına gəlməyən hökmləri və əmrləri də rədd edirlər. Quranda bütün gözəlliklərin təriflənməsi, sənətin, elmin təşviq edilməsi onları çox qəzəbləndirir. Halbuki gözəlliklərdən və estetikadan zövq almaq dərin imana sahib insanlara aid xüsusiyyətdir. Allah insanın ruhunda, gözəlliyə qarşı həssaslıq hissi yaratmışdır. Ancaq bu estetika anlayışının ortaya çıxması və inkişafı, insanın imanı və ağılı ilə bağlıdır. Möminlər qarşılaşdıqları bütün gözəllikləri yaradanın Allah olduğunu bildikləri üçün bu gözəlliklər qarşısında həyəcanlanır, Allahın gücünü və sənətini lazım olduğu kimi dəyərləndirməyə çalışırlar.

Dünyada İslam adına ortaya çıxan, sevgidən, mərhəmətdən uzaq, elm, sənət, gözəllik və estetikaya qarşı olan, qarşıdurmalar əmələ gətirən, zülm edən, öldürmə və qan tökmək həvəsində olan Müsəlman modeli çoxlarının İslam dini haqqında yalnış qənaətə gəlmələrinə səbəb olur. Onlar, müsəlmanlıq adına ortaya çıxarılan xurafatçı zehniyyəti İslam zənn edirlər. Bu qantökən sistemin gerçəkdə İslamla əlaqəsinin olmadığını, hətta İslama tamamilə müxalif bir həyat şəkli olduğunu bilmir, xurafatçıların izah etdikləri və yaşadıqları bu modeli İslam dini zənn edərək bundan çəkinirlər. Gerçək İslam və müsəlmanlıq isə Allahın Quranda bildirdiyi, Peyğəmbərimizin (s.ə.v) təfsir etdiyi İslamdır. Bu səbəblə çox şəfqətli, sevgi dolu, qoruyucu, sənətə, estetikaya, gözəlliyə, təmizliyə, nəzakətə çox dəyər verən İslam anlayışının ən ideal həyat tərzi olduğunun bilinməsi çox əhəmiyyətlidir.Uca Rəbbimizin Quranda bildirdiyi əxlaq, təzyiqdən və məcbur etmədən uzaq, sevgiyə, hörmətə, xoşgörüşə, ədalətə əsaslanan üstün əxlaqdır.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş