www.derinbilgiler.net » Məqalələr » İmani » Ən gözəl Sevgili

 
 
 


Ən gözəl Sevgili

Müəllif: Admin Tarix 9-05-2013, 01:35, Baxılıb: 1833

0
Ən gözəl Sevgili





Allah sevgisi dünyada heç bir sevgi ilə müqayisə edilməyəcək qədər dəyərlidir və hər şeydən üstündür.

Allah sonsuz güc, ağıl sahibidir və hər şeyi sonsuz müxtəlifliklə yaratmağa qadirdir. Onun gücünə, dəstəyinə arxalanmaq yer üzündəki ən böyük gücə və dəstəyə arxalanmaq deməkdir. İnsan isə olduqca zəif və aciz varlıqdır, Allah diləmədikcə özü tək başına heç bir şey etməyə qadir deyildir.

Əzələlər, sinir sistemi və bütün bədən funksiyaları Allah'ın icazəsi ilə öz vəzifələrini yerinə yetirir. Yalnız bir fermentin öz işini dayandırması belə, insanın yaşamasına son qoya bilər. Hətta hərəkət etmək və nəfəs almaq üçün də Uca Rəbbimizə möhtacıq.

Hər şeyə qadir olan və onları əhatə edən, bütün kainatı, yer üzünü, atomları, müxtəlif aləmləri yaradan sonsuz güc sahibi Rəbbimiz bütün əskikliklərdən də münəzzəh olandır. Onun sevgisi, dostluğu digər insanların yaxın münasibətlərindən vacibdir. Aciz varlıq olan insan Allah'ın icazəsi, dəstəyi və köməyi ilə bir çox şey etməyə qadirdir.

Allah bir insanı sevsə, yaratdıqlarına da onu sevdirər.

İnsanın özünü Allah'a sevdirməsi və razılığını qazanması üçün Quranda bildirilən xüsusiyyətlər vardır. İlk öncə Rəbbimiz qullarından hər cür vəziyyətdə səmimi və gözəl əxlaqlı olmalarını istəmişdir.

Quranda Rəbbimiz yaxşılıq edənləri sevdiyini belə bildirmişdir. "...Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir.…" (Zumər surəsi, 10)

Burada yaxşılıq etməyin nə olduğunu düzgün başa düşmək lazımdır. Yaxşılıq əksər vaxtlarda rəhmi gəldiyi üçün edilən kiçik yardımlar deyil. Qurana görə yaxşılıq Allah'a, elçisinə, mələklərə və endirilən bütün kitablara iman etməklə, həmçinin çətin vəziyyətlərdə, xəstələnəndə səbir göstərməklə olur. İnsan Quranda bildirilən bu yaxşılıqlara bütün həyatı boyu əməl etməlidir.

Biz hamımız Rəbbimizə möhtacıq. Allah, öz acizliklərini bilən, tövbə edib yardım və bağışlanma diləyən qullarını sevir. Çünki insan qüsurlarla, əskikliklərlə, acizliklərlə birlikdə yaradılmışdır.

İnsan, taleyində yazıldığı qədər nəyi isə unudur, çaşır, səhv edir. Bütün bunlar isə nəfsinin tərbiyəsi və imanının dərinləşməsi üçün vacibdir. Buna görə də, Tövbə surəsinin 118-ci ayəsində "… onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir". - deyə bildirilmişdir.

Ömrü boyu günah işləyən və xətaları olan insanın Allah'a tövbə edə bilməsi çox böyük nemətdir. Buna görə də, hər hansı bir səhv edən möminlər dərhal Allah'dan bağışlanma diləyirlər. Çünki Rəbbimiz etdiklərindən peşman olan və tövbə edən qullarını bağışlayacağını bildirmişdir.

Allah hər insanın niyyətini və qəlbində gizli saxladıqlarını bilir. Məhz buna görə də, Rəbbimizin bizdən istədiyi tövbə bir daha geri dönülməyəcək, səmimi niyyətlə və böyük peşmanlıqla edilən tövbədir.

Əzmli və qətiyyətli olmaq Müsəlmanın bütün həyatına təsir edən xüsusiyyətlərdəndir. İnsan Allah'a olan sevgisini, hörmətini, hadisələr qarşısındakı hüsn-ü zənnini isə ancaq səbir edərək göstərə bilər. Buna görə də, səbir insanın Allah'a yaxınlaşması üçün göstərdiyi zəhmətin vacib xüsusiyyətlərindən biridir. Mömin Rəbbimizin razılığını qazanmaq üçün həyatının hər anında bu əxlaqı yaşamağa çalışmalıdır.

Ancaq Quran əxlaqına uyğun yaşayan insanlar səbirli olurlar. Digər insanlar isə yalnız müəyyən bir müddət ərzində və hər hansı bir mənfəət qarşılığında gözəl davranış göstərə bilirlər. Məhz belə əxlaqa sahib insanların qarşılığında əldə edə biləcəkləri mənfəətləri olmasa, dərhal tərs davranmağa başlayırlar. Etdikləri bütün hərəkətlərə görə Allah'ın axirətdə qarşılıq verəcəyinə inanmadıqları üçün çox səbirsizdirlər. İnananlar isə Allah'ın əmri olduğu üçün hər an səbirli davranırlar. Allah çətin vəziyyətləri qullarına özlərinin nə qədər səbirli olduğunu göstərməsi üçün yaradır. Buna görə də, Rəbbimiz səbir edən qullarını çox sevir.

Səbirli olmaq üçün mütləq Allah'a güvənmək, yəni təvəkküllü olmaq lazımdır. Təvəkküllü, təslimiyyətli davranmaq imanın əsas xüsusiyyətlərindən biridir. Yalnız güclü imana sahib olan və Allah'ın qüdrətini təqdir edə bilən insanlar təvəkküllüdürlər. İman edən Müsəlman hələ anadan olmamış bütün hadisələrin xeyirlə və hikmətlə, imtahanı üçün yaradıldığını bilir. Möminlər yaşadıqları hadisə hər nə olarsa olsun dəyişdirə bilməyəcəklərini və bunun özləri üçün ən xeyirlisi olduğunu bilirlər. Həyatları boyu ölümlə qarşılaşana qədər də təvəkküllü olmağın bəxş etdiyi mənəvi hüzuru yaşayarlar. Allah təvəkküllü davranan qullarını sevir.

Rəbbimizin Quranda bildirdiyi bu xüsusiyyətlərə sahib olan, səmimi müsəlmanlar ən böyük gücü, köməyi, sevgini, dəstəyi Allah'dan alırlar. Bu sevgi isə sonsuzluq içində ən dəyərli və həqiqi sevgidir.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.