www.derinbilgiler.net » Məqalələr » İmani » İnsanın əsl dostunun olması çox gözəldir

 
 
 


İnsanın əsl dostunun olması çox gözəldir

Müəllif: Admin Tarix 9-05-2013, 00:39, Baxılıb: 1269

0
İnsanın əsl dostunun olması çox gözəldir



Əsl dost düşünün. Etibarlı, sizi sonsuza qədər əsla tək qoymayacaq, həmişə sevəcək, qoruyacaq, qayğınıza qalacaq, yaxşılığınızı düşünəcək, ehtiyacınız olan hər şeyi qabaqcadan bilib, hazırlayacaq qarşılığında isə yalnız təşəkkür, sevgi və sədaqət istəyəcək bir dost.

Məhz inananlar üçün ən gözəl dost və ən gözəl yardımçı Allah'dır.

Qullarına dünya həyatını imtahan yeri olaraq yaradan Allah, onlar üçün saysız-hesabsız nemətlər də hazırlamışdır. İnsanın ehtiyacı olan və sevəcəyi hər şey hələ anadan olmamışdan əvvəl yaradılmışdır. Allah nəfəs alacağımız tərtəmiz havanı, səmada uçan bir-birindən gözəl quşları, saysız-hesabsız gözəllikdəki bitkiləri, olduqca estetik çiçəkləri, tayı-bərabəri olmayan nemətləri, sevdiyimiz insanları, şəfqət hissini oyandıracaq dərəcədə sevimli canlıları, dünyadakı qüsursuz tarazlığı və daha bir çox detalı insan üçün hazırlamışdır.

Bunlarla yanaşı, elçiləri vasitəsi ilə içində hər şeyi çox ətraflı izah edən və yol göstərici olan bir kitab endirmişdir. Bu kitabda insanın ehtiyacı olan hər mövzu, həmçinin Allah'ın razılığını qazanmağın yolları da açıq-aydın izah edilmişdir.

Yəni insanlara doğrunu yanlışdan ayıra biləcək, hansı davranışların və əxlaqın Allah'ın razılığına uyğun olacağının bildirildiyi hikmət dolu, yol göstərici Quran endirilmişdir:

"(Bu,) insanları öz Rəbbinin izni ilə qaranlıqdan nura – Qüdrətli, Tərifəlayiq (Allah'ın) yoluna çıxartmaq üçün sənə nazil etdiyimiz bir Kitabdır." (İbrahim surəsi, 1)

İnsanın üzərinə düşən isə Allah'ın əmr və tövsiyələrinin çox ətraflı izah olunduğu Qurana və yalnız Allah'a təslim olmuş qul kimi həyatını əsl dostunun, vəlisinin, yəni Uca Allah'ın razılığına uyğun yaşamasıdır. Sevilməyə, xatırlanmağa, ucaldılmağa, etibar edilməyə, əsl dost olaraq yönəlməyə tək layiq olan, insanlara özündən xəbərsiz hər şeyi bəxş edən Allah'dır.

Dostunun ancaq Allah olduğunu bilən, Onun gücünə, qüdrətinə, üstün ağlına və rəhmətinə etibar edən insanın vəkili də, yalnız, Uca Allah'dır. Allah'ın hər şeyi gözəlliklərlə, xeyirlə yaratdığını düşünən insan, yalnız, Rəbbimizə yönəlib Ona sığınar. İmtahan yeri olaraq yaradılan dünya həyatında iman edən insanın əsas xüsusiyyətlərindən biri də Allah'a təvəkküllü olması və Onu vəkil qəbul etməsidir. İmanın bir gərəyi olaraq, müsəlman bütün həyatı boyu hər anı, hər hadisəni Allah'ın yaratdığının şüurunda olmalı və Ona tamamilə təslim olmalıdır.

İnsanı yoxdan yaradan və ona nemətlər bəxş edən Allah'a gərəyi kimi təslim olmaq imanın mühüm xüsusiyyətlərindəndir.

İnsanın sonsuz gözəl əxlaqı ilə daima xeyirlər yaradan Allah'dan başqa vəkili və heç bir dostu yoxdur. Buna görə də, Quran əxlaqına uyğun yaşayan müsəlmanın həyatı boyu təvəkkül edəcəyi tək varlıq Uca Rəbbimizdir. Ayədə "Allah'a təvəkkül et! Allah'ın Qoruyan olması (sənə) bəsdir." (Əhzab surəsi, 3) deyə buyurulur.

Rəbbimiz kimi gözəl bir dostumuzun olması necə də gözəldir.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş