www.derinbilgiler.net » Məqalələr » İmani » Allah ilə yaşamaq

 
 
 


Allah ilə yaşamaq

Müəllif: Admin Tarix 29-01-2013, 16:03, Baxılıb: 1352

0
Allah ilə yaşamaq


Insan diqqətini cəmləyərək texniki bir iş görmək məcburiyyətində qala bilər. Mövzuların detallarıyla məşğul ola, hətta zahirən lazımsız kimi görünən hadisələrə diqqətini cəmləyə bilər. Mühüm olan belə bir işlə məşğul olanda da möminin onu Allah rizası üçün etdiyini, bütün detalları Allahın qədərində yaratdığını, həmin işi də Allahın qədərdə ən incə nöqtəsinə qədər tərtib etdiyini bilməsi və bu həqiqəti unutmamasıdır.

İnsan bir avadanlığı söküb onu təmir edə bilər, hesabat üçün lazım olan məlumatları yığa bilər, şirkət üçün cədvəl hazırlaya bilər. Bu işləri görəndə də səhv etməmək üçün diqqətini bu işlərə cəmləməsi, dəqiq düşünüb yenə diqqətli davranması lazım ola bilər. İçində olduğu mühitin texniki detalları hər nə qədər çox olsa da ,ümumiyyətlə, baxdığımızda hər şeyi yaradan Allah buradakı hadisələrə və bütün detallarına da şübhəsiz ki, hakimdir. Onunla məşğul olan mühəndis, hələ anadan olmamış o avadanlığın yaradılacağı və araşdırması üçün istifadə ediləcəyi qədərdə məlumdur. Avadanlığın hər parçası Allah qatında müəyyən olunmuşdur. İnsanın hesabatını hazırladığı şirkət Allah'ın qədərdə təyin etdiyi vaxtda qurulmuşdur və O'nun təyin etdiyi müddətə qədər də fəaliyyətini davam etdirəcəkdir. Həmin şirkətin kərpicindən qapısının dəstəyinə, orda çalışan işçinin paltarının düyməsinə qədər hər şey qədərdə müəyyən olunmuşdur. Uca Rəbbimiz hər hadisəni mükəmməl tərzdə yaradıb, bizlərə təyin etdiyi qədər daxilində izlətdirir. Bütün bu mükəmməllik içində insan hansısa işə diqqətini nə qədər cəmləsə də hər şeyi Allah'ın yaratdığını, qədərdə ən incə detalına qədər təyin etdiyini unutmamalıdır. Etdiyi hər işə Allahın şahid olduğunun fərqində olmalıdır.

Allahın hər şeyi qədər daxilində yaratması ən böyük nemətlərdən biridir. Qədər insanlar üçün çox böyük komfort və rahatlıqdır. Qədərə iman edən, həyatındakı hər şeyi, həyatı boyu qarşılaşdığı və qarşılaşacağı hər hadisəni Allahın qədərində yaratdığını bilən bir insan həmişə bunun rahatlığını, əminliyini və daxili hüzurunu yaşayar.

Qədərə inanan insan çox rahatdır, çünki sabah olacaq hadisələrə görə narahat olmaz. Sabah nə olacağını düşünüb sıxılmaz və narahatlıq keçirməz. Allah'ın sabahı mütləq ən xeyirli tərzdə yaradacağını bilər.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş