www.derinbilgiler.net » Məqalələr » İmani » Allaha qarşı rəsmi olmaq Müsəlmana yaraşmaz!

 
 
 


Allaha qarşı rəsmi olmaq Müsəlmana yaraşmaz!

Müəllif: Admin Tarix 24-12-2012, 02:21, Baxılıb: 1376

0
Allaha qarşı rəsmi olmaq Müsəlmana yaraşmaz!



İnsana dünyada ən yaxın olan varlıq yalnız Allahdır. Bu qəti həqiqətdir və hamı üçün eynidir. Amma bəlkə də, insanların çoxu bu həqiqətdən xəbərsizdir. Bəzi insanlar sinif yoldaşını, qardaşını, bəziləri ana, ya da atasını, bəziləri də həyat yoldaşının özünə ən yaxın olduğunu hesab edirlər. Etibar edə biləcəyi, ən yaxın dost və sirdaşının ətrafındakı bu insanlardan biri olduğunu düşünürlər. Halbuki bu, insanın düşə biləcəyi ən böyük yanlışlardan biridir.

İnsanı yaradan, anadan olduğu ilk andan etibarən, hər saniyə sahib olduğu hər neməti ona verən yalnız Allahdır. İnsanı ən çox sevən, ona sevməyi öyrədən, insanlarda ona qarşı sevgi yaradan, hər an onu təhlükələrdən qoruyan, gözəllik, nemət bəxş edən yalnız Allahdır. Çətin anlarda,sıxıntıda ,darlıqda, xəstələndikdə ona kömək edən, şəfa verən, sıxıntısını aradan qaldırıb hüzur, xoşbəxtlik, fərahlıq hissi verən yalnız Allahdır. Ən çətin anlarında ona çıxış yollarını ilham edən yenə yalnız Allahdır.

Allahın qullarına göstərdiyi bu rəhməti saymaqla bitməz. Quranda Rəbbimiz, "Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, Allah bağışlayandır, rəhm edəndir!" (Nəhl surəsi, 18) ayəsiylə insana bu böyük həqiqəti xatırladır.

İnsanın tək-tənha olduğunu hesab etdiyi anlarda belə, Rəbbimiz onunla bərabərdir: "… Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. ..." (Mücadilə surəsi, 7). Allah heç vaxt qulunu tək qoymaz. "Biz ona şah damarından da yaxınıq." (Qaf surəsi, 16) ayəsiylə Allah bu yaxınlığını bildirmişdir və Allah onun hər duasına cavab verəndir:

"Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər." (Bəqərə surəsi, 186)


Məhz bu açıq-aşkar həqiqətlərə baxmayaraq, insanların bəziləri Allaha qarşı çox soyuq, uzaq və rəsmidirlər. "Ən yaxın dostum", "qardaşım", "uşağım", "həyat yoldaşım" dedikləri insanlara qarşı olduqca canayaxın, səmimi, sevgi dolu olduqları halda, özlərini və sevdikləri bütün bu insanları onlara nemət olaraq yaradan Allaha qarşı bu yaxınlığı hiss etməzlər.

Hətta Allaha inandığını söyləyən bəzi insanlar belə, eyni yaxınlığı qat-qat artığıyla Allaha qarşı da göstərə biləcəklərindən xəbərsizdirlər. Sevdikləri insanlara ən gözəl sevgi sözlərini söyləyib, ən gözəl münasibəti göstərdikləri halda, onlara sevgilərini izah edə biləcək müxtəlif və bənzərsiz üsullar tapdıqları halda, Allahdan bəhs edərkən, ya da Allaha dua edərkən bu istiqanlı sevgi üslubundan istifadə etməzlər. Rəsmi,çox uzaq, vərdiş edilmiş üslubun xaricinə heç vaxt çıxmazlar.

Halbuki Allah bizim ən çox Sevdiyimiz və bizə ən çox Sevgili olandır. Bizim əsl Eşqimiz, Ruhumuz, Canımız, Gözəllər Gözəlimiz, Bütün dünyamız Allahdır, Yeganə Rəbbimizdir. Allah Quranda da, "Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin …" (Ə'raf surəsi, 180) buyurmuşdur. Elə isə ən gözəl sözlər, ən gözəl xitablar, ən gözəl sevgi cümlələri, ən yaxın, istiqanlı, cana yaxın, sərhədsiz üslublar Rəbbimizə qarşı olmalıdır.

Müsəlman yanında olan insana istiqanlı davrandığı halda, Rəbbimizə qarşı rəsmi üslubu, rəsmi əlaqə şəklini mənimsəməsini özünə əsla yaraşdırmamalıdır. Ətrafındakı bütün gözəlliklərin, bütün sevgilərin, bütün canayaxın davranışların əsl sahibinin və əslində, bunları ona bəxş edənin Canımız Rəbbimiz olduğunu bilərək, bütün sevgisini və səmimiyyətini Allaha yönəltməlidir.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş