www.derinbilgiler.net » Məqalələr » İmani » İnsanlar hansı yalanlarla özlərini aldadırlar?

 
 
 


İnsanlar hansı yalanlarla özlərini aldadırlar?

Müəllif: Admin Tarix 23-05-2012, 02:56, Baxılıb: 905

0
İnsanlar hansı  yalanlarla özlərini aldadırlar?


Şeytan insanları müxtəlif bəhanələrlə, təlqinlərlə, hiyləgər dəvətlərlə öz yoluna çəkməyə çalışır. İnsanlara yaradılış məqsədlərini unutduraraq, onları dünyəvi mənfəətlərə, müvəqqəti ideallara yönəldir. Əgər insan şeytanın bu çağırışına aldansa və hər şeyi yaratmış olan Rəbbimizin çağırışından üz çevirsə, o zaman doğrunu görə bilməsi mümkün olmaz. Allah Quranda belə insanların vəziyyətini xəbər vermişdir. Zuxruf Surəsində mövzuyla əlaqədar ayələrdə belə buyurulur:

Kim Mərhəmətli (Allahın) zikrindən üz döndərsə, Biz şeytanı ona calayarıq və o da ona yoldaş olar.Şübhəsiz ki, şeytanlar onları haqq yoldan sapdıracaq, onlar isə özlərinin haqq yolda olduqlarını güman edəcəklər.Nəhayət, o, hüzurumuza gəldikdə deyər: “Kaş ki, mənimlə sənin aranda məşriqlə məğrib (arasındakı )uzaqlıq qədər (məsafə) olaydı. Sən nə pis yoldaş imişsən!” “Siz haqsızlıq etdiyinizə görə bu gün əzaba şərik olmağınız sizə heç bir fayda verməz!”Sənmi karlara eşitdirəcəksən, yaxud korları və aşkar azğınlıq içində olanları doğru yola yönəldəcəksən? (Zuxruf surəsi, 36-40)


Yuxarıdakı ayələrdə göründüyü kimi, Allah bu insanları kar və kor olaraq xarakterizə etmişdir. Şübhəsiz burada sözü gedən olan, fiziki mənada bir karlıq və korluq deyil. Allah bu insanların mənəvi baxımdan kor və kar olduqlarını, doğru yola edilən dəvəti eşitməzlikdən, gerçəkləri görməzlikdən gəldiklərini bildirmişdir. Qısacası bu insanlar ağıl və vicdanlarına tabe olmayaraq Allahın əmrlərini və hesab gününü göz ardı etməkdə və bu şəkildə xilas ola biləcəklərini zənn etməkdədirlər. Halbuki bu insanlar yalnız özlərini aldadırlar.

Bunu xüsusilə ifadə etməliyik: Özlərini aldadan insanlar dünya üzərində az sayda olan, istisna kəslər deyil. Quranda bildirildiyi kimi " ...Lakin onların çoxu əsil həqiqəti bilmir və (ondan) üz çevirərlər. " (Ənbiya surəsi, 24) Və yenə "... Lakin, insanların çoxu Rəbbi ilə qarşılaşacağını inkar edir." (Rum surəsi, 8)


Burada danışılan kəslərdən olmamaq üçün hər kəsin özü üçün bir daha düşünməsi və özünü aldadanlardan olmamaq üçün səy göstərməsi lazımdır. Çünki dünyadaykən doğrulara gözlərini bağlayaraq özünü aldatmaq, axirətdə insana fayda deyil, böyük bir zərər verəcək.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş