www.derinbilgiler.net » Məqalələr » İmani » Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür

 
 
 


Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür

Müəllif: Admin Tarix 23-05-2012, 02:30, Baxılıb: 1120

0
Axirət inancının güclü olması ilə səmimi dindar olmaq mümkündür


Yaradılış məqsədini unudaraq öz istək və arzularına görə dəyərsiz işlərin arxasınca gedərək həyatını Allahın əmr və qadağalarını tanımadan keçirən bir insan ölümdən sonra diriləcəyini, etdiklərinin bir-bir hesabını verəcəyini və buna uyğun olaraq əvəz görəcəyini düşünmək istəmir. Axirətin varlığını bilsə də, vicdanını susduraraq özünü aldadır. Sırf bu həqiqətdən qaçmaq üçün bəzi azğın inanclara belə sarılır. Məsələn, xüsusilə son zamanlarda yayılan, öldükdən sonra dəfələrlə dirilərək fərqli yerlərdə və zamanlarda yenidən dünyaya gəlmə şəklində açıqlanan reinkarnasiya inancının insanlar tərəfindən mənimsənilməsinin səbəblərindən biri də budur.

Dünyada etdiklərinin əvəzini axirətdə cəhənnəm kimi bir cəzanın özlərini gözlədiyini bilən, ya da heç olmasa bunu ehtimal edən insanlar öldükdən sonra axirətə gedəcəkləri həqiqətindən narahat olurlar. Buna görə də heç bir dəlili və dayağı olmamasına baxmayaraq, bu azğın inancı və ya bu tərz inancları sevə-sevə qəbul edirlər.

Bu şəkildə özlərini axirətin olmadığına inandıraraq ovutmağa çalışan insanlar hər dövrdə yaşamışlar. Allah Quranda bu insanların sırf axirəti qəbul etməmək və bu həqiqətlə üz-üzə gəlməmək üçün ağıl və məntiqdən necə uzaqlaşdıqlarını bizlərə ibrət olaraq anlatmışdır. Bu ayələrdən biri belədir:

Deyirlər: “Doğrudanmı biz əvvəlki vəziyyətimizə qaytarılacağıq?! Özü də çürümüş sümüklər olduğumuz zamanmı?!” Onlar deyirlər: “Elə isə bu ziyanlı dönüşdür. (Naziat surəsi, 10-12)


Yuxarıdakı ayələrin sonunda da göründüyü kimi, axirəti və dirilişi inkar edən bu insanlar, yenidən dirildiləcəklərinin öz zərərlərinə olacağını vicdani olaraq bilirlər. Buna görə bu həqiqəti mümkün olduqca ağıllarına gətirməməyə, azğın düşüncələrlə unutmağa və unutdurmağa çalışırlar. Cavabını çox yaxşı bildikləri halda sırf həqiqətlərdən qaçmaq üçün bu sualları verirlər:

Öz yaradılışını unudub: “Çürümüş sümükləri kim dirildə bilər?!” – deyə, hələ Bizə bir məsəl də çəkdi. De: “Onları ilk dəfə yoxdan yaradan dirildəcəkdir. O, hər bir məxluqu çox gözəl tanıyandır! (Yasin surəsi, 78-79)


Axirət mövzusunda bu şəkildə özlərini aldatma yolunu seçən insanların bu məntiqləri bütün düşüncə və rəftarlarında əks olunur. Əgər bir insan özünü ölümdən sonra hesab gününün olmayacağına, cənnət və ya cəhənnəm həyatının olmadığına inandırsa hər cür azğınlığı edə bilər. Çünki insanı qorxub-çəkindirən səbəblərdən biri axirətdə etdiklərinə uyğun bir əvəz alacağı inancıdır. Amma əgər əks düşüncədədirsə, məsuliyyətlərinə əhəmiyyət verməməyə və gözardı etməyə başlayar. Çünki ancaq axirətə inanan insanlar bu dünyada özlərini aldadaraq reallıqdan qaçmanın axirətdə çox böyük bir acı və hüsranla nəticələnəcəyini bilirlər.

Siz də bir az düşündüyünüzdə, özünüz də daxil olaraq ətrafınızdakı heç bir şeyin təsadüfən olmadığını, hər şeyin Allahın sonsuz gücü, məlumatı, istəyi və idarəsi ilə reallaşdığını asanlıqla görə bilərsiniz. Bundan başqa, axirəti yaratmanın da yuxarıdakı ayələrdə xəbər verildiyi kimi Rəbbimiz üçün çox asan olduğunu, İlahi ədalətə ən uyğun olduğunu qavraya bilərsiniz. Diqqət yetirin, anlamazlıqdan gələrək özünüzü aldatmayın. Çünki bu mövzuda özünü aldadanlar və axirət həqiqətindən uzaq yaşayanlar axirətdə etdikləri səhvləri düzəldə bilməmənin sonsuz acısını yaşayacaqlar.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş