www.derinbilgiler.net » Məqalələr » İmani » Təvazökarlıq asan və rahat həyat gətirir

 
 
 


Təvazökarlıq asan və rahat həyat gətirir

Müəllif: Admin Tarix 23-05-2012, 01:29, Baxılıb: 1667

0
Təvazökarlıq asan və rahat həyat gətirir


Qürur və lovğalıq insana ən çox zülm və çətinlik yaradan pis əxlaq xüsusiyyətlərindəndir. Təvazökarlıq isə insana dinclik və rahatlıq gətirir. Qürurlu insan hər şeydən əvvəl bütün xüsusiyyətlərini özünə aid zənn edər. Məsələn, zəkasının Allahın özünə verdiyi bir nemət olduğunu düşünüb şükr edəcəyinə zəkasıyla öyünür. Bu xüsusiyyətini gözündə böyüdərək ətrafındakıları özündən aşağı səviyyədə görər və alçaldar. Bu xarakterinin bir nəticəsi olaraq, ətrafındakı insanlar tərəfindən sevilməz. Bəlkə, özündənrazı hərəkətlərinə görə bəzi insanlar yanında kiçilib,ona hörmət göstərə bilərlər. Ancaq lovğa insana göstərilən hörmət səmimi, həqiqətən o adama hörmətə layiq olduğu üçün göstərilən bir hörmət deyil; əksinə onun lovğalığının, əzəmətinin şərrindən xilas ola bilmək üçün olan bir davranışdır. Bu səbəbdən lovğa insanların gerçək, səmimi, həqiqi bir sevgi ilə özlərinə bağlı dostları olmaz. Ətraflarında həmişə özlərinə saxta bir diqqət və hörmət göstərən insanlar olar.

Lovğa insanın öz-özünə etdiyi ən böyük zülmlərdən biri də, ətrafına qarşı həmişə qüsursuz və əskiksiz görünməyə çalışmaqdır. Məsələn yuxarıda verdiyimiz nümunədə olduğu kimi, zəkası ilə qürurlanan bir insan daim ən ağıllı olma iddiasındadır. Əsla səhv etməyi qəbul edə bilməz. Bir səhv etdiyində bunun insanlar tərəfindən fərq edilməməsi üçün əlindən gələni edər, hətta yalan danışaraq çox pis vəziyyətlərə düşər. Halbuki insan son dərəcə aciz, əskikliklərə sahib və bu dünya həyatında hər an sınanan bir varlıqdır. Bu səbəbdən həyatı boyunca bir çox əskikliyi və səhvi olması son dərəcə təbiidir. Bunları digər insanların gözündən gizlətməyə çalışmaq isə son dərəcə mənasız və gərəksizdir. Allahın hər şeyi görən və bilən olması, insanın aciz və əskikliklərlə dolu bir varlıq olduğunu qavraması, və insanların gözündə nə olduğunun deyil, əsas Allah Qatındakı yerinin əhəmiyyətli olduğunu bilməsi, insanın üzərindəki bu zülmü qaldıraraq, yaşadığı həyatı asan və dinc hala gətirər.

İnsanların nəfslərində olub onlara ən böyük çətinliyi yaşadan hisslərdən biri isə özünü bəzi xüsusiyyətlərindən ötrü digərlərinə görə daha qiymətli hesab etməsidir. Bu, əslində şeytanın bir xüsusiyyətidir. Allah, Hz. Adəmi yaratdığında şeytana və bütün mələklərə Hz. Adəmin qarşısında səcdə etmələrini əmr etmişdir. Mələklər, Allahın gözəl əxlaqla yaratdığı varlıqlar olaraq dərhal səcdə etmişlər. Şeytan isə səcdə etməmiş və bəhanə olaraq bunları söyləmişdir:

(İblis) dedi: “Mən ondan daha xeyirliyəm. Çünki Sən məni oddan, onu isə palçıqdan yaratdın!” (Sad surəsi, 76)


Ayədə də bildirildiyi kimi, şeytan özünü digər yaradılmışlara görə üstün gördüyü üçün, Allahın əmrindən çıxa biləcək qədər azğınlaşmışdır.
Quranda özlərini üstün zənn etdikləri üçün sapanlardan da danışılmaqdadır. Məsələn,

Yəhudilər və xaçpərəstlər: “Biz Allahın oğulları və Onun sevimliləriyik..” (Maidə surəsi, 18)


deyərək sapmışlar. Ancaq, onlar da daxil olmaqla bütün insanlar, Allahın yaratdığı aciz varlıqlardır. Hər insan Allaha möhtacdır və Allahın özü üçün yaratdığı qədəri izləyir. Heç bir insan öz-özünə bəzi xüsusiyyətlər qazanıb sonra bunlarla üstünlük qazana bilməz. İnsanların üstünlüyü ancaq Allaha yaxınlıqda, təqvada göstərdikləri səy ilə ölçülə bilər.

Allahın özünü imtiyazlı və üstün zənn edənlərə Quranda verdiyi cavab belədir:

"... De: “Onda nə üçün sizə günahlarınıza görə əzab verir? Xeyr, siz də Onun yaratdığı bir bəşərsiniz”. O, istədiyini bağışlar, istədiyinə də əzab verər. Göylərin, yerin və onların arasında olanların səltənəti Allaha məxsusdur. Dönüş də ancaq Onadır. (Maidə surəsi, 18)


Qüsursuzluq və səhvsizlik iddiası, insan üçün çox ağır bir yükdür. İnsanlar arasında da imtiyazlı olmağa çalışarlar, buna görə hər anlarını idarə edər, hər an təkəbbüürlü olmağa səy göstərərlər. Məsələn bir yığıncağa qatıldıqlarında ən təsirli danışanın, ən gözəl geyinənin, ən ağıllı çıxış yolu göstərənin, ən çox diqqəti üzərində yığanın özləri olmasını istəyərlər. Hər hansı bir qrup içindəykən belə, oturmaq üçün seçdikləri yerə qədər bir imtiyaz, fərqlilik, üstünlük axtarar, əsla kütlənin və ya o otaqdakı insanların arasına qaynamağı qəbul edə bilməzlər. Bunun üçünsə hər an "tikan üzərində" otururmuş kimidirlər. Heç bir hərəkətləri təbii və səmimi olmaz. Etdikləri hər şey, iddialarına çata bilmək üçün hesablı və planlı olar. Bunun bir insan üçün nə qədər böyük bir əzab olacağı və o adama nə qədər böyük bir yük yükləyəcəyi isə ortadadır.

Həmçinin bilinməlidir ki, belə insanlar, qürurlanaraq hədəflədikləri heç bir şeyə çata bilməzlər.

Lovğalandıqca, həm ətraflarından nifrət və kin qazanarlar, həm də əllərindəkilər alındığında çox böyük bir çöküntü yaşayaraq həyatdan küsərlər. Allah bir ayəsində, böyüklənənlərin bir nəticəyə çata bilmədiklərini belə bildirir:

Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allahın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allaha sığın! Həqiqətən, O, Eşidəndir, Görəndir. (Mömin surəsi, 56)


Lovğa insanlar, dünya həyatında heç bir əməllərinə çata bilmədikləri kimi, ən əhəmiyyətlisi Allahın sevgisini də itirərlər. Allah bir ayəsində bunu belə bildirir:

İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə özünü darta-darta gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, özünü öyəni sevmir. (Loğman surəsi, 18)


Təvazökar insanlar isə təkəbbürlü insanların yaşadıqları çətinlik və sıxıntıları heç zaman yaşamazlar. Əlbəttə ki, hər insan hər şeyin ən gözəlinə sahib olmağı, hər şeyin ən yaxşısını etməyi istəyər. Ancaq bunları dünyəvi ehtiraslarını təmin etmək, insanların gözlərində böyümək və bundan ötrü hörmət görmək üçün edənlər böyük bir itki içindədirlər. Təvazökar bir insan isə bunların hamısını Allahı razı etmək və savab qazanmaq üçün istəyər. Bir şey bacardığında və ya gözəl bir xüsusiyyətə sahib olduğunda, bunların heç birinin özündən olmadığını, hər birinin Allahın özünə lütf etdiyi nemətlər olduğunu bilər. Bunları özünə verən, qədərində özünə müvəffəqiyyət, gözəllik və nemət yaradan Allaha şükr edər. Bu səbəbdən bunlardan hər hansı birini itirdiyində də bədbin olmaz. Bunun da özü üçün bir sınaq olduğunu bilər və təvəkkül edər. Nə müvəffəqiyyəti, nə də müvəffəqiyyətsizliyi, nə gözəlliyi, nə də çirkinliyi sahiblənməz. Hamısının dünya həyatında özünü sınamaq üçün yaradılan hadisə və görüntülər olduğunu bilərək, bu inancının özünə verdiyi hüzur və rahatlığı yaşar.
Bədiüzzaman da lovğa və təvazökar insanların həyatları arasındakı fərqi qısaca belə yekunlaşdırır:

"Özünü bəyənən bəlanı tapar, zəhmətə düşər. Özünü bəyənməyən səfanı tapar, rəhmətə gedər." (Məktubat, s. 301)


Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş