www.derinbilgiler.net » Məqalələr » İmani » Dəccalın oyunu sona çatdı

 
 
 


Dəccalın oyunu sona çatdı

Müəllif: Admin Tarix 14-05-2012, 01:16, Baxılıb: 968

0
Dəccalın oyunu sona çatdı


Bu dünya həyatı, yaxşılarla pislərin, gözəlliklə çirkinliyin ortaya çıxdığı, insanların etdikləriylə sınandığı, iman edənlərin və etməyənlərin imtahan olunduğu keçici məkandır. Bütün varlıqları və bu imtahan mühitini yaradan Uca Allah, imtahanın gərəyi olaraq iman edənlərə qarşı inkar edən, günahkar düşmənlər yaratmışdır. Peyğəmbərimizin hədislərinə görə hər dövrdə peyğəmbərlərin və iman edənlərin qarşısına çıxan bu düşmən, Hz. İsanın təkrar yer üzünə gəlməsinin gözlənildiyi dövrdə, yəni axır zamanda, "Dəccal" olacaq.

Dəccal Ərəb sözüdür "dəcl" kökündəndir. Lüğətlərdə verilən mənaya görə Dəccal “yalançı, hiyləgər, zehinləri, könülləri, yaxşı ilə pisi, haqq ilə batili qarışdıran, bir şeyi bəzəyib həqiqi üzünü gizlədən, müfsid (nifaq salan, pozan, pisləşdirən) və məlun (Lənətlənmiş, qovulmuş)” varlıqdır.

Hədislərdə Dəccal axır zamanda (dünyanın son dövrlərində) ortaya çıxan ən böyük mənfi güc olaraq xəbər verilmişdir. Axır zaman kimi fövqəladə hadisələrin reallaşdığı dövrdə Allahın elçisinə düşmənlik edərək şeytanın sistemini hakim etməyə çalışan Dəccal,bəlkə də tarixin ən şiddətli inkarçılarından biridir. Necə ki, Peyğəmbərimiz (səv) Dəccalın fitnəsinin böyüklüyünü belə təsvir etmişdir:

"Adəmin yaradılışından qiyamətə qədər keçən zaman ərzində Dəccaldan daha böyük bir hadisə yoxdur." (Tirmizi, s. 82; Müslim, Fiten: 126)


Dəccal rəvayətlərə görə, doğrunu yalnış, yalnışı doğru; yaxşını pis, pisi yaxşı göstərən nifaq salan biridir.

"Şübhəsiz yanında bir cənnət və bir cəhənnəm (deyə adlandırdığı iki çay) olması da onun fitnəsidir. Əslində cəhənnəmi cənnət, cənnəti də cəhənnəmdir..." (İbni Əbi Şeybe, Musannef, Fiten: 5, 8/5912 İbni Macə, 4075, 4076; Tırmizi, Fiten: 59, nömrə. 2240, 4/510)


hədisdə də ifadə edildiyi kimi, onun çağırdığı gözəl görünüşlü hər şey, insana fəlakət gətirəcəkdir. İnsanlara pis kimi göstərdiyi dəyərlər isə əslində onların xeyrinədir, amma insanların bəziləri hadisələri Quran əxlaqına və Peyğəmbərimiz (səv)in sünnəsinə görə qiymətləndirmədiklərinə görə, Dəccalın çağırışlarına aldanaraq ona tabe olacaq və Allahdan qəflət içində üz çevirəcəklər. Bunun nə qədər böyük səhv olduğunu isə, Dəccalın meydana gətirdiyi zülm mühiti sayəsində anlayacaqlar. Buna görə də , Peyğəmbərimiz (səv) insanları xəbərdar etmiş və Dəccalın pis olaraq göstərdiyi hər şeyin yaxşı olduğunu bildirmişdir:

"Dəccal çıxacaq. Yanında su və atəş vardır. İnsanların su olaraq gördüyü yandırıcı atəşdir. İnsanların atəş olaraq gördükləri də soyuq və şirin sudur. Sizdən hər kim bunu idrak etsə atəşi seçsin; özünü atəşə atsın. Əslində o şirin və gözəl sudur." (Müslim; Böyük Fitnə Məsihi Dəccal, Saim Güngör, s. 13)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş