www.derinbilgiler.net » Məqalələr » İmani » Allah sevgisi və qorxusu bir yerdədir

 
 
 


Allah sevgisi və qorxusu bir yerdədir

Müəllif: Admin Tarix 20-03-2012, 13:00, Baxılıb: 970

0
Allah sevgisi və qorxusu bir yerdədir


Bəzi insanlar din əxlaqını yaşamaq və Allahın razılığını qazanan biri olmaq üçün yalnız Allah sevgisinin olması ilə kifayətlənirlər . Ancaq Allah Quranda bildirir ki , razı olduğu təqva sahibi qulları Allahı çox sevmələri ilə yanaşı Ondan güclərinin çatdığı qədər qorxub çəkinirlər . Allahı bütün sifətləriylə tanıyan, Onun böyüklüyünü lazımı kimi təqdir edən, ağıl və vicdan sahibi hər insan Allahdan gücü çatdığı qədər qorxub çəkinir. Allah, Özündən qorxub çəkinən qullarına doğru ilə yalnışı bir-birindən ayırmaq üçün xüsusi bir qabiliyyət verir, Allahın əmrlərinə əskikliyə yol vermədən tabe olması, hər zaman vicdanına görə hərəkət etməsi üçün ona güc verir. Allah, iman edənlər üzərindəki bu nemətini Quranda belə bildirir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.(Ənfal surəsi, 29)

Məsələn, Allahdan qorxub çəkinən insan yalan danışmır. Bəzən yalan danışmaq onun mənfəətlərinə uyğun gəlsə belə, o insan Allahın razılığını qazanmamağı və Onun özünə verəcəyi qarşılığı göz önünə gətirərək qorxur və bundan çəkinib dürüst davranır. Bir anlıq qəflət nəticəsində səhv söz söyləsə belə, dərhal işlətdiyi günahın fərqində olur və buna görə Allaha tövbə edib səhvini düzəldir Buna bənzər, insanın çox böyük ehtiyac içindəykən belə, haram yollardan pul qazanmağa əsla yanaşmaması da, yenə onun Allah qorxusundan irəli gəlir.

Allah qorxusu olmayan hər insanın özünə görə bir həddi vardır, o həddə qədər dürüst və doğru olsa belə, bəzən bir səbəbə görə artıq nəfsi üçün hərəkət edir. Allahdan qorxub çəkinən insan isə nə qədər çətin vəziyyətdə qalırsa qalsın, heç vaxt bəzi səbəblərə görə Allahın razı olmayacağı bir yolu seçmir. Bir çətinliklə qarşılaşdığında Allaha güvənərək Ona sığınır, özünə bir çıxış yolu göstərməsi üçün Rəbbimizə dua edir və ixlasla Ona təvəkkül edir.

Allah qullarını sevən, onlar üçün gözəllik bəxş edən, onları bağışlayan, mərhəmət edən, onlara kömək edən və qarşılıqsız olaraq lütf edəndir. Müşriklər və inkar edənlər isə Allahın diləməsiylə Onun rəhmətindən məhrum olan kimsələrdir. Sonsuz ədalət sahibi olan Rəbbimiz, Özünə səmimi qəlblə iman edən saleh qullarını dünyada və axirətdə rəhmətiylə mükafatlandıracaq, inkardan dönməyən kəsləri isə cəhənnəm əzabıyla əzablandıracaq.

Göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Odur. O, yerə girəni də, oradan çıxanı da, göydən enəni də, oraya qalxanı da bilir. Siz harada olsanız belə, O sizinlədir. Allah sizin nə etdiklərinizi görür.(Hədid surəsi, 4)


Rəbbimizin sonsuz gücünü və axirətdəki sonsuz əzabını lazımı kimi təqdir edən bir insan həyatının hər anında, etdiyi hər işdə Allahdan içi titrəyərək qorxur. Bu qorxusuna görə Rəbbimizin razı olmayacağı hər davranışdan diqqətlə çəkinir. Ancaq bir tərəfdən də Allaha səmimi bir sevgi və sədaqətlə bağlanır. Bu bağlılığa görə də daima səhvləri üçün bağışlanma diləyib tövbələrinin qəbul ediləcəyini, Allahın razılığını qazanmaq üçün göstərdiyi ciddi səyə görə özünü cənnətiylə mükafatlandıracağını Allahdan ümid edir. Quranda iman edənlərin bu əxlaqı belə ifadə edilir:

Həqiqətən, öz Rəbbindən görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Mülk surəsi, 12)

Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!. (Ali İmran surəsi, 102)


Allahı həqiqətən sevən hər mömin Allahın əzabından, Allahın məmnuniyyətini və sevgisini itirməkdən böyük bir qorxu duyur və bu səbəblə həyatı boyunca çox ciddi və səmimi səy göstərir. Allah Quranda bu əxlaqı yaşayan möminləri belə müjdələyir:

Kim də Axirəti istəsə, mömin olaraq bütün qəlbi ilə ona can atsa, onların səyi məmnuniyyətlə qəbul olunar.. (İsra surəsi, 19)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş