www.derinbilgiler.net » Məqalələr » İmani » Canli-cansız dünyadakı hər varlığın bir qədər ilə yaradıldığını bilmək…

 
 
 


Canli-cansız dünyadakı hər varlığın bir qədər ilə yaradıldığını bilmək…

Müəllif: Admin Tarix 15-03-2012, 03:28, Baxılıb: 909

0
Canli-cansız dünyadakı hər varlığın bir qədər ilə yaradıldığını bilmək…


Qədər, Allahın keçmişdən gələcəyə qədər yaşanmış və yaşanacaq olan bütün hadisələri tək bir an olaraq bilməsidir. Bu, Allahın hər varlıq və hadisə üzərindəki mütləq hakimiyyətini ifadə edir. İnsanlar həyatlarındakı hadisələri ancaq yaşadıqları zaman öyrənə bilirlər. Amma Allah bütün bunları hələ yaşanmadan əvvəl də biləndir. Allah üçün keçmiş, bu an və gələcək zaman birdir. Hamısı da Allahın elmi və əhatəsindədir. Çünki bunların hamısını yaradan Rəbbimizdir.

" Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə yaratdıq." (Qəmər surəsi, 49)


ayəsiylə də bildirildiyi kimi dünyadakı hər varlığın bir qədəri vardır. Bəzi insanlar qədərin mükəmməlliyini və bu nizamın ardında Allahın sonsuz gücünün olduğunu düşünmürlər. Bəziləri də qədəri yalnız insanları maraqlandıran bir mövzu olaraq məhdudlaşdırırlar. Halbuki evinizdəki əşyadan yolda gördüyünüz bir daş parçasına, quru bir ota, ya da meyvə verən budaqdan mağaza rəflərindəki qablara qədər kainatdakı canlı-cansız bütün varlıqların Allah qatında təyin olunmuş bir qədərləri vardır. Və hər əşya, ya da hər canlı varlıq üçün yaradılan qədəri də sonsuz ağıl sahibi Allah təyin etmişdir.

İnsanın bilvasitə, ya da birbaşa ünsiyyətdə olduğu hər şey, gördüyü hər hadisə, eşitdiyi hər səs tamamilə insanın dünya həyatındakı "bütün" halındakı həyatının bir parçasıdır. Kainatda meydana gələn böyük, ya da kiçik hər hadisə bir hikmətlə reallaşır. Heç bir çiçək təsadüfi olaraq açmır, ya da təsadüfi olaraq solmur. Ya da heç bir insan təsadüfən doğulub, təsadüfən ölmür. Heç bir insan səhvən, ya da təsadüfən xəstələnmir. Əgər bir yaxşılıqla, ya da bir pisliklə qarşılaşırsa, bu heç bir zaman təsadüfi baş vermir. Hər birini insanın yaradılışı ilə birlikdə, Allah xüsusi olaraq təyin etmişdir.

Allah Quranda,

"Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda olmasın. " (Ən'am surəsi, 59)


ayəsiylə torpağın, ya da okeanların kilometrlərlə dərinliklərində meydana gələn hadisələrdən tutmuş, tək bir yarpağın düşməsinə qədər kainatda meydana gələn hər hərəkətin təyin olunmuş bir qədər üzərinə reallaşdığını bildirmişdir.

Lakin insanların çoxu yaşadıqları qədərin hər anını Allahın yaratdığının şüurunda deyillər. Bəziləri necə yaradıldıqlarını, həyatları boyu qarşılarına çıxan bütün bu nemətlərin necə var olduğunu belə heç düşünməmişdir. Bəziləri isə həyatı və ölümü Allahın yaratdığını, ancaq həyatın ehtiva etdiyi detalların təsadüfi bir şəkildə baş verdiyini zənn edirlər.

Halbuki Quranda,

"Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır. " (Hədid surəsi, 22)

ayəsiylə qarşılaşılan hər hadisəni, hər detalı Allahın xüsusi bir hikmət və ağıl ilə planlamış olduğu bildirilir.

İnsanın bu əhəmiyyətli gerçəyi anlaması son dərəcə əhəmiyyətlidir. Çünki dünyadakı hər varlığın qədərini sonsuz ağıl və elm sahibi olan Allah təyin edir. Bu səbəbdən hər detal ola biləcək ən mükəmməl şəkildə planlanır və ola biləcək ən hikmətli şəkildə yaradılır. Bu gerçəyin şüurunda olan insan artıq həyatın hər anından: müsbət görünənlər qədər mənfi kimi görünən anlardan da çox məmnun olacaq. Çünki Allahın saleh qulları üçün qədəri ən gözəl şəkildə yaratdığını biləcək. Allahın gözəl gördüyü bir şey üçün insanın mənfi zənnə qapılmasının böyük qəflət olduğunu dərk edəcək. Bu imani qavrayış, hadisələrə xeyir gözüylə baxmasını və hadisələrdəki xeyir və hikmətləri görə bilməsini təmin edəcək.

Bunun əksini düşünmək, yəni insanın mənfi hadisələrlə qarşılaşdığında başına gələn hadisəni Allahın yaratmadığını, bir başqasının buna səbəb olduğunu sanması isə adamın qədəri anlaya bilməmiş olmasındandır. Mənfi kimi görünən hər hadisə, əslində, bir "qədər dərsi"dir. Hər şeyi mütləq hikmət və xeyir gözüylə qiymətləndirmək lazımdır. Böyük, orta dərəcədə əhəmiyyətli, ya da əhəmiyyətsiz kimi görünən hər hadisə qədərdə hikmət və xeyirlə yaradılmışdır. Bəzi insanlar tez-tez qarşılaşdıqları, istəmədikləri şəkildə baş verən hadisələrə əskiklik deyirlər. Halbuki bunda da xeyir və hikmət vardır. İnsan mənfi hadisə zənn edir, halbuki ən doğrusu qədərdə o hadisənin o şəkildə reallaşmasıdır.

Gün ərzində insanları kədərləndirən, rahatlıqlarını pozan, onları hirsləndirən, sıxıntıya salan, çatışmazlıq, əskiklik olaraq adlandırılan hadisələrin hikmət və xeyirlərini Allah bir anda bütün olaraq göstərsə, insan kədərlənməsinin nə qədər yalnış olduğunu dərhal anlayar.

İman edən insan bu xeyirlər qarşısında nəinki kədərlənmək, əksinə böyük bir sevinc içində olur. Bu səbəblə insan qədərdə, yəni Allahın qüsursuz yaratmasının hikmətli bir detalı olan hadisələrdə, həmişə xeyir və hikmət axtarmalı və bu qavrayışa sahib olmanın sevincini yaşamalıdır.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş