www.derinbilgiler.net » Məqalələr » İmani » Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır

 
 
 


Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır

Müəllif: Admin Tarix 25-02-2012, 01:51, Baxılıb: 989

0
  Din əxlaqını yaşamaq üçün səmimi olmaq lazımdır



Həqiqi və səmimi imana sahib olan insanlar heç zaman özlərini aldatmaz və həqiqətlərdən qaçmazlar. Çünki bu insanlarda güclü Allah qorxusu vardır və bu səbəblə Allahın razılığını itirməkdən, ONA qulluqda qüsur etməkdən şiddətlə çəkinirlər. Amma Quranda bildirilən ifadə ilə "ürəyində xəstəlik olan kəslər" Allaha ibadət etməkdə "ağır" davranırlar. Allah bu insanların varlığını Nisa surəsinin 72-ci ayəsində "Aranızda elələri də vardır ki, ağır tərpənər...” şəklində bildirmişdir. Bu insanlar Qurana uyğun olan həyat və əxlaq modelini bilsələr də dini mövzuda səmimi olmadıqları üçün istəksizdirlər. İbadətləri yerinə yetirməmək üçün daim bəhanə axtarırlar.

Davamlı olaraq belə bir axtarış içində olduqları üçün də hər şərait və mühitdə özlərini aldadan, ya da doğru olandan uzaqlaşdıran saxta səbəblər tapırlar. Allahın bir başqa ayəsində bildirdiyi kimi "bir ucundan dini yaşayarlar" və Allaha lazımi qaydada qulluq etməzlər. Halbuki onlar belə səmimiyyətsiz ibadət anlayışı ilə yalnız özlərini aldadırlar. Allah bu vəziyyəti Quranda belə açıqlayır:

İnsanlar içərisində elələri də vardır ki, iman gətirmədikləri halda: “Biz Allaha və qiyamət gününə iman gətirdik“, -deyirlər. Onlar elə güman edirlər ki, Allahı və möminləri aldadırlar. Bilmirlər ki, əslində ancaq özlərini aldadırlar. Onların ürəyində mərəz var. Allah onların mərəzini daha da artırar. Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar! (Bəqərə surəsi, 8-10)

Allahın dinində səmimiyyət əsasdır. Əgər insan vərdişlərinə görə və ya ətrafındakı insanlardan əks reaksiya görməmək üçün bəzi ibadətləri istəksizcə yerinə yetirirsə, yuxarıdakı ayədə də bildirildiyi kimi yalnız özünü aldatmış olur. Etdiklərinin Allah qatında dəyərli olmasını gözləyə bilməz. Allah Quranda istəksizcə edilən ibadətlərin qəbul olunmayacını insanları belə xəbər verir:

Onların xərclədiklərinin qəbul olunmasına mane olan yalnız Allahı və onun Peyğəmbərini inkar etmələri, namaza təmbəl-təmbəl gəlmələri və istəməyə-istəməyə xərcləmələridir. (Tövbə surəsi, 54)


Səmimiyyətdən uzaq insanlar Allaha qarşı olan məsuliyyətlərindən qaçmaq, ömürlərini dünyəvi ehtiraslara sərf etmək üçün bitib-tükənməyən bəhanələr axtarırlar. Gənc yaşlarında, məktəb illərində, iş həyatında, əylənərkən, uşaq sahibi olanda, kədərlənəndə, sevinəndə... hər zaman ibadət etmələrinə, Allahın əmrlərinə itaət etmələrinə mane olan süni səbəblər tapırlar. Burada əhəmiyyətli olan məsələ insanların bu səbəbləri qarşıya qoyduqları zaman səmimiyyətsiz olduqlarını başa düşmələridir. Çünki dünyada insanın Allahın əmrlərini yerinə yetirməsinə mane ola bilən heç bir səbəb ola bilməz. Əgər insanın belə bir səbəbi varsa, bu, onun səmimiyyətsizliyi və ya iradəsizliyinin göstəricisidir.

Allahın özünə şah damarından yaxın olduğunu, hər şeyi gördüyünü, eşitdiyini, hər kəsin gizlədiklərini də, aşkar etdiklərini də bildiyini anlayan insan ONA olan qulluğunda əsla səmimiyyətsizlik etməyə cəhd edə bilməz. Bir bəhanə qarşıya qoysa onu ürəyindən keçirərkən və hətta hələ keçirmədən Allahın biləcəyini, ya da qulluqda bitərəf olan insanın içindəki istəksizlikdən Allahın xəbərdar olacağını çox yaxşı bilir. Belə səmimiyyətsizliyə cəhd etmənin əvəzsiz qalmayacağını da düşünüb anlayır. Bu səbəbdən də özünü aldatmanın çıxış yolu olmadığının, əksinə onu çox böyük itkilərə uğradacağının şüurundadır. Belə insan heç bir şəraitdə Allahın rizasından uzaqlaşmaz. Çünki Allaha qəti şəkildə iman etdiyi üçün zəifliyi yoxdur. Qeyd-şərtsiz səmimiyyətə malikdir.

Ürəyində xəstəlik olan insanlar isə Allahı açıqca inkar etməsələr də imanlarında zəiflik vardır. Yəni, inancları müəyyən şərtlərə bağlıdır. Mənfəətlərinə zidd olan anda Quran əxlaqını yaşamaqdan imtina edə bilirlər. Özlərinə asan gələn ibadətləri yerinə yetirərək vicdanlarını rahatlaşdırmağa çalışırlar.


Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.