www.derinbilgiler.net » Məqalələr » İmani » Doğrunu səhvdən ayıran rəhbər

 
 
 


Doğrunu səhvdən ayıran rəhbər

Müəllif: Admin Tarix 25-02-2012, 00:43, Baxılıb: 860

0
Doğrunu səhvdən ayıran rəhbər


Dünyanı anlamağa çalışarkən özümüzə nəyi rəhbər etməliyik? .. Əslində insanların çoxu bu sual barəsində heç düşünmür. Onların rəhbəri cəmiyyətdir. Cəmiyyətdən öyrəndiyi doğrulara və səhvlərə görə öz həyatlarını qururlar. Cəmiyyət, dünyanın düz olduğuna inanırsa, onlar da elə düşünürlər. Adamyeyən qəbiləsində böyüyülərsə, insan əti yeməyi təbii qarşılayırlar. Nasist Almaniyasında Hitlerə tapınmağı haqlı hesab edirlər. Qısası, çoxluğa uyğunlaşırlar.

Dünyanı anlamaq üçün bir də cəmiyyətdən üz çevirib “dahi”lərin icadlarına yönəlmək olar. İdeologiyalara ümid edib, ideoloqların düşüncələrinə bel bağlamaq olar. Məsələn, Marksın bütün dünyanın, hətta kainatın necə yarandığını, hansı qanunlara görə işlədiyini, gələcəyin necə olacağını kəşf etdiyinə inanmaq olar. Bu gedişlə Marksın ən böyük tələbəsi olan Leninin “o möhtəşən beyni” mühafizə edilib “insanların istifadəsi” üçün saxlamaq da olar.

Amma gün gələr, ideologiyalar çökər və səhv olduqları aşkara çıxar. Və Leninin beyni zibilliyə atılar… Bu qaçılmaz son bütün ideologiyaların başına gələcəkdir. Çünki kainat və dünya haqqında doğru kriteriya qoymaq üçün bütün kainatın bilgilərinə sahib olmaq, bütün keçmişi və gələcəyi bilmək lazımdır. Buna görə də gerçək bir rəhbər, ancaq insan üstü qaynaqdan gələ bilər. Bütün kainatı, keçmişi və gələcəyi bilən, heç bir şey biliyinin və gücünün xaricində olmayan insan üstü qaynaqdan…

Bu da heç şübhəsiz Allahdır. Allah hər şeyi yaradan, elmi ilə hər şeyi əhatə edən, keçmişi və gələcəyi biləndir. İnsanı yaradan və onu formalaşdıran Odur. İnsana nələrin lazım olduğunu bilən və onun üçün ən doğrunun nə olduğu müəyyənləşdirən də Odur. Deməli doğrunu səhvdən ayıran rəhbər də ancaq Ondan gələ bilər. Və gəlmişdir… Quran, Onun insanlara rəhbər olaraq göndərdiyi kitabdır.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.