www.derinbilgiler.net » Məqalələr » İmani » "Onsuz da mən cənnətə gedərəm" düşüncəsində olanlar

 
 
 


"Onsuz da mən cənnətə gedərəm" düşüncəsində olanlar

Müəllif: Admin Tarix 25-02-2012, 00:00, Baxılıb: 1182

0
"Onsuz da mən cənnətə gedərəm" düşüncəsində olanlar


Dini yaşamayan cəmiyyətlərdə insanların özlərini aldatdıqları mövzulardan biri də, özlərinin cənnətə girməyə layiq olduqlarını düşünmələridir. Bu insanların çoxu ölümdən sonra həyat olduğunu qəbul etmələrinə baxmayaraq, din əxlaqını yaşamamalarının səbəbi özlərinin mütləq cənnətə gedəcəklərinə dair olan zənnləridir. Bu cür düşünən insanların necə belə bir qənaətə gəldikləri məlum deyil.Amma əksəriyyəti özünü digər insanlarla müqayisə edərək yalnız yaxşı tərəflərini görür və yaxşı bir insan olduğu üçün də cənnətə girməyə layiq olduğu qənaətinə gəlir.

Ən təəccüblü olanı da bu insanlar "yaxşılıq" anlayışını, Qurana görə deyil cahiliyyəyə uyğun qiymətləndirərlər. Allahın məmnun olacağı bir həyatı və əxlaqı deyil,yaşadıqları cəmiyyətin məmnun olacağı həyatı və əxlaqı seçirlər. Nəticədə də, özlərini aldadaraq cənnətə girəcəklərini düşünürlər.

Heç şübhəsiz, Allahdan cənnəti istəmək gözəl şeydir.Bu istəyin səmimi olduğunun ən əhəmiyyətli göstəricilərindən biri insanın həyatının hər anında cənnətə yaraşacaq bir əxlaq göstərməsi və Allahdan qorxub çəkinərək hərəkət etməsi olacaqdır. Əks halda, yəni, Allahın razı olmayacağı bir həyat tərzi içində ikən cənnətə gedəcəyini düşünmək son dərəcə səmimiyyətsiz düşüncə olduğu kimi, bu düşüncə adamın özünü aldatmasından başqa bir şey deyil.

Bu düşüncəyə görə insan həm Allaha qulluq etmədən böyük bir ömrü öz nəfsinin istək və ehtiraslarına görə keçirir, həm də axirətdə Allahın səmimi və saleh qulları üçün hazırladığı cənnətində, nemətlər içində olacağı düşüncəsinə malik olur. Belə bir düşüncəyə sahib insanın Qurandan heç bir məlumatı olmadığı deməkdir. Çünki Quran ayələrində bildirilən həqiqətləri dərk edən insan, bu cür aldatmacalarla xilas olmasının mümkün olmadığını, bu yolla yalnız özünü aldatmış olacağını çox yaxşı anlayır.

İnsan Quranda təsvir edilən cəhənnəm mühitini öyrənib dərk etdiyində,bir an belə cəhənnəmdə olmağı gözə almaz. Hətta cəhənnəmdə olmaq bir yana qalsın, cəhənnəmə yaxınlaşmaqdan belə şiddətlə qaçar. Çünki cəhənnəm insanın dünyada təsəvvür belə edə bilməyəcəyi çətinliklərlə, ağrılarla, əzablarla, çirkinliklərlə dolu bir məkandır. Allah Quranda cəhənnəm əzabının insanların yox olmaq istəyəcəkləri qədər şiddətli bir əzab olduğunu bildirmişdir:

Əlləri boyunlarına bağlı vəziyyətdə dar bir yerə atıldıqları zaman, özlərinə bəd dua edib ölümü diləyərlər. (Furqan surəsi, 13)




Allahı lazım olduğu kimi tanımayan və sifətlərini təqdir edə bilməyən insanlar isə Onun inkarçılar üçün hazırladığı cəhənnəmin şiddətini də təqdir edə bilməzlər. Bu da onlarda qəflətdən qaynaqlanan bir laqeydlik meydana gətirir. Belə ki, cəhənnəmdən qorxub çəkinərək hərəkət etmək yerinə etdikləri bəzi hərəkətlər üçün müəyyən bir müddət cəhənnəmə girməyi belə gözə ala bilirlər. Bu, cəmiyyətdə olduqca yayılmış davranışdır. Nəfsinin istək və ehtirasları uğruna Allahın əmr və qadağalarını aşanlar "cəhənnəmdə cəzamı çəkər sonra necə olsa cənnətə gedərəm" kimi bir inanca sahib olurlar. Bu insanlar dünya həyatından istədikləri kimi faydalanıb, bunun qarşılığında cəhənnəmdə bir müddət qalacaqlarını, daha sonra bağışlanacaqlarını düşünürlər. Halbuki heç bir insanın - Allahın istəyi olmadan - belə zəmanəti yoxdur.
Cəhənnəm sonsuza qədər var olacaq əzab yeridir.Allah rızasına görə yaşamayan hər insanı sonsuza qədər bu əzab yurdunda saxlaya bilər. "Necə olsa bir müddət qalar cəhənnəmdən çıxaram" məntiqiylə düşünənlər, Allahdan gərəyi kimi qorxmayan, Onun əzabını düşünüb qavramayan kəslərdir. Necə ki, Allah bu zənn ilə hərəkət edən insanlardan və onların uğrayacaqları sondan Quranda söz etmişdir:

Onlar : “Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz” –deyərlər. "De ki:" “Allahdan belə bir vəd almısınızmı?Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz?”Beli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. İman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar. (Bəqərə surəsi, 80-82)

Bu mövzuda Quranda olan bir başqa ayə isə belədir:

Bu onların: “Cəhənnəm odu bizə bir neçə gündən artıq toxunmaz!” –dediklərinə görədir. Onların dinləri barəsində uydurqduqları özlərini aldadıb yoldan çıxartmışdır.(Ali- İmran surəsi, 24)

Allahın yuxarıdakı ayələrdə bildirdiyi kimi kimin nə qədər əzab çəkəcəyini, cəhənnəmdə kimin nə qədər qalacağını ancaq Allah bilir. Dünyada ikən "cəzam bitər çıxaram" deyərək, qürurlu və qafil düşüncə ilə özlərini aldadan bu insanların cəhənnəmdə yaşayacaqları çarəsizlik və çaşqınlığı isə Allah ayələrində belə bildirir:

(Allah) buyuracaq: Allahın istədiyi istisna olmaqla, siz orada həmişəlik qalacaqsınız!” Şübhəsiz ki, Rəbbin hikmət, elm sahibidir! (Ən'am surəsi, 128)

Fasiqlərə gəldikdə isə, onların məskəni cəhənnəm odudur. Onlar hər dəfə oddan çıxmaq istədikdə yenə ora qaytarılacaq və onlara: “Dadın yalan hesab etdiyiniz cəhənnəm odunun əzabını!” – deyiləcəkdir. (Səcdə surəsi, 20)

Atəşdən çıxmaq istəyərlər, lakin heç cür oradan çıxa bilməzlər. Onlar əbədi əzaba düçar olanlardır! (Maidə surəsi, 37)


Əgər yuxarıdakı ayələrdə bəhs edilən kəslərdən olmaq istəmirsinizsə, bu mövzu üzərində bir daha düşünün. Və əsla "necə olsa cənnətə gedərəm", "cəzam bitəndən sonra cəhənnəmdən çıxaram" kimi boş zənnlərlə özünüzü aldatmayın. Özünüzü cahiliyyə prinsipləri ilə deyil, Quran ayələri ilə qiymətləndirin. Allah Quranda cənnətinə yaraşan insanın necə olması lazım olduğunu bütün detalları ilə bildirmişdir. Bunun xaricində heç bir fikir bu mövzuda hökm verə bilməz. Unutmayın, heç kimin cənnətə gedəcəyi zəmanət altında deyil. Əksinə, dünyada imtahanı davam edən hər insan üçün cəhənnəmə getmə təhlükəsi vardır. Allahın ən səmimi və vicdanlı qulları olan peyğəmbərlərin belə bu mövzuda Allaha dua etdiklərinə Quranda belə diqqət çəkilir:

Göyləri və yeri yaradan,dünyada və axirətdə mənim ixtiyar sahibim Sənsən. Mənim canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur! (Yusuf surəsi, 101)


Bu halda heç kim özünü aldatmasın, Allaha boyun əyib təslim olmadığı və Rəbbimizi razı etmədiyi müddətcə heç kim cənnətin qapılarından içəri girə bilməyəcək. Allah bir ayəsində bunun qeyri-mümkün olduğunu insanlara çox açıq bir örnəklə bildirmişdir:

Ayələrimizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və kəndir(dəvə) iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk!(Ə'raf surəsi, 40)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.