www.derinbilgiler.net » Məqalələr » İmani » Allahı hər kəsdən və hər şeydən çox sevmək

 
 
 


Allahı hər kəsdən və hər şeydən çox sevmək

Müəllif: Admin Tarix 23-02-2012, 15:06, Baxılıb: 1230

0
Allahı hər kəsdən və hər şeydən çox sevmək




... “Allah bizə yetər. O nə gözəl Qoruyandır!”– dedilər. (Ali-İmran surəsi, 173)


Kamil iman sahiblərinin Allah qorxuları kimi, Allaha olan sevgiləri də çox güclüdür. Özlərini yoxdan var edənin, saysız nemətləri özlərinə verənin, onları hər an qoruyanın Allah olduğunu bilirlər. Bütün varlıqların ancaq Onun iznilə var olduqlarına və yenə də Onun diləməsilə bir gün mütləq yox olacaqlarına, baqi olanın yalnız Allah olduğuna iman edərlər. Bu həqiqəti qavradıqları üçün bütün sevgilərini onları yaradan və yeganə sahibləri olan Allaha yönəldərlər. Belə ki, Allahı gördükləri, bildikləri, qavradıqları hər şeydən və hər kəsdən çox daha çox sevərlər.

Quranda xəbər verilən "...O, nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!" (Ənfal surəsi, 40) ayəsində də bildirildiyi kimi, Allahdan daha gözəl bir vəli və köməkçi ola bilməyəcəyinin şüurundadırlar. Üstün bir imana sahib olan hz. İbrahimin Quranda xəbər verilən bir duası belədir:

O Rəbb ki, məni yaratmış və məni doğru yola yönəltmişdir; O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir; O Rəbb ki, Haqq-hesab günü xətalarımı bağışlayacağını Ondan umuram. Ey Rəbbim! Mənə hikmət ver və məni əməlisalehlərə qovuşdur! (Şuəra surəsi, 78-83)

Kamil iman sahibləri yaradılmış digər bütün varlıqları da Allaha olan sevgiləri və bağlılıqları ilə doğru mütənasib olaraq sevirlər. İnsanlara olan sevgilərindəki ölçü onların Allahın əmr etdiyi əxlaqı üzərlərində nə dərəcə daşıdıqlarından asılıdır. Allahın əmr və qadağalarına diqqət edən, Onun əmr etdiyi əxlaqı ən gözəl şəkildə yaşayanlara qarşı dərin bir sevgi bəsləyərlər. Bu insanları sevmələrinin əsl səbəbi onların da Allahı çox sevən, yalnız Allahı dost və vəli edən insanlar olmalarıdır.

Əsl iman möminlərə dünyada gördükləri hər cür gözəlliyin, ağılın və bütün qabiliyyətin Allaha aid olduğunu dərk etdirər. Gözəl, ağıllı, ya da qabiliyyətli bir insanla qarşılaşan möminlər onun bu xüsusiyyətlərindən çox zövq alarlar, amma bütün bunların əsl qaynağının, əsl Yaradıcısının Allah olduğunu da unutmazlar. Bu səbəblə bu xüsusiyyətlərdən aldıqları zövq insanlara qarşı müstəqil bir sevgi meydana gətirməz. Əksinə, ürəklərində yenə Allaha qarşı dərin hörmət və dərin bir sevgi meydana gələr.

Dərin bir imana sahib olmayanların isə Allah sevgisində zəiflik olduğu görünür. Əslində, bu insanlar özlərini yaradan və həyat verənin, hər yerdə onları qoruyan, saysız nemətləri onlara bağışlayanın Allah olduğunu bilirlər. Ancaq həyatlarının böyük bir hissəsində bu həqiqəti unudur və ya nəzərə almadan yaşayırlar. Allahın yaratdığı varlıqların Allahdan müstəqil bir gücə sahib olduğunu zənn edirlər. Bu səbəblə də bu varlıqlara Allahdan müstəqil sevgi duyurlar. Quranda bu insanların vəziyyəti belə xəbər verilir:

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə surəsi, 165)


Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş