www.derinbilgiler.net » Məqalələr » İmani » Allah rizası üçün sevmək

 
 
 


Allah rizası üçün sevmək

Müəllif: Admin Tarix 31-01-2012, 01:19, Baxılıb: 1073

0
Allah rizası üçün sevmək



Möminlər sahib olduqları hər şeyi Allahın razılığını qazanmağa sərf edir və sevgilərini də ancaq Allaha həsr edirlər. Allahı bütün sifətləri ilə tanıyan, Onun gücünə və böyüklüyünə hər an şahid olan, Rəbbimizin rəhmətini, sevgisini və şəfqətini bütün həyatı boyunca hər an hiss edən bir möminin Allah sevgisi heç bir sevgi ilə müqayisə edilməyəcək dərəcədə güclüdür. Allah Bəqərə surəsində möminlərin Özünə olan güclü sevgisi ilə müşriklərin sevgi anlayışları arasındakı fərqi belə bildirir:

İnsanların içərisində Allahdan qeyrilərini şərik qoşub, onları Allahı sevən kimi sevənlər də vardır. Halbuki iman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir.... (Bəqərə surəsi, 165
)

Ayədə bildirildiyi kimi insanların bir qismi Allaha ortaq qoşur və digər varlıqları Allahı sevdikləri kimi sevirlər (Allahı tənzih edirik). Möminlər isə heç bir insanın, maddənin və ya canlının həqiqətdə özünə aid bir gücü, ya da gözəlliyi olmadığını bilirlər.

Bunların hamısını sahib olduqları bütün xüsusiyyətləri ilə birlikdə yoxdan yaradan ancaq Allahdır. Heç bir canlı öz gözəlliyini meydana gətirə bilməz. İnsanın üzündəki gözəlliyi və ya bir heyvanın sahib olduğu sevimliliyi müəyyən bir zaman üçün yaradan və əcəlləri gəldiyində hamısını yox edəcək olan Allahdır, hər gözəllik yalnız Allahın hakimiyyətindədir.

Bu səbəbdən mömin qarşılaşdığı bütün gözəllikləri, insanları, heyvanları, təbiəti Allahın yaratdığını dərk edərək sevir. Onun əsl sevgisi bütün bu gözəllikləri ona verən və hər şeyin sahibi olan Allaha yönəlmişdir.

Allaha ortaq qoşan şəxs bir insanın gözəlliyini tərifləyərkən bu gözəlliyin o adama aid olduğunu sanır. Bu, bir rəsm sərgisinə gedən və bəyəndiyi bir tablonun gözəlliyinin o tabloya aid olduğunu sanaraq həmin tablonu tərifləyən insanın vəziyyətinə bənzəyir. Halbuki əsl təriflənməsi lazım olan tablonu çəkən rəssamdır. Bu səbəbdən, bir insan bəyəndiyi bir gözəlliklə qarşılaşdığında, xoşuna gələn bir səs eşitdiyində, bir yeməkdən zövq aldığında dərhal bu gözəllikləri yaradan Rəbbimizi düşünməli, sevgisini, məmnuniyyətini və şükrünü ONA yönəltməlidir. Allaha şirk qoşmadan iman edənlər sahib olduqları hər şeydə Allaha borclu olduqlarını bildikləri üçün Allaha çox güclü bir sevgi ilə bağlıdırlar.

Quranda dünya həyatına aid malı, ya da insanların sevgisini qazanmağı Allahın rizasından daha üstün tutan insanlar belə xəbərdar edilir:

De: “Əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olmasından qorxduğunuz ticarət, xoşunuza gələn məskənklər sizə Allahdan, Onun Peyğəmbərindən və Allah yolunda cihaddan daha əzizdirsə, Allahın əmri gəlincəyə qədər gözləyin. Allah fasiqləri doğru yola yönəltməz! (Tövbə surəsi, 24)


İman edənlər dünya həyatının bəzəklərinin Allaha aid olduğunu bilir və bunları ancaq Allahın təcəllisi olaraq sevirlər. Məsələn, möminlərdə Allahın bəyəndiyi gözəl əxlaq təcəlli etdiyi üçün ən çox sevgi, yaxınlıq və dostluğu möminlərə qarşı duyurlar. Bu sevgi soy, irq kimi yaxınlıqlara, ya da hər hansı bir mənfəətə əsaslanmır. Pulun, mövqeyin, mədəniyyətin və ya maddi dəyərlərin də heç bir əhəmiyyəti yoxdur. Allah möminlər arasındakı bu sevgini Quranda belə bildirir:

Onlardan əvvəl yurd salmış və iman gətirirmiş kimsələr öz yanlarına mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə qovuşanlardır! (Həşr surəsi, 9)

Sevgi kimi böyük bir neməti möminlərə bəxş edən isə Rəbbimiz olan Allahdır.

Bir ayədə isə Allah iman edib yaxşı işlər görənlərə Öz Qatından bir sevgi bəxş edəcəyini xəbər vermişdir:

Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq. (Məryəm Surəsi, 96)


Burada çox əhəmiyyətli bir mövzunun üzərində dayanmaq lazımdır. Allahın razılığına görə sevən insan ən gözəl əxlaqlı, Allaha ən çox bağlanan, ən təqva sahibi olan kimsəni hər kəsdən çox sevər. Bu səbəblə Peyğəmbərimiz (s.ə.s.) bütün möminlər üçün ən sevimli və ən yaxın dostdur.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş