www.derinbilgiler.net » Məqalələr » İmani » Quran əxlaqında sevgi

 
 
 


Quran əxlaqında sevgi

Müəllif: Admin Tarix 29-01-2012, 02:49, Baxılıb: 881

0
Quran əxlaqında sevgi


Din əxlaqını yaşamayan insanların həqiqətən sevmələri və sevilmələri qeyri-mümkündür. Əsl sevginin qarşılıqlı olaraq yaşanması üçün insan hər şeydən əvvəl Allahı dərin sevgi ilə sevməli və Allahın sevgisinə layiq olan əxlaq göstərməlidir. Allah sevdiyi qullarının ürəyində sevgi yaradır və başqa insanların ürəyində də onlara qarşı sevgi hissi verir. Sevginin əsl qaynağının və əsl sahibinin yalnız Allah olduğunu unutmamaq lazımdır. Sevgi kimi çox böyük və qiymətli neməti qazanmaq üçün insan əvvəlcə əxlaqı ilə bu nemətə layiq olmalı və Allahdan özünə bu neməti verməsini diləməlidir. Pis əxlaqa sahib olan və ya din əxlaqını yaşamayıb cahiliyyə həyatına meyl edən insan dünyada da, axirətdə də buna görə bədbəxt ola bilər, tək və dostsuz qala bilər.

Sevginin Allah Qatından verilən bir nemət olduğunu Allah Quranın bir çox ayəsində bildirmişdir:

Biz həm də ona Öz dərgahımızdan bir mərhəmət və paklıq bəxş etdik. O, müttəqi idi. (Məryəm surəsi, 13)

Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman bir sevgi yaradacaq. (Məryəm surəsi, 96)

Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır. (Rum surəsi, 21)


Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş