www.derinbilgiler.net » Məqalələr » İmani » Allahdan başqa ilah olmadığını unutmamaq

 
 
 


Allahdan başqa ilah olmadığını unutmamaq

Müəllif: Admin Tarix 3-01-2012, 06:42, Baxılıb: 850

0
Allahdan başqa ilah olmadığını unutmamaq


Allahdan başqa heç bir güc yoxdur. Quranda bu həqiqəti Allah bu sözlərlə bildirir:
“Allahdan başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa Onundur. Allahın izni olmadan Onun yanında (hüzurunda) kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur!” (Bəqərə surəsi, 255)

Ancaq buna baxmayaraq, insanların böyük əksəriyyəti Allaha səmimi şəkildə iman gətirmirlər. Bir ayədə Allahın

“Həqiqətən, əgər onlardan: “Göyləri və yeri kim yaratmışdır?!” – deyə soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər. De: “Elə isə bir söyləyin görək, əgər Allah mənə bir zərər toxundurmaq istəsə, sizin Allahdan qeyri ibadət etdikləriniz Onun zərərini aradan qaldıra bilərlərmi?! Yaxud: “Əgər Allah mənə bir mərhəmət əta etmək istəsə, onlar Onun mərhəmətinə mane ola bilərlərmi?!” De: “Mənə təkcə Allah kifayət edər. Təvəkkül edənlər yalnız Ona təvəkkül edərlər!” (Zumər surəsi, 38)


hökmüylə bildirdiyi kimi, bəzi insanlar Allahın gücünü qəbul edirlər, amma bir tərəfdən də Allaha başqalarını şirk qoşurlar. Ancaq insanların gözlərində böyüdülüb razılıqlarını qazanmağa çalışdıqları bu şirk qoşduqları kəslər özlərinə belə fayda verməkdə aciz, heç bir şeyə gücü çatmayan və özləri də yaradılmış varlıqlardır. Allah Quranda insanların Allahdan başqa tapındıqları ilahların bu acizliklərini ayələrdə belə bildirir:

Onu qoyub heç bir şey yarada bilməyən, əksinə, özləri yaradılan, özlərinə nə bir zərər, nə də bir xeyir verə bilən, diriltməyə, öldürməyə, həyat verməyə və yenidən diriltməyə gücləri çatmayanları özlərinə tanrılar qəbul etdilər. (Furqan surəsi, 3)

Allahdan başqa ibadət etdiyiniz də sizin kimi bəndələrdir. Əgər doğrusunuzsa, haydı, çağırın onları, sizə cavab versinlər. (Əraf surəsi, 194)


Ancaq bunu da unutmaq olmaz ki, bu insanların çoxundan soruşulsa, heç vaxt gözlərində böyütdükləri bu varlıqları “ilah” adlandırmaz, onlara ilah kimi baxdıqlarını qəbul etməzlər. Belə ki, həyatdakı davranışları onların həmin şəxsləri ilahlaşdırdıqlarını göstərir. Yalnız Allaha güvənməli, ancaq Ondan yardım istəyib Ona şükür etməli olduqları halda bütün bunları güc sahibi hesab etdikləri insanlarda axtarırlar. Ancaq Allahdan qorxub, sadəcə Onun rizasını qazanmalı olduqları halda insanlardan çəkinib onların razılığını qazanmağı Allahın razılığından mühüm hesab edirlər. Bəziləri də Allahın

“Nəfsini özünə tanrı edəni gördünmü? Onun vəkili sənmi olacaqsan?” (Furqan surəsi, 43)


ayəsilə bildirdiyi kimi özlərini də ilahlaşdırırlar. Bu şəxslər Allahın gücü qarşısındakı bütün acizliklərinə baxmayaraq özlərinə aid müstəqil gücləri olduğuna inanırlar. Bir nemətə qovuşduqda bunu öz səyləri nəticəsində əldə etdiklərini, uğursuzluq və ya itkiyə məruz qaldıqda da bunun öz səhvləri səbəbilə olduğunu düşünürlər.

Əlbəttə, bütün bunlar bu insanların Allahın gücünü lazım olduğu kimi təqdir etmədiklərindən qaynaqlanır. Halbuki Allahdan başqa ilah yoxdur. Kainatda meydana gələn hər hadisə kimi bunlar da yenə Allahın istəyilə, Onun əmri ilə həyata keçir. İnsanların dualarına, istəklərinə qarşılıq verən, onları içinə düşdükləri sıxıntılardan xilas edən, qəlblərinə rahatlıq və sakitlik hissini yerləşdirən, gözəl həyat yaşamalarını təmin edən başqa bir qüvvə yoxdur. Allahın Quranda bildirdiyi kimi

“...Yenilməz izzət (qüvvət) bütövlükdə yalnız Allaha məxsusdur...” (Yunus surəsi, 65)

İnsanların bu məsələdə tez-tez qəflətə düşmələri imanın rahatlığını lazım olduğu kimi yaşaya bilməmələrinə və bir çox şeydə sıxıntı çəkmələrinə səbəb olur. Sevgini, hörməti, bəyənilməyi, dostluğu, fədakarlığı, incə düşüncəli olmağı, səbri, mərhəmətli olmağı və hələ bir çox gözəl xüsusiyyətləri insanlardan gözləyirlər. Eyni şəkildə bütün bunları tədbir görməklə, öz cəhdləri və iradələrilə qazanacaqlarını hesab edirlər. Lakin bir insanı digərinə bəyəndirən, sevdirən, hörmət etdirən Allahdır. Nə qədər çalışsalar da, heç kim insanların qəlbinə təsir edə bilməz. Quran əxlaqına uyğun davrandıqda bunun əvəzində bir nemət olaraq Allah o şəxsin qəlbində sevgi meydana gətirir. Eyni şəkildə heç bir insan öz qəlbində başqasına qarşı sevgi yarada bilməz. Bu hissi ona verən də Allahdır. İnsanların nail olduqları bu cür maddi-mənəvi nə varsa, hər birini yaradan Allahdır. Allah Quranda bu həqiqəti insanlara bu sözlərlə bildirir:

“... De: “Həqiqətən, nemət Allahın əlindədir və onu istədiyi şəxsə bəxş edər. Allah (rəhməti ilə) genişdir. (O, hər şeyi) biləndir! Öz nemətini istədiyi şəxsə aid edər. Allah böyük kərəm sahibidir!” (Ali-İmran surəsi, 73-74)

Əgər Allah sizə yardım edərsə, heç kəs sizə qalib gələ bilməz. Yox, əgər sizi zəlil edərsə, Ondan sonra kim sizə kömək edə bilər? Buna görə də möminlər Allaha təvəkkül etsinlər! (Ali-İmran surəsi, 160)


Bəzi şəxslərin insanların razılığını Allahın razılığından üstün tutmaları həyatlarını Qurana əsasən deyil, insanların qayda və anlayışlarına görə tənzimləmələri onlara böyük sıxıntı verir. Çünki insan eyni anda bir çox şəxsi birdən razı sala bilməz. Bir şəxsin istəyinə uyğun davrandıqda digər şəxsi əsəbləşdirəcəkdir. Bu çıxılmaz vəziyyətə bənzəyir və belə bir insan həyatı boyu sıxıntı çəkər. Allah belə insanlar haqqında Quranda belə buyurmuşdur:

“Bir adamın bir-biri ilə çəkişən bir neçə şərikli ağası var. Başqa bir adamın da yalnız bir ağası var. Onların hər ikisi vəziyyətcə eyni ola bilərmi?! Həmd (şükür və tərif) ancaq Allaha məxsusdur, lakin onların əksəriyyəti bilməz!” (Zumər surəsi, 29)


Ancaq Allahın razılığını qazanmaq istəyən bir insan üçün hər şey çox asandır. Həyatı boyu əməl edəcəyi doğrular və yanlışlar Quranda ona bildirilmişdir. Bundan başqa insanların nə düşündüklərinin və ona qarşı necə davranacaqlarının heç bir əhəmiyyəti yoxdur. Səmimi bir Müsəlman Allahın rizasına uyğun hərəkət etdikcə dünyada və axirətdə xilas olacağını ümid edərək yaşayar. Ona görə ətrafındakı insanlara görə daima davranışlarını dəyişmək məcburiyyətində olan və insanların razılığını istəyən şəxslərdən daha rahat, asan və gözəl həyat yaşayar.

Allah insanların razılığını qazanmaq istəyən bu kəslərin vəziyyətini bir ayədə

“Onların əksəriyyəti ancaq şərik qoşaraq Allaha inanarlar.” (Yusuf surəsi, 106)


sözlərilə açıqlayır. Ona görə hər insanın şirk mövzusu üzərində dərindən düşünməli, inancını və həyatını bu həqiqətə əsasən tənzimləməlidir. Çünki Allahın bildirdiyi kimi

“Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əfv etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olur.” (Nisa surəsi, 48)

Hər insan Quranda

“Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir. Allahla yanaşı başqa tanrı qəbul etmə, yoxsa qınanmış və (Allahın mərhəmətindən) kənar edilmiş bir halda Cəhənnəmə atılarsan!” (İsra surəsi, 39)

ayəsilə Allahın bildirdiyi bu mühüm həqiqəti düşünməli və öyüd almalıdır.

Bu mövzu çox əhəmiyyətlidir: həqiqi imanda heç vaxt əzab, sıxıntı, kədər, ümidsizlik hissləri olmaz. Bu cür hisslərə qapılan şəxs ilk əvvəl imanını gözdən keçirməli, Quran ayələrini düşünərək həqiqətləri xatırlamalıdır. Əks təqdirdə bir insan nə qədər Allaha iman gətirdiyini desə də, əgər səmimi iman gətirməmişdirsə, həyatını və düşüncə tərzini Quran ayələrinə əsasən müəyyənləşdirməmişdirsə, mütləq sıxıntı keçirəcəkdr. Allahın bir ayədə bildirdiyi kimi dini yaşamayanların qəlbi daima sıxıntılıdır:

“Allah kimi düz yola yönəltmək istəsə, onun köksünü islam üçün açıb genişləndirər, kimi azdırmaq istəsə, onun ürəyini daraldıb sıxıntıya salar. O, sanki göyə çıxar. Allah iman gətirməyənlərə pisliyi belə edər!” (Ənam surəsi, 125)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş