www.derinbilgiler.net » Məqalələr » İmani » Peyğəmbərimizin sevgini tövsiyə etməsi

 
 
 


Peyğəmbərimizin sevgini tövsiyə etməsi

Müəllif: Admin Tarix 30-12-2011, 21:36, Baxılıb: 666

0
Peyğəmbərimizin sevgini tövsiyə etməsi


Mikdam İbnu Madikerib (radıyallahu ənh) belə söyləyir:

"Rəsulullah (əleyhissalatu vəssalam) belə buyurur: "Sizdən biri qardaşının əxlaqını (Allah üçün) sevirsə bunu özünə söyləsin." Kutubu Sittə, 10-cu cild, s. 135; Əbu Davud, Ədəb 122, (5124); Tirmizi, Zühd 54, (2393)

Ata əl-Xorasanı söyləyir:

"Rəsulullah (əleyhissalatu vəssalam) buyurur ki: "Əl verərək görüşün ki, ürəyinizdəki kin getsin, hədiyyələşin ki, bir-birinizə sevginiz artsın və aranızdakı düşmənlik bitsin." Muvatta, Hüsnü'l-Hulk 16, (2, 908)

"Hədiyyələşin, bir-birinizi sevin, "Bir-birinizə yemək hədiyyə edin. Bu, ruzinizi bollaşdırar." Kutubu Sittə, cild 16, s. 239

"Allah Qatında ən sevimliniz insanlarla dostlaşan və insanların özüylə dostlaşdıqlarıdır. Allah qatinda ən bəyənilməyəniniz də söz gəzdirənlər, dostların arasını vuranlardır." İhya”u Ulumid-din Huccetü'l-İslam, İmam Qəzali, cild 2, s. 365

"İki qardaş (iki yoldaş) iki əl kimidir, biri o birini yuyur." İhya”u Ulumid-din Huccetü'l-İslam, İmam Qəzali, cild. 2, s. 394

"Bir-birinizə arxa çevirməyin. Bir-birinizə kin saxlamayın. Bir-birinizi qısqanmayın. Bir-birinizlə dostluğunuzu kəsməyin. Ey Allahın qulları qardaş olun." - Müslim İhya”u Ulumid idin Huccetü'l-İslam, İmam Qəzali, cild. 2, s. 407

"Sizə verdiyi nemətlərə görə Allahı sevin, məni də Allah məni sevdiyi üçün sevin." Tirmizi İhya”u Ulumid-din Huccetü'l-İslam, İmam Qəzali, cild. 4, s. 594

"Allah üçün təvazökar olanı Allah ucaldar. Lovğalananı Allah alçaldar. Allahı çox zikr edəni Allah sevər." İbn Macə İhya”u Ulumid-din Huccetü'l-İslam, İmam Qəzali, cild. 4, s. 655

Yer üzündə təkəbbürlə gəzmə. Çünki sən nə yeri yara bilər, nə də yüksələrək dağlara çata bilərsən.Bütün bu (qadağan edilmiş) pis əməllər, Rəbbinin xoşuna gəlməyən şeylərdir.(İsra-37-38)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş