www.derinbilgiler.net » Məqalələr » İmani » Düşünmək

 
 
 


Düşünmək

Müəllif: Admin Tarix 30-12-2011, 02:21, Baxılıb: 898

0
Düşünmək


Düşünmək dünyadakı hər şeyi Allahın üstün yaratma sənətinin bir dəlili olaraq görməkdir. Məsələn, pəncərəyə baxmaqla pəncərədən baxmaq eyni deyil. Pəncərəyə baxanlar bəlkə pəncərənin üzərindəki ləkələri görür, ya da pəncərənin çərçivəsi, şüşəsi kimi bir sıra forma xüsusiyyətləri haqqında məlumatlara sahib olurlar. Pəncərənin möhtəşəm dünyaya açıldığını düşünüb buradan bayıra baxanlar isə bu pəncərənin arxasındakı gözəllikləri seyr edir və bundan zövq alırlar. Bu mənada düşünmək ətrafımızdakı gözəllikləri görə bilməyimizi təmin edən bir nemətdir. Təfəkkür sayəsində qarşılaşdığımız görüntülərin hər biri bizə Uca Rəbbimizin əzəmətini, sonsuz rəhmətini və üstün yaratma sənətini göstərir.

İnsanlar gün ərzində bir çox mövzu haqqında düşünürlər. Amma bu düşüncələrin böyük bir qismi onun axirəti üçün fayda verməyəcək, “boş və lazımsız”, insanı heç bir nəticəyə gətirib çıxarmayan, ona heç nə qazandırmayan mənasız düşüncələrdir. Baxmayaraq ki, əsas olan insanın həyatının hər anında baş verən hadisələrin səbəblərini, hikmətlərini araşdıraraq, sözün əsl mənasında “dərin bir şəkildə” düşünməsidir.

“Dərin şəkildə” düşünməyi bacaran insan meyvə, məsələn, portağal yeyərkən belə, bu meyvə haqqında düşünür: portağalın quru bir torpaqdan bu qədər ləzzətli və sulu bir meyvə olaraq, həm də dilimlənmiş şəkildə çıxdığını, tərkibində insanın ehtiyacı olan vitaminlər olduğunu və məhz insanların bu vitaminlərə ehtiyacı olan qış mövsümündə yetişdiyini düşünür. Belə dərindən düşünən bir mömin ətrafındakı hər incəlikdə Allahın qüdrətini və sənətini görür. Onu təsbih edir və Allaha yaxınlaşmağın yolunu tapır. Möminlərin bu xüsusiyyətləri barədə Quranda belə xəbər verilir:

“O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlar, göylərin və yerin yaradılması haqqında düşünər (və deyərlər): “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan! Sən pak və müqəddəssən! Bizi cəhənnəm odunun əzabından qoru!” (Al-i İmran surəsi, 191)

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş