www.derinbilgiler.net » Məqalələr » İmani » "Geri addım atmağı" bacarmaq

 
 
 


"Geri addım atmağı" bacarmaq

Müəllif: Admin Tarix 28-12-2011, 23:55, Baxılıb: 855

0
"Geri addım atmağı" bacarmaq


Cəmiyyətdə “sözünü keçirən, hər dediyini etdirən” insan olmaq çox əhəmiyyətlidir. İnsanların əksəriyyəti bu xüsusiyyətə malik olanlara hörmət bəsləyirlər. Bu insanların digər insanların əldə edə bilmədikləri xüsusiyyətə sahib olduğuna inanır, göstərdikləri güc və qərarlılıqdan dolayı bu insanlara qarşı dərin heyranlıq duyurlar. Halbuki bu tamamilə səhv düşüncədir. Çünki əsl üstünlük, insanın daima öz dediyini etdirməsi, hər sahədə özünü haqlı çıxarması və tək söz sahibi özünü görməsi deyildir. Əksinə, bu hər insanın göstərə biləcəyi davranışdır. Nəfs insanı bu istiqamətdə təşviq edir və dəstəkləyir. İnsanın daima özünü haqlı çıxarması nəfsin xoşuna gəlir. Dolayısı ilə insanın daima üstün gəldiyi, haqlı çıxdığı və dediyini etdirdiyi üçün sevinməsi və özünü başqalarından üstün görməsi yersizdir. Eyni şəkildə ətrafındakı insanların da bu insana hörmət və heyranlıq hiss etməsi yanlışdır.

Əsl üstünlük öz nəfsindən, eqoizmindən və qürurundan -Allah rizası üçün- uzaqlaşması, öz nəfsinin istəklərindənsə, Allahın razı olacağı əxlaqı göstərməyi üstün tutmasıdır. Davamlı olaraq öz istədiyinin arxasınca getməkdənsə, - Allah rizası üçün- təvazökarlıqla hərəkət edib, başqalarının fikirlərinə və sözlərinə qiymət verə bilməsidir. Əmək sərf edilməli, dolayısı ilə də hörmət və heyranlıq duyulmalı olan əxlaq şəkli budur. Çünki nəfsə çətin gələn də elə budur.

Bu həqiqəti lazımi dərəcədə düşünməyən insanlar başqalarına üstünlük verən, öz haqqından keçən insanların göstərdikləri üstün əxlaqın fərqinə varmırlar. Bu insanların qarşı tərəf üstün olduğu üçün bu cür əxlaq göstərdiklərini düşünürlər. Hətta bəzən bu insanları şəxsiyyətsiz adlandırırlar. Halbuki belə əxlaq göstərən şəxs, o məqamda Allah qorxusu ilə hərəkət edir, vicdanının səsinə qulaq asaraq Allahın razı olacağı şəkildə davranır. Geri addım atmasının tək səbəbi də budur. Bunun əvəzinə qarşı tərəflə haqlı mübarizə etməyin, israrla öz dediyini etdirməyə çalışmağın və təvazökarlıqdan uzaq, qürurlu əxlaq nümayiş etdirməyin Quran əxlaqına uyğun olmadığını bilir. Dolayısı ilə əxlaqca və vicdanən üstün olan şəxs də Quran əxlaqı ilə hərəkət edərək böyüklük göstərən şəxsdir.

Öz dediyini etdirən kimsə, bu vəziyyət qarşısında sevinir və özü ilə qürur duyur. Qarşısındakı geri addım atan, onun sözünə hörmət bəsləyərək təvazökarlıq edən şəxsin əxlaqındakı üstünlüyü görə bilmir. Hadisələrin təbii axarı, xüsusilə də öz üstün şəxsiyyəti nəticəsində bunu əldə etdiyini zənn edir.

Halbuki, insanları və hadisələri Quran əxlaqına görə qiymətləndirənlər xaricdən baxdıqda bu şəxs qalib gəlmiş kimi görünsə də, onun sözünə əhəmiyyət verilsə və onun dedikləri olsa da, həqiqətdə kimin əxlaqının və şəxsiyyətinin daha üstün olduğunu çox açıq şəkildə görürlər.

Daha vacibi isə vicdanını dinləyən, təvazökarlıq göstərən, haqqından keçən, geridə qalmağı qəbul edən şəxs, Allahın bəyəndiyi və razı olacağı əxlaqı göstərmiş olur. Dolayısı ilə dünyada insanlar tərəfindən görünməsə, üstün hesab edilməsə və təqdir edilməsə də heç bir halda uduzmuş olmur. Əksinə, Allah qatında və axirətdə Rəbbimizin rizasını qazananlardan olması gözlənilir ki, əsil üstünlük də budur.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş