www.derinbilgiler.net » Məqalələr » İmani » Hz. Mehdinin (ə.s) çıxış əlamətləri

 
 
 


Hz. Mehdinin (ə.s) çıxış əlamətləri

Müəllif: Admin Tarix 21-12-2011, 19:57, Baxılıb: 1205

0
Hz. Mehdinin (ə.s)  çıxış əlamətləri


Tozlu dumanlı, qaranlıq bir fitnə görüləcək, bunu digərləri izləyəcək... (Kitab-ül Burhan fi əlamət-il Mehdiyy-il axırzaman, s. 26)

Bu hədisdə isə Mehdinin çıxışından əvvəl tozlu və dumanlı, qaranlıq bir fitnənin görüləcəyindən bəhs olunur. Fitnə, "insanın ağıl və ürəyini birbaşa haqq və həqiqətdən sapdıracaq bir şey, döyüş, qarışıqlıq, ixtilaf " kimi mənalar ifadə edən sözdür.*

Hədisdə bu fitnənin ardından toz və duman görüləcəyi ifadə edilir. Həmçinin bu fitnənin"qaranlıq" olaraq xarakterizə edilməsini haradan gəldiyi müəyyən olmayan, gözlənilməz bir hadisəyə işarə etdiyini də qəbul edə bilərik.

Belə baxıldığında sözü gedən hədisin 11 sentyabr 2001-ci il tarixində ABŞ-ın New York və Vaşinqton şəhərlərində meydana gələn dünya tarixinin ən böyük terror hadisəsi olaraq xarakterizə edilən hücuma işarə edə biler. Televiziyada və qəzetlərdə də şahid olunduğu kimi, bu iki böyük terror hadisəsinin ardından böyük bir toz buludu və duman ətrafı bürümüşdür.

New Yorkda Dünya Ticarət Mərkəzinə və Vaşinqtonda Pentaqon binasına çırpılan təyyarələrin səbəb olduğu partlayışlar nəticəsində böyük bir duman meydana gəlmiş və bu duman bütün şəhərdən və hətta ətraf şəhərlərdən görülə biləcək qədər yüksəlmiş və yayılmışdır. Partlayışlar nəticəsində çökən binalar isə daha böyük toz buludunun meydana gəlməsinə səbəb olmuş, hətta ətrafdakı insanların üzəri tamamilə bu tozla örtülmüşdür.

Bu hadisə həm dünya tarixinin ən böyük terror hücumlarından biri olması, həm digər əlamətlərlə yaxın dövrlərdə baş verməsi və həmçinin hədisdəki bənzər xüsusiyyətlərinə görə son dərəcə əhəmiyyətlidir. Bu səbəbdən minlərlə günahsız insanın ölümünə və yaralanmasına səbəb olan insanlıq tarixinin bu ən böyuk terror hadisələrindən biri hədisdə xəbər verilən və Mehdinin çıxışının bir əlaməti olaraq bildirilən "tozlu dumanlı, qaranlıq fitnə" ola bilər.

Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş