www.derinbilgiler.net » Məqalələr » İmani » Gözəl və mənalı baxmaq mömin üçün böyük bir zövq mənbəyidir

 
 
 


Gözəl və mənalı baxmaq mömin üçün böyük bir zövq mənbəyidir

Müəllif: Admin Tarix 13-12-2011, 02:20, Baxılıb: 1087

0
Gözəl və mənalı baxmaq mömin üçün böyük bir zövq mənbəyidir


Allahın insanlara verdiyi ən dəyərli nemətlərdən biri də insanın gözləridir. Ağlı yerində olan hər bir insan baxışlarını ən gözəl şəkildə istifadə edəcək və baxışları ilə hisslərini ifadə edə biləcək qabiliyyətə sahib şəkildə yaradılmışdır. Buna baxmayaraq, iman etməyənlər arasında “gözəl baxış” o qədər də vacib deyil. Belə insanların dəyər kateqoriyaları daha çox dünyəvi mənfəətlərlə ölçülür. Qarşılarındakı şəxsdə axtardığı xüsusiyyətlər arasında “gözəl baxış” ən sonuncu, hətta bəzi insanlar üçün o qədər də diqqəti cəlb etməyən xüsusiyyətdir.

Zənginlik, lüks yaşayış, cəmiyyətdə təsirli ola biləcək xarakter, nüfuzlu insanların əhatəsində olmaq, yaxşı iş imkanları, fiziki üstünlüklər kimi dəyərlər belə insanlarda, xüsusilə, heyranlıq yaradır.

Möminlər üçün isə baxışın vacibliyi daha böyükdür. Çünki insanda seviləcək xüsusiyyətlər onun ruhunu təşkil edən dəyərlərdir. Gözlər insan ruhunu ətrafa əks etdirən aynadır. Ruhunda yaşadığı bütün gözəlliklər və pisliklər, istər- istəməz insanın baxışlarına təsir göstərir. Səmimiyyətsiz insan sözləri ilə səmimiyyətsizliyini nə qədər saxlasa da gözlərində əsla həqiqi səmimiyyəti ifadə edə bilmir. Səmimi insan da heçnə etməsə belə, gözləri ilə dürüst, vicdanlı və səmimi insan olduğunu nümayiş etdirmiş olur. Belə ki, gözlərdə yaranan məna insanları tanımaqda çox vacib vasitədir.

Ancaq baxışların gücü bu qədərlə də kifayətlənmir. İnsan istərsə gözlərindəki mənanı daha gözəl ifadə edə bilər. Mömin sahib olduğu xüsusiyyətləri nə qədər dərindən yaşasa, baxışlarında daha dərin və mənalı ifadə yaranar. Ruhunu nə qədər yaxşı ifadə edərsə, şəxsiyyətini və əxlaqını nə qədər biruzə verərsə, bu ətrafındakı insanlara inam verən nemətə çevrilir. İnsanın Allaha olan imanı və təslimiyyəti nə qədər yaxşı ifadə olunarsa, bu da o insanın ətrafındakı möminlər üçün inam və rahatlıq yaradır. O insanın həqiqətən Allaha sadiq, səmimi, etibar edilə bilən və imanlı insan olduğuna dair görülən hər əlamət daha çox sevilməsinə vəsilə olar.

Bu səbəbdən mömin gözlərini bədəninin sadəcə olaraq hər hansı bir üzvü olaraq qiymətləndirmir. Gözəl baxışların möminlər arasında sevgini, hörməti, dostluğu, inamı yaradacağına vəsilə olduğunu bilir. Dolayısı ilə gözlərini gözəl istifadə etməyə, gözəl baxmağa- Allah rızası üçün- çalışır.

Mömin heç vaxt “baxışlarım o qədər də vacib deyil; əsas olan davranışlarımda, sözlərimdə yanlışa yol verməməyimdir. Məni tanımaq istəyən davranışlarımla, danışıqlarımla tanısın” deməməlidir. Gözəl, ağıllı və inam yaradacaq şəkildə baxmağı da vacib ibadət olaraq görməlidir. Çünki Uca Rəbbimiz Quranda baxışların insanları tanımaqda, onlara sevgi, hörmət bəsləməkdə, inanmaqda və onlarla dostluq etməkdə çox vacib ünsür olduğunu vurğulamışdır. Bir çox ayətlərdə insanların xarakterlərinin baxışlardan başa düşüldüyü göstərilmişdir:

Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir. (Muhəmməd surəsi, 30)

Həqiqətən, kafirlər Zikri eşitdikləri zaman öz baxışları ilə az qala səni gözə gətirələr. Onlar : “O, dəlidir!”– deyirlər. (Qələm surəsi, 51)

(Allah) gözlərin xaincəsinə baxışını və kökslərin gizlətdiyini bilir. (Gafir surəsi, 19)



Bölmə: Məqalələr » İmani

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.