www.derinbilgiler.net » Məqalələr » Elmi » Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir

 
 
 


Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir

Müəllif: Admin Tarix 29-11-2011, 01:24, Baxılıb: 1045

0
Din ilə elm daim bir-birinə uyğunluq təşkil edir


İslam tarixinə nəzər salsaq, Quranla birlikdə Orta Şərqə elmin də daxil olduğunu görərik. İslamdan əvvəlki dövrdə ərəblər cürbəcür batil inanclara və xurafata inanan, kainat və təbiət haqqında heç bir müşahidə aparmayan bir cəmiyyət olublar. Lakin İslamla birlikdə bu cəmiyyət mədəniləşmiş, biliyə qiymət vermiş və Quranın əmrlərinə uyaraq kainatı və təbiəti müşahidə etməyə başlamışlar. Sadəcə ərəblər deyil, iranlılar, türklər, şimali afrikalılar kimi bir çox cəmiyyətlər İslamiyyəti qəbul etməklə maariflənmişlər. Allahın Quranda insanlara öyrətdiyi kamillik və bilgilər, xüsusilə IX-X əsrlərdə böyük bir mədəniyyətin təşəkkül tapmasına yol açmışdır. Bu dövrdə yetişən çoxlu sayda müsəlman alimləri astronomiya, riyaziyyat, həndəsə, tibb kimi elm sahələrində çox əhəmiyyətli kəşflər etmişlər.

Elmi fəaliyyətlərin Avropaya ötürülməsində əsas yer tutan və müsəlman elm adamlarının çoxunun yetişdiyi Əndəlus xüsusilə tibb sahəsində çox böyük yeniliklərin və irəliləyişlərin beşiyi olmuşdur. Müsəlman həkimlər təkcə bir sahədə peşəkarlaşmamışlar, xüsusilə farmokologiya, cərrahlıq, göz, doğuş, fiziologiya, bakteriologiya və gigiyena kimi çox geniş sahələrdə də ixtisaslaşmışdılar. Uzun illər tibbi əhəmiyyət daşıyan bitkiləri tədqiq edərək tibb tarixi və tibbi əhəmiyyətli bitkilər haqqında əsərlər yazmış İbn Cülcül (?-992) ilə diaqnostika və müalicə sahəsində şöhrət qazanmış və bu gün də tanınan otuza yaxın əsəri olan tunisli həkim Əbu Cəfər İbn Cəzzar (?-1009) tibb mövzusunda ən tanınmış elm adamları arasındadır. Abdullətif əl-Bağdadi (1162-1231) anatomiya sahəsindəki fəaliyyətləri ilə tanınır. Alt çənə və döş sümüyü kimi bədəndə bir çox sümüyün anatomiyası haqqında keçmişdə edilmiş xətaları düzəltmişdir. Bağdadinin «Əl-İfadə və’l-İtibar» adlı əsərin müəllifi olmuş 1788-ci ildə təkmilləşdirilərək, latın, alman və fransız dillərinə tərcümə edilmişdir. «Məqalətün fi’l-Havas» adlı əsəri isə beş duyğu organından bəhs edir.

Müsəlman anatomiyaçılar insan kəlləsindəki sümüklərin düzgün sayını və qulağın içində üç kiçik sümüyün olduğunu da müəyyən etmişlər. Anatomik fəaliyyətlərlə məşğul olan müsəlman elm adamlarının önündə İbn Sina (980-1037) gəlir. Hələ kiçik yaşlarında ədəbiyyat, riyaziyyat, həndəsə, fizika, təbiət elmləri və məntiq öyrənən İbn Sina sadəcə Şərqdə deyil, Qərbdə də tanınmışdır. Ən məşhur əsəri olan «Əl-Qanun fi’t-Tibb» ərəbcə yazılmış və XII əsrdə latın dilinə tərcümə edilərək Avropa universitetlərində XVII əsrə qədər əsas dərs kitabı olaraq qəbul edilmiş və istifadə edilmişdir. Bundan başqa fəlsəfə və təbiət elmləri sahəsində yüzdən çox əsər yazmışdır. Əl-Qanunda bəhs edilən tibbi biliklərin böyük bir hissəsi bu gün də öz əhəmiyyətini itirməyib.

1203-1283-cü illərdə yaşayan Zəkəriyya Qəzvini isə Aristotelin dövründən bəri davam edən beyin və ürəklə bağlı bir çox səhv fikirləri aradan qaldırmışdır. Ürək və beyinlə bağlı bilikləri bugünki biliklərimizə son dərəcə yaxındır.

Əli bin İsanın (?-1038) göz xəstəlikləri haqqında yazdığı üç cildlik «Təzkirətü’l-Kəhhalin fi’l Ayn» və «Əmraziha» adlı əsərlərinin birinci cildi tamamilə göz anatomiyasına həsr olunmuş və bir çox dəyərli məlumatlar verir. Bu əsər sonralar latın və alman dillərinə tərcümə edilmişdir.

Muhəmməd Əbu Bəkir Zəkəriyya Razi (865-925), Burhanəddin Nəfis (?-1438), İsmail Cürcani (?-1136), Qütbəddin Şirazi (1236-1310), Mansur bin Muhəmməd, Əbu’l Qasım Zöhrəvi astronomiya, riyaziyyat, tibb və anatomiya elmlərinin tarixində əhəmiyyətli yerləri olan müsəlman alimlərindən bəziləridir.

Tibb və anatomiya elmləri ilə yanaşı, bir çox başqa sahələrdə də müsəlman alimləri öz əhəmiyyətli töhfələrini vermişlər. XI əsrdə yaşamış Biruni Qalileydən 600 il əvvəl Yerin fırlandığını təsdiq etmiş, Nyutondan 700 il əvvəl Yerin diametrini hesablamışdır. XV əsrdə yaşamış Əli Quşçu Ayın ilk xəritəsini çəkmiş və bu gün Ayda bir əraziyə onun adı verilmişdir. Sabit bin Kurra IX əsrdə yaşamış və Nyutondan əsrlər əvvəl riyazi differensial funksiyanı kəşf etmişdir. X əsrdə yaşamış Bəttani ilk dəfə triqonometriyanı kəşf etmişdir. Onunla eyni əsrdə yaşamış Əbü’l Vəfa isə triqonometriyaya “sekant-kosekant” terminlərini gətirmişdir. Xarizmi IX əsrdə ilk cəbr kitabını yazmışdır. Məğribi bu gün “Paskal üçbucağı” kimi tanınan düsturu Paskaldan 600 il əvvəl tapmışdır. XI əsrdə yaşayan İbn Heysəm optika elminin banisidir. Rocer Bekon və Kepler onun əsərlərindən faydalanmışlar, Qaliley də onun əsərlərindən faydalanaraq teleskopu icad etmişdir. Kindi isə Eynşteyndən 1100 il əvvəl nisbi nisbilik nəzəriyyəsini irəli sürmüşdür. Pasterdən təxminən 400 il əvvəl yaşamış Ağşəm¬səd¬din ilk dəfə mikrobların varlığını kəşf etmişdir. Əli Bin Abbas X əsrdə yaşamış və ilk dəfə xərçəng əməliyyatını həyata keçirmişdir. Həmin dövrdə yaşamış İbn Cəssar cüzamın səbəb və müalicə üsullarını açıqlamışdır. Göründüyü kimi, bir neçəsinin adları sadalanan müsəlman alimləri müasir elmin təməlini qoyan əhəmiyyətli kəşflər etmişlər.

Qərb mədəniyyətinə baxdığımız zaman müasir elmin yaranmasının yenə Allaha iman üzərində qurulduğunu görərik. “Elmi çevriliş dövrü” kimi tanınan XVII əsr Allahın yaratdığı kainatı və təbiəti kəşf etmək məqsədilə araşdırma aparan elm adamları ilə zəngindir. Bu dövrdə İngiltərə, Fransa kimi ölkələrdə qurulan bütün elmi institutlar “Allahın qanunlarını kəşf edərək Onu tanımaq” məqsədi daşıyırdılar. Nyuton, Kepler, Kopernik, Bekon, Qaliley, Paskal, Boyl, Paley Kuvier kimi şəxslər elm dünyasına əhəmiyyətli töhfələr verən və eyni zamanda Allaha olan imanları ilə tanınan elm adamlarından sadəcə bir neçəsidir. (Ətrafli məlumat üçün bax: www.imanedenalimler.com ).

Bu elm adamları Allaha inanan və bu inamdan irəli gələn şövq ilə elmi fəaliyyət göstərmiş şəxslərdir. Bu həqiqətin nümunələrindən biri XIX əsrin əvvəllərində İngiltərədə təşkil edilən və “Bridgewater Treaties” adı ilə tanınan silsilə əsərdir. Bir çox elm adamları müxtəlif elm sahlərində araşdırma aparmış və əldə etdikləri nəticələri “Allahın kainatda və təbiətdə yaratdığı ahəng və uyğunluğun dəlilləri” kimi qəbul etmişlər. Bu elm adamlarının istifadə etdikləri metod da “Allahı təbiətlə tanımaq” mənasını verən “Natural Theology” (Təbii İlahiyyat) məfhumu ilə ifadə edilmişdir.


İngilis tədqiqatçılar Maykl Beycent, Riçard Li və Henri Linkoln bunu belə izah edirlər:

«Darvindən bir əsr yarım əvvəl elm dindən ayrı deyildi; əksinə, onun bir hissəsiydi və son məqsədi ona xidmət etmək idi... Ancaq Darvinin dövründəki elm o vaxta qədər daşıdığı bu mənadan ayrıldı və özünü dinə qarşı mütləq bir rəqib və alternativ bir məfhum kimi qəbul etdirdi. Artıq bəşəriyyət bu ikisi arasında bir seçim etməyə məcbur ediləcəkdi».

Ancaq bu gün din ilə elmin arasına salmaq istədikləri bu zorakı ayrılığı elm öz kəşfləri sayəsində təkzib edir. Din bizə kainatın yoxdan yaradıldığını öyrədir, elm isə bu həqiqətin dəlillərini tapır. Din bizə canlıları Allahın yaratdığını öyrədir, elm isə canlılar aləmində aşkar etdiyi nizamla bu həqiqətin dəlillərini ortaya qoyur. Maykl Denton «Nature’s Destiny» (Təbiətin Taleyi) adlı kitabında “bir vaxtlar ateizmin və skeptisizmin ən böyük müttəfiqi sayılan elm nəhayət ikinci minilliyi sona vurur və yaşadığımız bu dövrdə, bir zamanlar Nyutonun və onun tərəfdarlarının istədikləri kimi, antroposentrik inancın ən böyük müdafiəçisinə çevrilmişdir,”-deyir. Antroposentrik inanc dünyanı Allahın insanlar üçün yaratması inancıdır.

Elmin ortaya qoyduğu bu nəticə getdikcə daha çox elm adamlarnın Allaha səmimi şəkildə inanmasına səbəb olur. Tanınmış biokimyaçı Maykl Behe “Yaradıcıya və ya təbiətin fövqündə bir gerçəkliyin varlığına inanan elm adamlarının sayı populyar media hekayələrində bəhs ediləndən daha çoxdur; əhalinin ümumi sayının 90%-ni təşkil edən inananların elm adamları barəsində fərqli olduqlarını düşünmələri üçün bir səbəb yoxdur,”42 -deyərək bu həqiqəti ifadə edir.

“Scientifik Amerikan” (Elmi Amerika)jurnalının sentyabr, 1999-cu il sayındakı «Scientists and Religion in America» (Amerikada Alimlər və Din) adlı məqaləsində Vaşinqton Universitetinin sosioloqlarından Rodni Stark alimlərə edilən təzyiqi belə açıqlamışdır:

«200 ildir “əgər alim olmaq istəyirsənsə, zehnin bütün dini zəncirlərdən azad olmalıdır” fikri satılır... Universitetlərdə dindar şəxslər susurlar və dinsiz olanlara üstünlük verilir. Yuxarı pillələrdə dinsizliyi mükafatlandırma sistemi mövcuddur».

Materialistlərin dinə qarşı apardıqları bu sistemli mübarizənin digər nümunəsi də əvvəldə dediyimiz təbliğat üsullarıdır. “Din elmlə ziddiyyət təşkil edir” və ya “Elm materialist olmalıdır” kimi iddialar bu təbliğatların əsas ünsürləridir. İndi bu iddiaların nə üçün məntiqli və tutarlı tərəflərinin olmadığını nəzərdən keçirək.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş