www.derinbilgiler.net » Məqalələr » Elmi » Kəpənək Yumurtaları Özünəməxsus Xüsusiyyətləri Və Rəngləri Ilə Necə Qorunur?

 
 
 


Kəpənək Yumurtaları Özünəməxsus Xüsusiyyətləri Və Rəngləri Ilə Necə Qorunur?

Müəllif: Terish Tarix 5-02-2018, 01:09, Baxılıb: 512

0
Kəpənək Yumurtaları Özünəməxsus Xüsusiyyətləri Və Rəngləri Ilə Necə Qorunur?


Allah digər canlılarda olduğu kimi, kəpənəklərin də yaşaması üçün müxtəlif sistemlər yaradıb. Kəpənəklər yumurtaları hara qoyursa, orada da qalır. Vaxtı çatdıqda isə çatlayır və sürfələr yumurtadan çıxırlar. Kəpənəklərin mühüm inkişaf mərhələsi olan yumurtalar, eyni zamanda, uca Rəbbimizin qüsursuz incəlik və estetika sənətinin nümunələrindəndir.

Kəpənəyin yumurtalarını qoruyan xarici qabıq

Kəpənək yumurtaları səthi bərk olan xarici qabıqla qorunur. Bu qabıq yumurtaların qurumasının qarşısını alan nazik mum təbəqəsi ilə örtülüdür. Hər bir yumurtada mikrofilament adlanan boruşəkilli oyuqlar var. Bu oyuqlar sayəsində sperma içəri daxil olur və yumurtanı mayalandırır. Kəpənək və güvə yumurtaları növlərinə görə kürə və ya oval formasında olur.
Kəpənək yumurtalarına bu qoruyucu xüsusiyyətləri bəxş edən göylərin, yerin və bütün aləmlərin Rəbbi, hər yerdə Öz varlığını, sənətini, həmçinin gücünü göstərən uca Allahdır.

Kəpənək yumurtaları xüsusi yapışqan maddə ilə qorunur

Kəpənəklər yumurtalarını hər zaman bitkilərin üzərinə qoyurlar. Bəzi kəpənəklər müxtəlif növ bitkilərdən, bəziləri isə bir bitki növündən faydalanır. Əsasən isə fərqli bitki növlərindən və eyni fəsilədən olan bitkilərdən istifadə edirlər.

Kəpənəyin yumurtaları tez quruyan xüsusi yapışqan maddə ilə yarpağa yapışır. Bu maddə bərkidikdə büzülərək yumurta formasını alır. Aypara formalı hər bir yumurta həmin yapışqan maddə ilə əhatə olunur. Bu yapışqanın tərkibi tədqiqatçıların diqqətini çəkən və hələ də elmə məlum olmayan xüsusi kimyəvi birləşmədir. Elə bərk yapışqandır ki, sərt tüklərin yapışdığı ipək liflər belə bir-birilərindən ayrıla bilməz. Allah kəpənəklər kimi yer üzündəki bütün canlıları qüsursuz yaradıb və onlara ehtiyacları olan bütün xüsusiyyətləri verib. Allah qüsursuz sənətini Quranda belə xəbər verir:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr surəsi, 24)

Sürfələrin yumurtadan çıxma müddəti kəpənəklərin növlərinə görə dəyişir

Əksər kəpənəklər bir neçə həftə ərzində yumurtadan çıxırlar. Amma qış fəslinə yaxın müddətdə qoyulan sürfələr xüsusilə mülayim iqlim qurşaqlarında yaz fəslində yumurtadan çıxırlar. Digər kəpənəklər yumurtalarını yazda qoyur və sürfələr yay fəslində yumurtadan çıxırlar. Bunlara Mourning Cloak ve Büyük ve Küçük Kamplumbağa kabuğu kimi şimal kəpənəklərini nümunə göstərə bilərik. Kəpənəklərin rəngli və müxtəlif naxışlı yumurtaları Allahın misilsiz rəng və estetika sənətinin dəlillərindəndir. Yumurtadakı simmetrik xüsusiyyətlər də təsadüfən yarana bilməyəcək qədər mükəmməldir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.