www.derinbilgiler.net » Məqalələr » Elmi » Xaçgülü Bitkisi

 
 
 


Xaçgülü Bitkisi

Müəllif: Terish Tarix 31-01-2018, 05:21, Baxılıb: 156

0
Xaçgülü Bitkisi


Ekvator bölgəsində minlərlə metr yüksəklikdə yerləşən Keniya dağında böyük və ehtişamlı görüntüyə sahib olan Xaçgülü bitkiləri (senecio vulgaris) yetişir. Gecələr nazik buz təbəqəsi ilə əhatə olunan Keniya dağının ətəkləri bu bitkilərlə örtülüb.

Xaçgülü bitkilərinin yarpaqlarında toxumaların şaxtadan zərər görməsinə mane olan xüsusi maddə istehsal edilir. Bu qoruyucu maddə sayəsində bitkinin üzərindəki nazik buz təbəqəsinin günəşin altında əridiyi, sonra gövdəsinin yenidən canlandığı müşahidə edilib.

Gün işığı bitkinin üzərinə düşdükcə buzlar əriməyə başlayır. Bu zaman yarpağın məsamələrindəki su buxarlanır. Lakin Xaçgülü bitkisi yaşamaq üçün boşalan məsamələrə suyu qaytarmalı və yarpaqlarını qurumağa qoymamalıdır. Yarpaqlara lazım olan suyu göndərmək üçün gövdəsindəki su kanallarından istifadə etməyə məcbur olan bu çiçəkləri gözləyən bir təhlükə var: hava soyuduqca su kanalları da donmağa başlayır. Buna görə də bitkinin yuvarlaq gövdəsini əhatə edən yarpaqların aşağı halqası hər il müəyyən vaxtda qurumağa başlayır. Xaçgülü digər bitkilərdən fərqli olaraq, ancaq müəyyən hissəsi quruyan yarpaqlarını torpağa düşməyə qoymur və gövdəsində saxlamağa davam edir. Beləcə gövdəsinin aşağı hissəsində qalın zireh yaradan bu quru yarpaqlar şiddətli soyuqdan bitkini qoruyur. Bu ağıllı metodla gövdəsindəki kanalların buz tutmasına mane olan suyu onlara rahatlıqla göndərməyi bacarır.

Torpaqdan asılı olan bitkinin öz-özünə qoruyucu maddə yaratması və bunu eyni növlərinin genində var etməsi əlbətdə ki, mümkün deyil. Allah bu bitkiləri üstün elmlə yaradıb.

Bütün bunlar göstərir ki, çox qüsursuz sistemlərə və qorunma metodlarına sahib olan bitkilərə bu məlumatları, formanı verən, mənfi şəraitə baxmayaraq hər cəhətdən mükəmməl bitkilərin yetişməsini təmin edən aləmlərin Rəbbi və hər şeydən xəbəri olan uca Allahdır. Bu gerçək ayədə belə bildirilir:

“Sizin tanrınız yalnız Özündən başqa heç bir tanrı olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir.” (Taha Suresi, 98)

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.