www.derinbilgiler.net » Məqalələr » Elmi » Görən, eşidən, toxunan və dad bilən bitkilər

 
 
 


Görən, eşidən, toxunan və dad bilən bitkilər

Müəllif: Terish Tarix 1-05-2017, 12:56, Baxılıb: 146

0
Görən, eşidən, toxunan və dad bilən bitkilər


Bitkilərdəki ən maraqlı sistemlərdən biri reaksiya mexanizmləridir. Kənardan baxanda nə ağzı, nə gözü, nə də sinir sistemi olan bitkilər bu reaksiya mexanizmləri sayəsində çox vaxt insanlardan da həssas olurlar.

Bitkilərin görmə duyğusu

Bitkilərin insanlar kimi gözləri yoxdur, lakin bizim gördüyümüzdən daha çoxunu görə bilirlər. Çünki onlarda işığa həssas komponentlərdən ibarət zülallar var. Buna görə də bizim gördüyümüz və görə bilmədiyimiz bütün dalğa uzunluqlarını hiss edirlər.

Bitkilərin bu xüsusiyyətlərə sahib olmasının səbəbi böyümək və həyatda qalmaq üçün işığa ehtiyac duymalarıdır. Buna görə də işığı görürmüş kimi işıq istiqamətində zoğ verir və inkişaf edirlər. Hətta gün ərzində günəşi təqib edən günəbaxan bitkisinə də bu xüsusiyyətinə görə belə ad verilmişdir. Bitkilər onlara verilmiş görmə qabiliyyəti sayəsində işığın sıxlığını, istiqamətini və dövrünü müəyyən edirlər.

Dadbilmə duyğusu

Bitkilər yalnız günəş işığı ilə yaşaya bilməzlər, torpaqdan bəzi qida maddələri də qəbul etməlidirlər. Dadbilmə duyğusu torpaqdan mineral və qida maddələri alan bitki kökləri üçün çox vacibdir. Arabidopsis (kəsəkotu) adlı bitki üzərində aparılan tədqiqatlar nəticəsində bir genin nitrat və ammonium duzları ilə zəngin olan yerləri müəyyən etdiyi aşkar olunmuşdur. Bu gen sayəsində köklər təsadüfi yox, qida maddələri yönündə inkişaf edərək şüurlu davranış nümayiş etdirirlər. Nitratları müəyyən edən bu gen ANR1-dir.

Toxunma hissi

Toxunma duyğusuna da bitkilərdə tez-tez rast gəlinir. Venera kimi ət yeyən bitkilər üzərilərinə qonan böcəyi bir anda tutur. Mimoza isə yavaş toxunuşda belə incə yarpaqlarını aşağı endirir. Noxud və lobya kimi sarmaşan bitkilər həssas toxunma duyğusu sayəsində zoğlarını möhkəm dəstəklərin ətrafına sarıyırlar. Demək olar ki, bütün bitkilər toxunma duyğusuna sahibdir.

Eşitmə duyğusu

Aparılan təcrübələr nəticəsində bitkilərin müəyyən səs tezliyini və ya titrəyişi hiss etdiyi ortaya çıxmışdır. “Wake Forest”də aparılan bir təcrübədə müşahidə edilmişdir ki, normal cücərmə nisbəti 20% olan turp toxumları uzun müddət müəyyən tezlikli səsə məruz qaldıqda həmin nisbət 80-90%-ə çatır.

Haqqında danışdığımız bu nümunələrdəki “şüurlu” davranışlar, əslində, Allahın sonsuz ağlının təcəllisidir. Rəbbimiz yer üzündəki hər şeyi nəzarəti altında saxlayandır.

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru (şey) yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın. (Ənam surəsi, 59)

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş