www.derinbilgiler.net » Məqalələr » Elmi » Dünyanın eşitmə qabiliyyəti ən güclü olan canlısı: Pətək güvəsi

 
 
 


Dünyanın eşitmə qabiliyyəti ən güclü olan canlısı: Pətək güvəsi

Müəllif: Terish Tarix 13-04-2017, 12:30, Baxılıb: 126

0
Dünyanın eşitmə qabiliyyəti ən güclü olan canlısı: Pətək güvəsi


Eşitmə qabiliyyəti Allahın yaratdığı ən böyük nemətlərdəndir. Allah bu xüsusiyyəti hər canlıda fərqli yaradıb. Məsələn, pətək güvəsi dünyanın ən güclü eşidən canlısıdır.

Tədqiqatçılar pətək güvəsinin 300 khs tezlikdəki səsləri hiss etdiyini aşkar etdilər. Bu, dünyada yaşayan canlılar arasında ən yüksək tezlikdə hiss edilən səsdir.

İnsanlar ən çox 20 khs tezlikdəki səsləri eşidə bilirlər, yaşlandıqca bu, 12-15 khs-ə qədər enir. Ultrasəsləri eşidə bilən delfinlər belə təxminən 160 khs tezlikli səsləri qəbul edə bilirlər.

Stratklayd  Universitetinin Ultrasəs Mühəndislik Mərkəzi tərəfindən aparılan tədqiqatlarda güvənin qeyri-adi hissiyat qabiliyyəti aşkar olundu. Tədqiqatın rəhbəri dr.Ceyms Vindmill bu məlumatı “güvənin bu səviyyədə səs tezliyini eşitmək qabiliyyətinin olması bizi heyrətləndirdi. Bu araşdırmalarla hava vasitəsilə ötürülən ultrasəsi daha yaxşı anlamağı ümid edirik”,- deyə fikir bildirdi.

Havada ultrasəs istifadəsi çox çətindir, çünki yüksək tezlikdəki siqnallar havada sürətlə zəifləyirlər. Yarasalar ultrasəsdən əlaqə saxlamaq üçün istifadə edirlər. Artıq güvələrin də səsi çox irəli səviyyədə istifadə etmək qabiliyyətlərinin olduğu aşkar edildi. Dr.Vindmill və heyəti hava yolu ilə ultrasəs siqnallarını göndərmə və qəbul etmə ilə əlaqədar təsəvvürlərini daha da inkişaf etdirmək məqsədindədirlər.

Alimlərin hazırki texnologiya ilə istifadə etmək istədikləri hava vasitəsilə ötürülən ultrasəsi güvələr yaradıldıqları andan etibarən milyon illərdir ki, istifadə edirlər. Dolayısı ilə ali təhsilli, illərdir laborotoriyalarda təcrübələr aparan alimlərin belə hələ də inkişaf etdirə bilmədikləri bir sistemin təsadüfən təkamüllə yarandığını iddia etmək ağılsızlıqdır. Ağılı və vicdanı olan hər kəs belə üstün bir xüsusiyyətin Allah tərəfindən yaradıldığını qəbul edər. Bir ayədə Rəbbimiz belə buyurur:

Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır). Elə isə Ona ibadət edin. O, hər şeyi Qoruyandır.(Ənam surəsi, 102)

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş