www.derinbilgiler.net » Məqalələr » Elmi » Bədənimizdəki “təhsil mərkəzi”

 
 
 


Bədənimizdəki “təhsil mərkəzi”

Müəllif: Terish Tarix 22-07-2015, 14:43, Baxılıb: 560

0
Bədənimizdəki “təhsil mərkəzi”


Timus bioloji baxımdan araşdırılanda, çox xüsusiyyəti olmayan adi bir orqan kimi görünür. Amma onun funksiyalarına nəzər saldıqda görürük ki, timus insan həyatı üçün çox mühüm funksiyalar yerinə yetirir. O, insan orqanizminin bütün həyatı boyu ehtiyac duyduğu məlumatları bir orqandan başqa orqana daşıyır. Timusda limfosit hüceyrələrinə bir növ təhsil verilir. Bəli, səhv oxumadınız. Timusda hüceyrələr təhsil alırlar.

Təhsil ancaq müəyyən bir zəkaya malik olan varlıqlara hər hansı məlumatın ötürülməsidir. Ancaq burada çox əhəmiyyətli bir məqama diqqət yetirmək lazımdır. Burada təhsili verən sadəcə bir ət parçası, yəni timusdur, təhsili alan isə kiçik hüceyrədir. Yəni hər ikisi də şüursuz varlıqlardır.

Timusdakı təhsilin nəticəsində limfosit hüceyrələri çox əhəmiyyətli məlumatları öyrənirlər. Bədəndəki hüceyrələrin antigenlərini necə tanımağı öyrənirlər. Bu bir mənada bədənə aid hüceyrələrin "şəxsiyyətinin" limfosit hüceyrələrinə öyrədilməsidir. Nəticədə hüceyrələr olduqca məlumatlanmış bir halda timusdan ayrılırlar.

Beləliklə, limfositlər bədəndə bu funksiyanı yerinə yetirərkən, şəxsiyyətlərini öyrəndikləri hüceyrələrə hücum etmirlər. Bundan kənarda qalan hər bir hüceyrəyə və xarici maddəyə isə hücum edir və onları məhv edirlər.

Timus, uzun illər, təkamülçü alimlər tərəfindən funksiyası olmayan orqan hesab edilmiş və təkamülün saxta dəlili olaraq istifadə edilmişdi. Halbuki, son illərdə bu orqanın müdafiə sistemimizin əsası olduğu sübut olunmuşdur. Bu hal aşkar olunduqdan sonra timusun funksiyasız bir orqan olduğunu irəli sürən təkamülçülər sonradan eyni orqan üçün tam əksinə olan bir nəzəriyyə irəli sürdülər. Timusun ilk vaxtlarda mövcud olmadığını, mərhələ-mərhələ təkamül keçirərək meydana gəldiyini irəli sürdülər.

Timusun bir çox orqandan fərqli olaraq daha uzun bir təkamül prosesinin nəticəsində meydana gəldiyini müdafiə etdilər. Ancaq timus mövcud olmadan, ya da tam inkişaf etmədən T hüceyrələri düşməni necə tanımağı öyrənə bilməyəcək və müdafiə sistemi öz vəzifəsini yerinə yetirə bilməyəcəkdir. Müdafiə sistemi olmayan bir insan isə həyatını davam etdirə bilməz. Hal-hazırda sizin bu cümləni oxumağınız belə timusun uzun təkamül prosesi nəticəsində deyil, ilk insandan bəri qüsursuz və əskiksiz olaraq yaradıldığının bir dəlilidir.

Vəfa Kərimova

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş