www.derinbilgiler.net » Məqalələr » Elmi » İrqçiliyin mənşəyi, cəmiyyətə nüfuzu və həll yolu

 
 
 


İrqçiliyin mənşəyi, cəmiyyətə nüfuzu və həll yolu

Müəllif: Terish Tarix 29-06-2015, 14:30, Baxılıb: 376

0
İrqçiliyin mənşəyi, cəmiyyətə nüfuzu və həll yolu

Son dövrlər mediada irqçiliklə bağlı xəbərlərin artdığı müşahidə olunur. Xüsusilə, futbol və bir sıra idman yarışlarında qaradərili idmançılara banan atılması və s. hadisələr bundan xəbər verir. Sonuncu Avropa Birliyi seçkilərində də irqçi radikal sağ partiyaları qalib gəldi. Avropadakı radikal sağ adlanan bu partiyaların ortaq səciyyəvi xüsusiyyətləri isə qatı irqçi olmaları, avropalılardan başqa heç bir milləti qəbul etməmələridir. Avropada bu cür partiya və hərəkatlara dəstək də getdikcə artır. Gəlin məsələnin həllinə keçməmişdən əvvəl irqçiliyin nə olduğunu və mənşəyini araşdıraq.

İnsanların fiziki fərqlilikləri irqlərarası üstünlük və ya zəiflik kimi dəyərləndirib müəyyən irqlərin daha üstün olduğunu iddia edən ideologiyaya irqçilik deyilir. Əslində irqçilik tarixin hər dövründə özünü büruzə verib. XVI əsrdən sonra Amerikanın kəşfi, bir çox Avropa dövlətlərinin imperiya qurmaq naminə Afrika və Asiyada işğalçılıq siyasəti yürütməsi və insanları kütləvi şəkildə qətlə yetirməsi irqçilikdən xəbər verir. Xüsusilə Amerikanın kəşfindən sonra avropalıların Amerikanın yerli sakinlərinə tutduqları divan irqçiliyin bariz nümunələrindən biridir. O dövrdə Amerikadakı yerlilərin nəslini kəsməyi hədəfləyən İspan "conquistadorlar” (işğalçılar) belə bir açıqlama etmişdilər: “Yerlilər həqiqi insan deyil, inkişaf etmiş heyvan növüdürlər”. Bu şüar o dövrdə bütün imperialist qüvvələrin əsas devizinə çevrilmişdi. Lakin bu şüarın elmi əsası çatışmırdı. Bu “elmi əsası” da Darvin təmin etdi. Çarlz Darvin “Növlərin Mənşəyi” və “İnsanın təkamülü” adlı kitablarında insanın inkişaf etmiş heyvan növü olduğunu iddia etdi. Lakin eyni zamanda bəzi irqlərin təkamüllərini tamamlayıb “mədəni irqə” çevrildiklərini, bəzilərinin isə hələ təkamülünü tamamlamadığını və “zəif, aşağı irq” olduğunu vurğuladı. Darvinin “mədəni irq”i avropalı ağ insanlar idi. Yerdə qalan digər bütün millətlər isə “aşağı irq” statusunda idi. Müasir irqçiliyin banisi Çarlz Darvindir. Təsdiqi isə Darvinin öz sözləridir: "Bəlkə də yaxın gələcəkdə mədəni insan irqləri vəhşi irqləri tamamilə yer üzündən siləcəklər və onların yerinə keçəcəklər. Digər tərəfdən meymunabənzər insanlar da yox ediləcəklər. Beləliklə, insanla ən yaxın qohumları arasındakı boşluq daha da böyüyəcək. Nəticədə dünyada indiki avropalı irqlərdən daha mədəni olan irqlər və indiki zəncilərdən, Avstraliya yerlilərindən və qorillərdən daha geridə olan babun növünə məxsus meymunlar qalacaq"

Mövzu ilə bağlı Darvinin başqa bir ifadəsində isə "Təbii seçməyə əsaslanan mübarizənin mədəniyyətin inkişafına sizin düşündüyünüzdən daha çox fayda verdiyini və verməyə davam etdiyini sübut edə bilərəm. Təsəvvür edin ki, bir neçə əsr əvvəl Avropa türklər tərəfindən işğal edildikdə Avropa millətləri nə qədər böyük risk altında qalmışdı, amma artıq bu gün Avropanın türklər tərəfindən işğalı bizə çox gülünc gəlir. Avropa irqləri olan mədəni irqlər həyat mübarizəsində türk barbarlığına qalib gəlmişdilər. Dünyanın yaxın gələcəyinə baxdıqda bu cür aşağı irqlərin çoxunun mədəniləşmiş ali irqlər tərəfindən məhv ediləcəyini (yox ediləcəyini) görürük".deyilir.

Bu fikirlərdən də aydın olur ki, Darvin insanları “mədəni irq”, “avropalı”, “ağ irq” və “aşağı irq” adlanan bir neçə qrupa bölür və bu insan irqləri arasında mübarizə gedəcəyini, güclü irqlərin zəif irqləri əzəcəyini bildirirdi. Bunu da təbiətin qanunu kimi təqdim edib irqçiliyə təşviq edirdi. Ancaq bu fikirlər əsla həqiqəti əks etdirmir. Çarlz Darvinin təkamül fərziyyəsinin elmi əsası yoxdur. Bu günə kimi Darvinin səsləndirdiyi heç bir fikir elmi cəhətdən öz təsdiqini tapmayıb. Əksinə, bütün elmi faktlar təkamül fərziyyəsinin əleyhinə olmuşdur. Lakin o dövrdə imperialist qüvvələr özlərinə sərf etdiyi üçün Darvinin fikirlərindən istifadə etmişdilər. İrqçiliyin “elmi” əsasında Darvinin təkamül fərziyyəsinin olduğunu antropoloq Lalita P. Vidyarti belə açıqlayır: "İnsanın mədəni bir təkamül dövrü keçdiyinə və ən üst pillənin Ağ Adamın mədəniyyəti olduğuna inanan sosioloqlar tərəfindən Darvinin "güclülərin həyatda qalması" düşüncəsi sevinclə qarşılandı. Bunun nəticəsində XIX əsrin ikinci yarısında qərbdə elm adamlarının əksəriyyəti irqçiliyi mənimsədilər".

Nəticədə Darvin bu fikirləri ilə irqçiliyə “elmi” status qazandıraraq o dövrün bütün imperialist işğalçılarına rahat şərait yaratdı. Bundan sonra irqçiliyə söykənən yüzlərlə qətliamlar törədildi və XX əsr dünya tarixinə ən qanlı səhifə kimi daxil oldu. Bu qətliamların ən aktiv iştirakçıları isə irqçilik siyasəti yürüdən nasistlər oldular. Hitler nasizmi qurmaq üçün Darvinin təbii seçmə qanundan istifadə etdiyini həm “Mayn Kampf” əsərində açıqlamış, həm də öz çıxışlarında dəfələrlə vurğulamışdı. Nasizmə görə irqlər bir neçə kateqoriyaya bölünürdü. “Mədəniyyət yaradan irqlər” yəni “ali irq” və Darvinin sözü ilə “Ağ irqlər”. Bura başda almanlar olmaqla avropalılar daxil idi. Digər kateqoriyada “mədəniyyəti izləyən irqlər” var idi. Buraya çinlilər və yaponlar daxil idi. Nasizmə görə üçüncü kateqoriyanı isə “mədəniyyətə zərər verən irqlər” təşkil edirdi. Buraya isə başda yəhudilər, slavyanlar və s. olmaqla yerdə qalan bütün irqlər aid idi. Hitlerin fikrincə ali irq digər zəif irqləri əzməli və təkamül prosesini sürətləndirməlidi idi. Beləliklə, Hitler bu düşüncələri həyata keçirdi və bu hadisələr XX əsrə tarixin ən böyük vəhşiliyi kimi damğasını vurdu. Bəs bu fikir nəyə əsaslanırdı? Darvinin bu sözlərinə: “Vəhşi insanların bədənləri və başları zəif olanları sıradan çıxarır və sağ qalanlar, əksərən, həqiqətən sağlam olanlardır. Digər tərəfdən biz mədəni insanlar sıradan çıxma prosesinin qarşısını almaq üçün əlimizdən gələni edirik; axmaqlar, şikəstlər və xəstələr üçün müalicəxanalar qururuq, kasıbları qoruyan qərarlar qəbul edirik, tibb mütəxəsislərimiz hər bir xəstəni yaşatmaq üçün ən son ana qədər bütün məharətini göstərir...Beləcə mədəni toplumların zəif üzvləri öz nəsillərini davam etdirirlər.Ev heyvanı yetişdirməklə məşğul olan heç kim bunun insan irqinə böyük zərər verəcəyindən şübhə etməz.”

Darvin bu sözləri ilə açıq aşkar şəkildə “üstün irq” xaricində bütün insanların, əslində, insan irqi üçün təhlükə törətdiyini bildirirdi. Darvinin bu cümlələrini Hitler sözbəsöz həyata keçirdi. Öz ağlınca zəif gördüyü bütün irqləri qırmağa başladı. Mühariblərlə yanaşı Almaniyanın daxilində də zəif, şikəst, xəstə, əqli problemləri olan insnalara qarşı amansız mübarizə aparılırdı. Bunun üçün 1933-cü ildə iqtidara gələn kimi “irqi sterilizasiya” adlı qanun qəbul etdi. Bu qanuna əsasən ölkədəki bütün xəstələr, şikəstlər, fiziki qüsurlular, yaşlılar, əqli problemi olanlar daxil olmaqla 80.000 insan “Nasist Müqəddəs Sağlamlıq Məhkəmələri” tərəfindən iki-üç il ərzində qısırlaşdırıldı. Bununla yanaşı minlərlə dəli və əqli problemləri olan xəstələrə zəhər verilərək öldürüldü.

Faşistlərin zülmlərini saymağa davam etsək cildlərlə kitab yazarıq. Burada əsas məsələ bu zülmlərin statistikası yox, mənbəyidir. İrqçiliyin indiyə kimi müşahidə edilən bir sıra təzahürlərinə misallar çəkdim. İndi isə keçək bu problemin həll yoluna.

İrqçiliyin mənşəyinin Darvinin təkamül fərziyyəsi olduğunu dəlilləri ilə sizlərə təqdim etdim. Bir problemin həlli üçün onun mənşəyinin bilmək çox əhəmiyyətlidir. Lakin irqçilik məsələsində insanlar problemin nədən qaynaqlandığını sanki görmək istəmirlər. Bir çox televiziya proqramlarında, radio verilişlərində və müsahibələrdə irqçiliklə bağlı səsləndirilən fikirlərə rast gələ bilərsiniz. Hər kəs iqrçiliyin ciddi problem olduğunu vurğulayır, ancaq heç kim həll yolunu dilə gətirmir. Çünki problemin qaynağını araşdıran yoxdur. Bu yaxınlarda Avropanın ən çox seyr edilən kanallarından birində irqçiliyə həsr edilmiş genişmiqyaslı bir verilişə baxdım. Veriliş çərçivəsində irqçi hücumlara məruz qalmış qaradərili futbolçulardan müsahibə alınmışdı. Bu futbolçuların hamısı onlara atılan bananlardan şikayətlənirdi. Bir futbolçunun dediyi sözlər isə məsələnin mənşəyini anlamağımız baxımından əhəmiyyətli idi. Futbolçunun uzun müsahibəsindən yadımda qalan sözləri təxmini olaraq yazıram: “Mən hara gedirəm, qarşıma banan atırlar və ya meymun səsləri çıxardırlar. Sanki biz insan deyilik meymunuq”. Bu sözlər sizə tanış gəlmədi? Gəlmədisə zəhmət olmasa məqaləni yenidən oxuyun. Yuxarıda Darvinin zəncilər haqqında nə düşündüyünü qeyd etmişəm. Zəncilərin inkişaf etmiş meymun növü olduğunu vurğulayan tək fərziyyə Darvinin təkamül fərziyyəsi idi. Lakin mənim baxdığım verilişdə bu nüansı heç kim vurğulamadı. Hamı irqçilikdən şikayətləndi və veriliş bitdi.

Məsələnin həll yolu nədən ibarətdir?

Birinci nüans ondan ibarətdir ki, irqçiliyin əsası olan təkamül fərziyyəsinin heç bir elmi əsası yoxdur. Bütün elmi dəlillər təkamül fərziyyəsinin əsassız olduğunu göstərir. Dünyada irqçiliyin qarşısını almaq üçün atılmalı tək addım təkamül fərziyyəsinin əsassız olduğunu elmi dəlillərlə bütün dünyaya göstərməkdir. Bu, bütün irqçi hərəkatlara ən tutarlı cavab olacaqdır. Bundan əlavə milliyətçi və irqçi insanların sevməyəcəyi başqa bir nüans isə, əslində bütün insanların eyni genetik xüsusiyyətlərə sahib olmasını dilə gətirməkdir. Stenford Universitetindən prof. Mark Feldmanın apardığı araşdırmaya əsasən bütün millətlərin, bütün insanların genetikası 99.9 % eynidir. Mark Feldan : “…İnsan qrupları arasında sezilə bilən fərqliliklər, məsələn, dəri rəngi və kəllə qutusu forması genetik xüsusiyyətlərin olduqca kiçik miqyaslarda göstərdiyi fərqliliyin nəticəsidir”.

Yəni dünyadakı heç bir millət başqa bir millətdən, heç bir irq başqa bir irqdən üstün deyil. İrqi üstünlük iddiaları ilə başqa millətlərə qarşı yaradılan nifrət kampaniyalarının da heç bir əsası yoxdur. Yəni elmi əsası yoxdur.

Mövzu ilə əlaqədar Peyğməbərimizin (s.ə.v) bir sözünüdə xatırlatmaq istəyirəm. “Nə ərəbin Əcəmə, nə də Əcəmin ərəbə üstünlüyü yoxdur. Üstünlük sadəcə təqva ilədir”. Eyni şəkildə müqəddəs Kitabımız olan Quranda da ALLAH hansısa xalqın başqa bir xalqdan üstün olduğunu vurğulamamış, əksinə üstünlüyün sadəcə gözəl əməllə olacağını bildirmişdir. Quranda ALLAH insanlara hər zaman “ey iman edənlər”, “ey möminlər”, “ey insanlar” şəklində müraciət etmişdir. Yəni insana dəyər qazandıran onun irqi, milliyəti, qövmü deyil, hər kəsin sahib olduğu əxlaq və etdiyi gözəl əməllərdir. Üstünlük də sadəcə iman və gözəl əməllərlə ola bilər. İrqlərini əsas tutub üstünlük iddiasında olanlar isə böyük yanılqı içindədirlər

Mənbələr

1. Charles Darwin, The Descent of Man, 2. Edition, New York, A L. Burt Co., 1874, s. 178
2. "Francis Darwin, The Life and Letters of Charles Darwin, Vol. I, 1888. New York:D. Appleton and Company, s.285-286
3. Lalita Prasad Vidyarthi, Racism, Science and Pseudo-Science, Unesco, France, Vendôme, 1983. s. 54
4. Charles Darwin, The Descent of Man, 2. Edition, New York, A L. Burt Co., 1874, s. 171
5. http://www.telegraph.co.uk/news/worldnews/northamerica/usa/1416706/DNA-survey-finds-all-humans-are-99.9pc-the-same.html

Savalan Məmmədli

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş