www.derinbilgiler.net » Məqalələr » Elmi » Darvinizmin gətirdiyi əxlaqi pozuntu

 
 
 


Darvinizmin gətirdiyi əxlaqi pozuntu

Müəllif: Terish Tarix 10-06-2015, 14:21, Baxılıb: 448

0
Darvinizmin gətirdiyi əxlaqi pozuntu


Çarlz Darvin "İnsanın törəməsi" adlı kitabında insanın bugünkü mövqeyinə mübarizə ilə gəldiyi və irəliləmək üçün mübarizəyə davam etməsinin şərt olduğu, heç bir qanunla bu irəliləmənin dayandırılmasının lazım olmadığı yalanını iddia etmişdir.

Darvinin ən böyük səhvi də elə bu həqiqətdən kənar və bütün dünyanı əxlaqi degenerasiyaya sürükləyən "həyat mübarizəsi" və "güclü olanın həyatda qalması" ifadələri olmuşdur. Çünki həyatın insan daxil bütün canlılar üçün bir mübarizə, döyüş və rəqabət yeri olduğunu düşünən bir dünyada sevgi, hörmət, əməkdaşlıq, fədakarlıq kimi gözəl əxlaq xüsusiyyətlərinə yer yoxdur. Belə bir dünyada çətinlik çəkən, yardıma möhtac, ac, şikəst olan insanlara yardım edilməz. Onlar köməksiz və müdafiəsiz qalarlar. Çünki Darvinizmin məntiqinə görə, o insanlar həyat mübarizəsini keçə bilməyən, ələnən və ölməyə məhkum insanlardır. O insanlara göstəriləcək yardım yalnız inkişafı ləngidər. Elə bu səbəblədir ki, Malakka boğazında qayıqda həyatda qalma mübarizəsi aparan, içərisində qadın, uşaq və yaşlıların da olduğu 8.000 Rohinca müsəlmanlarının yardım çağırışlarını bütün dünya insanlığı geri çevirdi. Cəmi 8.000 insana yaşamaq üçün kiçik torpaq sahəsini belə çox görən bir insan məlumdur ki, bunu bir ideologiyaya əsaslanaraq edir. Bu ideologiya da insanı Allahın qulu deyil, təsadüfən ortaya çıxan eqoist heyvan kimi təyin edən darvinist ideologiyadır. Dünya rohincalıları ölümə tərk etməklə sübut etdi ki, hələ də darvinizmin "insanın heyvanlardan fərqli qanunlara və əxlaqi dəyərlərə sahib olması gözlənilməməlidir" məntiqi bütün acı yönləri ilə tətbiq edilir.

Hər kəsə məlumdur ki, 20-ci əsr insanlıq tarixinin ən qanlı dövrüdür. Bu əsrdə dünya müharibəsi, soyqırımı, əsir düşərgələri, kimyəvi silahlar, nüvə silahları, bombardman, terror hadisələri kimi daha əvvəllər görülməmiş və eşidilməmiş vəhşət üsulları ortaya çıxmışdır. Belə ki, 20-ci əsrdə kommunistlər tərəfindən bu üsullarla öldürülən insan sayı təxminən 120.000 milyondur. Öldürülən 120.000 milyon insan məhz darvinizmin "ali, orta və aşağı irq", "həyat mübarizədir", "güclü olan həyatda qalar" məntiqinin qurbanı olub.

Əlbəttə ki, darvinizminin "insana bütün xüsusiyyətləri heyvan atalarından miras qalıb" iddiası insanın, həm özünə, həm də digər insanlara baxış yönünü tamamilə dəyişib təhlükəli təsirlər yaradacaqdı. Çünki insanı heyvan növü kimi görən bir insan başqalarının həyatına da, ölümünə də əhəmiyyət verməz. Rahatlıqla başqasının həyatına qəsd edə bilər. Halbuki insanla heyvan hər biri Allahın yaratdığı iki fərqli varlıqlardır. Heyvanlar heyvani instinktlərlə hərəkət edirlər və şüursuzdurlar. İnsan isə mühakimə qabiliyyətinə, vicdana və şüura malik varlıqdır. Ayrıca, heyvanlar arasında Darvinin iddia etdiyi kimi rəqabət yoxdur. Onların arasında da böyük həmrəylik və köməkləşmə mövcuddur. (Ətraflı məlumat üçün baxın: "Canlılarda fədakarlıq və ağıllı davranışlar", Harun Yəhya, Araşdırma Nəşriyyat) İnsan vicdanını itirərək yalnız heyvandan daha aşağı səviyyəyə düşə bilər.

Ancaq maraqlıdır ki, belə ağıldan uzaq bir ideologiya necə ola bilərdi ki, bütün dünyada elm adına qəbul edilməklə tətbiq edildi? Bəli, darvinizmin ortaya atılması və elm adamları tərəfindən elm adına dərhal qəbul edilməsi təsadüfü deyildi. Hər şey bir plan üzrə idi... Aydındır ki, insanın bir növ heyvan olduğunu iddia edənlərin məqsədi meşə qanunlarını insan cəmiyyətlərinə tətbiq etmək idi. Var olan hər şeyin təsadüflər nəticəsində yarandığını və insanın da həyatda heç bir ali məqsədinin olmadığını söyləmək Yaradıcını inkara aparıb çıxaracaqdı. Üstəlik, bunu elm olaraq insanlara təqdim etmişdilər. Əlbəttə ki, elmdən uzaq olan insanlar elm adına ortaya atılan hər iddianı onlara təqdim edildiyi kimi qəbul edəcəkdi. Bəzi elm adamlarının isə bu nəzəriyyənin sadəcə hipotez olduğunu bildikləri halda qəbul etmələrinin başqa səbəbləri vardı: özlərini yaradan Yaradıcıya baş əyməyi qəbul etməmək, özlərinin də yaratmağa qadir olduqları xəyallarına qapılmaq, bir də hakim qüvvələrin təzyiqindən azad olmaq.

Beləcə, onlar öz istəklərinə: insanları Yaradıcının olmadığına, Allah qarşısında məsuliyyət daşımadıqlarına və axirət həyatının olmadığına inandırmağa nail oldular. Dolayısilə, din əxlaqının cəmiyyətə gətirdiyi hüzur və rifah verən hər cür gözəlliyi ortadan qaldıran qorxunc xaos yaratmağa da... Necə ki, əsas məqsəd də elə bu idi...

Qurani-kərimə görə, cəmiyyətlərin Allaha olan inanclarının itməsi və ya zəifləməsi o cəmiyyətlər üçün ən böyük mənəvi müsibətdir. Çünki Allah qorxusu olmayan, ölümündən sonra etdiyi əməllərinə görə Cənnət və ya Cəhənnəmlə qarşılaşmayacağını düşünən bir insan çox təhlükəlidir. Bu insan təcavüzkar, mərhəmətsiz, ədalətsiz və mənfəətpərəstdir. Allah qorxusu isə ölçüdə və tərəzidə düz olmağı, fitnə-fəsad törətməməyi, qohumlara yaxşılıq etməyi, ədalətli olmağı, yalan danışmamağı, yaxşılıq etməyi, zina etməməyi, zülm etməməyi, günahsız insanı öldürməməyi və təmiz olmağı təmin edir.

İnsanlar Allahı lazımınca tanımırlar. Bir insanın üzərinə düşən böyük vəzifə Allahı tanımaq üçün Qurana müraciət etməsidir. Çünki Allah: "... Bilin ki, qəlblər yalnız Allahı zikr etməklə aram tapar! (Rəd surəsi, 28)" -buyurmaqla insanların səhv yerlərdə axtardığı hüzurun həqiqi qaynağını bildirir. İnsana dünyada xoşbəxtlik və hüzur verən həyat forması Allahın insanlara əmr etdiyi din əxlaqıdır. Çünki insanın xisləti Allaha yönəldiyi təqdirdə rahat ola biləcək şəkildə yaradılıb. İnsan öz xislətinə zidd həyat tərzi sürdükdə hüzursuz, qəmgin və ruhi sıxıntı içində olur.

İndi hər insan öz vicdanını dinləyərək qərar versin: Allahın onun üçün istədiyi həyat onun, həm dünyada, həm də axirətdə xoşbəxtliyinə səbəb olar, yoxsa insanların qəlbini kinə, nifrətə, qəzəbə, təcavüzkarlığa, ədalətsizlik və rəqabətə sürükləyən Darvinizm?

Ləman Piriyeva

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş