www.derinbilgiler.net » Məqalələr » Elmi » Ateizmin elmi əsası yoxdur

 
 
 


Ateizmin elmi əsası yoxdur

Müəllif: Terish Tarix 7-05-2015, 11:49, Baxılıb: 496

0
Ateizmin elmi əsası yoxdur


Cəmiyyətdəki ictimai – siyasi proseslərin istiqamətini, cəmiyyətə hakim olan ideologiya istiqamətləndirir. Çünki, cəmiyyəti fərdlər təşkil edir və cəmiyyətin inkişafı, sosial aktivliyi fərdlərdən asılıdır. Yəni hər insanın sahib olduğu ideologiyanın doğru və yanlış olmağı cəmiyyətin ümumi mənada inkişaf etməsini və yaxud geri qalmağını müəyyən edir. Bu baxımdan bir çox problemin həllində əslində insanların düşüncə tərzinin böyük əhəmiyyəti var.

Dünyadaki əksər problemlərin səbəbi inancsızlıqdır. Dünyaya hakim olan ateizm, xurafat və batil inanclar səbəbindən dünyada uzun müddətdir davam edən bir şiddət hərəkatı və mənəvi boşluq hakimdir. İnsanların eqoist, mənfəətcil, şiddətə meyilli, mərhəmətsiz və başqalarını əzməyə çalışan bir xarakterə sahib olmaqları da ateizmin geniş şəkildə yayılmasından qaynaqlanır. Ateizmin insanları eqoist, mənfəətcil və şiddətəmeyilli etməyinin səbəbi isə ateizmin sözdə elmi əsası olan təkamül nəzəriyyəsidir. Təkamül nəzəriyyəsinin prinsiplərinə görə meşədə heyvanlar arasındakı münasibət cəmiyyətdəki insanlar arasında da olmalıdır. Çünki heç bir elmi əsası olmamasına baxmayaraq darvinistlər insanın heyvandan təkamül edərək meydana gəldiyini, dolayısı ilə bir heyvan növü olduğunu iddia edirlər. Və cəngəllik qanunlarının insan cəmiyyətində də hakim olduğunu müdafiə edirlər. Yəni güclünün zəifi əzməsini haqlı görən bir sistem formalaşdırmaq istəyirlər. Və dünyadaki darvinist diktaturanı da nəzərə alsaq bu məqsədlərinə nail olublar. Hal – hazırda insanların bir-birini əzməyə çalışmağının, zəifləri sıradan çıxartmağa çalışmaqlarının, eqoist, mənfəətcil, mərhəmətsiz olmağının başlıca səbəbi ateizmin sözdə elmi əsası olan darvinizmdir.

Lakin son dövrlərdə elmin, texnologiyanın sürətli inkişafı nəticəsində əldə olunan yeni elmi nəticələr ateizmin elmi əsasının olmadığını göstərdi. İstər astronomiya, genetika və biologiya elmləri sahəsində əldə olunan yeni nəaliyyətlər, istərsə də, mikrobiologiya, astrofizika, biotexnologiya və s. kimi yeni elm sahələrinin də ortaya çıxması əvvəlki əsrlərdə güclənən ateizmin çökməsinə səbəb oldu. Xüsusilə astronomiya sahəsində baş verən irəliləyişlərin yəni, daha böyük teleskopların kəşfindən sonra, kainat daha da yaxından müşahidə edilməyə başlandı. Və qısa müddətdə bütün dünyaya hakim olan və ateizmin də əsasını təşkil edən materializmin süqutunu gətirəcək kəşflər edildi. Hubl teleskobu ilə aparılan müşahidələrdən sonra “Böyük Partlayış” (Big Bang) nəzəriyyəsi ortaya çıxdı. Və bu sahədə indiyə kimi mövcud olan materialist anlayışı məğlub etdi. Və Big Bang nəzəriyyəsi materializmin yanlış olduğunu dolayısı ilə, ateizmində yanlış olduğunu isbat etdi. Elektron mikroskobun kəşfindən sonra isə hüceyrələrin heçdə ibtidai quruluşa malik olmadığı, əksinə böyük şəhərlərin xəritəsindən də qarışıq, mürəkkəb və kompleks bir quruluşa sahib olduğu ortaya çıxdı. DNT – nin sahib olduğu 3.1 milyard şifrədən ibarət mükkəməl bir quruluşu olduğu və təbii ki, bu cür mükəmməl kompleksliyin təsdüfən meydana gəlmə ehtimalı olmadığı isbat olundu. Və ən əsası ateizmin sözdə elmi əsası sayılan təkamül nəzəriyyəsinin əsassız olduğu isbat olundu.

Və hal – hazırda elm dünyasında əldə olunan hər yeni nəaliyyət ateizmin yanlış olduğunu və hər şeyin Allah tərəfindən yaradıldığını göstərir.
Təbii ki, ateizmin çöküşünün dünya miqyasında qəbul olunması və inancın dünyaya hakim olması ilə dünyada olan sevgisizlik, böhranlar, sıxıntılar bitəcək və İslam əxlaqı dünyaya hakim olacaq.

Savalan Məmmədli

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş