www.derinbilgiler.net » Məqalələr » Elmi » Elm materialist deyil

 
 
 


Elm materialist deyil

Müəllif: Terish Tarix 27-01-2015, 11:54, Baxılıb: 468

0
Elm materialist deyil

Materialistlərin əsas iddiası “elm sadəcə maddəni tədqiq edir, ona görə də materialist olmalıdır” kimi şablon bir iddiadır. Bu, əslində, kəlmə oyunundan başqa bir şey deyil. Elmin maddəni tədqiq etdiyi doğrudur, ancaq bu, “elmin materialist olması” demək deyil. Çünki “maddəni tədqiq etmək” ilə “materialist olmaq” fərqli şeylərdir. Maddəni tədqiq edərkən maddənin çox böyük elm və dizayn nəticəsində meydana gəldiyi qənaətinə gəlinir. Bu elm və dizaynın dizaynerini görməsək də, şüurlu şəkildə meydana gətirildiyini anlayırıq. Məsələn, bizdən əvvəl bir insanın girib-girmədiyindən əmin olmadığımız bir mağara düşünək. Bu mağaraya girdikdə əgər mağaranın divarlarında çox böyük məharətlə çəkilmiş, heyranedici rəsmlər varsa, onda “bizdən əvvəl burada ağıllı bir varlıq olub, burada əsərlər yaradıb” deyə fikirləşərik. O ağıllı varlığı heç görməsək də, onun mövcudluğunu əsərlərindən anlayarıq. Məşhur bioloq William Paleyin verdiyi saat nümunəsində olduğu kimi: “Hər saat bir saatsazın varlığını göstərdiyi kimi təbiətdəki dizaynlar da Allahın varlığını sübut edir”. Elm də elə bu üsullarla təbiəti tədqiq edir və təbiətdə əsla maddi cəhətdən açıqlamaq mümkün olmayan bir nizam olduğunun və onun maddənin fövqündə duran üstün bir Ağıl tərəfindən yaradıla bilən bir dizayn olduğunu ortaya çıxarır. Başqa sözlə, maddi dünyanın hər tərəfində Allahın mövcudluğunun və hakimiyyətinin açıq aşkar dəlillərini görür.

Sevinc Haqverdizadə

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş