www.derinbilgiler.net » Məqalələr » Elmi » Təbiətdəki qüsursuz dizaynlar

 
 
 


Təbiətdəki qüsursuz dizaynlar

Müəllif: Terish Tarix 14-01-2015, 11:48, Baxılıb: 453

0
Təbiətdəki qüsursuz dizaynlar

“Dizayn” sözündən çox tez-tez istifadə edirik. Dizayn, az və ya çox sayda hissələrin müəyyən bir məqsəd üçün nizamlı şəkildə bir yerə gətirilməsi deməkdir. Bunu nəzərə alaraq avtomobillərin dizayn olduğunu dərk edirik. Çünki ortada məqsəd var: insan və yük daşımaq. Bunu həyata keçirmək üçün də avtomobilin mühərriki, təkərləri, kapotu kimi fərqli hissələri fabrikdə planlı şəkildə bir yerə gətirilmişdir.

Yaxşı, bəs söhbət canlılardan gedərsə? Məsələn, quşlar və onun uçuş sistemləri dizayn oluna bilərmi? Suala cavab verməzdən əvvəl avtomobil üçün apardığımız dəyərləndirməni quşlar üçün də edək. Ortada uçmaq kimi bir məqsəddən söhbət gedir. Bunun üçün içi boş yüngül sümüklər, bu sümükləri hərəkət etdirəcək güclü sinə əzələləri və havada qalmağı təmin edən tüklərdən istifadə olunmuşdur. Qanadlarının aerodinamik xüsusiyyəti var, maddələr mübadiləsi isə quşun yüksək enerji ehtiyacını qarşılayacaq şəkildədir. Quşun dizayn məhsulu olduğu aydın şəkildə görünür.

Əgər quşu deyil, digər canlıları araşdırsaq yenə eyni həqiqətlə qarşılaşarıq: Hər bir canlıda çox mükəmməl düşünülmüş dizaynlar var. Bir az daha dərindən araşdırsaq, özümüzün də dizayn edilmiş edildiyini görərik. Mausu tutan əllərimiz heç bir robot əlin olmadığı qədər funksionaldır, bu sətirləri oxuyan gözlərimiz isə dünyanın ən mükəmməl kamerasından belə daha yaxşı görə bilir.

Bədənimzdəki orqanların hər biri çox kompleks və təsadufən yaranması qeyri-mümkün olan quruluşlara sahibdir. Belə ki, qulağımızın xaricdən gələn səsi qəbul etməsi, çox sayda kiçik orqanların zəncirvari reaksiyası nəticəsində mümkün olur. Bunlardan birini, məsələn, orta qulaqdakı çəkic sümüyünü çıxarın, ya da quruluşunu pozun, heç bir şey eşidə bilməzsiniz. Qulağımızın eşitməsi üçün xarici qulaq pərdəsi, zindan, çəkic və üzəngi sümükləri, daxili qulaq pərdəsi, ilbiz, ilbiz mayesi, qəbuledici hüceyrələr, bu hüceyrələrin titrəyişini qəbul edən tükcüklər, hüceyrələrdən beyinə gedən sinir toru və beyindəki eşitmə mərkəzi kimi fərqli hissələrin hər birinin əskiksiz olaraq mövcud olması lazımdır. Sistem “mərhələ-mərhələ” inkişaf edə bilməz, çünki ara mərhələlərin heç biri işə yaramayacaqdır.

Buna “sadələşdirilməyən komplekslik” deyilir. Bu anlayış Darvinin təkamül nəzəriyyəsini kökündən çürüdür. Ən maraqlısı isə Darvinin özü də buna görə narahatlıq hissi keçirib. “Növlərin mənşəyi” adlı kitabında belə yazmışdır:

“Əgər bir-birini izləyən çox sayda kiçik dəyişikliklə mürəkkəb bir orqanın yaranmasının mümkün olmadığı sübut olunsa nəzəriyyə tamamilə məhvə məhkum olar. Ancaq mən belə bir orqana rast gəlmədim”.

Beləliklə, belə bir əhəmiyyətli nəticə əldə etmiş oluruq: Təbiətdəki bütün canlılar, özümüz də daxil olmaqla dizayn edilmişdir. Bu isə bütün canlılara istədiyi surəti verən, başqa sözlə, təbiətə hakim olan üstün güc və ağıl sahibi Yaradanın var olduğunu göstərir.

Aysel Canan Vəlizadə

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş