www.derinbilgiler.net » Məqalələr » Elmi » Üzümüzdəki barkod sistemi

 
 
 


Üzümüzdəki barkod sistemi

Müəllif: Terish Tarix 13-01-2015, 11:04, Baxılıb: 448

0
Üzümüzdəki barkod sistemi

Supermarketdən aldığınız məhsulların qiyməti onların üstündə yerləşən barkodların kassada oxunması ilə müəyyən edilir. Son illərdə gündəlik həyatımızı asanlaşdırmaq üçün istifadə edilən barkod sisteminin bir bənzəri də insan üzündə mövcuddur.

Uca Allahın bənzərsiz fərqlilikdəki yaratma sənətinin təcəllisi kimi insanların hər biri fərqli üzə malikdir. Ancaq üzlər nə qədər müxtəlif və çox olsa da, tanış birinin üzünü tanımaq bir neçə saniyə çəkir. Bəs bu tanıma prosesi necə baş verir?

Üzün tanınması vizual korteksdə baş verən çox mürəkkəb prosesdir. Bu tanıma prosesinin beyində necə həyata keçdiyini araşdıran elm adamları çox təəccüblü nəticələrlə qarşılaşıblar. Çünki tədqiqatlar beyində insanın üzünü oxuyan barkod sistemini aşkarlayıb. Bu sistemə əsasən:

Əvvəlcə qaşlar, gözlər, dodaqlar kimi üfüqi xətt əmələ gətirən xüsusiyyətləri beyin qavrayır, sonra bu xətlər qara və ağ rənglərdə kodlanır.

Dəri və yanaqlar parlaqlığına görə ağ, dodaqlarımız, qaşlarımız və göz çuxurlarımız da kölgəliklərinə görə qara kodlanır.

Tədqiqatı aparan dr. Dakin: “Bu cür üfüqi məlumat xətləri supermarket barkodlarını xatırladır”, -deyərək bu kod sisteminə diqqət yetirib.

Uca Allahın yaratdığı barkod sistemi beyinin vizual korteksində hərəkətli görüntünün tanınması üçün çox əlverişli modeldir. Birdən çox görüntü beyinin vizual korteksində əməliyyatdan keçirildikdə müxtəlif görüntülər arasından barkodu ayırd etmək asanlaşır və bu sayədə üzün görüntüsü beyində dəyişmir. Buna görə də nə qədər sürətlə hərəkət etsə də, və ya nə qədər çox vizual obyektin olduğu yerdə olsa da, üz dərhal tanınır. Üstəlik, bu tanıma prosesi əsnasında göz mükəmməl aydınlıqda görür. Yüksək sürətlə hərəkət edən cisimlərin olduğu yerlərdə fotokameraların çəkdiyi şəkillərdə görüntünün arxasından uzanan bulanıq yansıma izləri nəzərə çarpır və görüntünün keyfiyyəti pozulur. Ancaq üz nə qədər çox sayda hərəkətli cisimlərin olduğu mühitdə olsa da, həmişə tanınır.

Yaşadığımız kompüter əsrində məhsulların alqı-satqısını asanlaşdıran barkod sistemi uzun illər təhsil almış elm adamlarının mühüm texnoloji icadı hesab edilir. Halbuki, bizim yeni istifadə etməyə başladığımız bu sistem üzümüzdə ilk dəfə yaradıldığımız andan mövcuddur. Şübhəsiz ki, bu barkod sistemi bədənimizin hər yerində qüsursuz yaradılış olduğunu sübut edir. Bu sistem bütün xüsusiyyətləri ilə ağıl, məlumat, ölçmə və dəyərləndirmə kimi prosesləri tələb etdiyinə görə, barkod sistemi kimi nizamlı və qüsursuz sistemin təkamülçülərin iddia etdiyi kimi təsadüfən əmələ gəldiyini düşünmək olmaz. Bədənimizdəki hər sistem kimi bu xüsusi sistem də ən üstün xüsusiyyətlərlə yaradılıb. Uca Rəbbimiz qüsursuz yaratma sənətinin dəlillərini insanlara müxtəlif nümunələrlə göstərir. Rəbbimizin canlı və cansız aləm üzərindəki hakimiyyəti və bənzərsiz yaratması bir ayədə belə bildirilir:

Rəbbiniz olan Allah Odur! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaradan Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! (Ənam surəsi, 102)

Sevinc Haqverdizadə

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.