www.derinbilgiler.net » Məqalələr » Elmi » Uçmaq Texnologiyasına İlham Qaynağı Olan Canlılar

 
 
 


Uçmaq Texnologiyasına İlham Qaynağı Olan Canlılar

Müəllif: Terish Tarix 3-01-2015, 10:55, Baxılıb: 464

0
Uçmaq Texnologiyasına İlham Qaynağı Olan Canlılar

Müasir dövrün texnoloji nailiyyətlərindən biri də, şübhəsiz ki, təyyarələrdir. 19-cu əsrdə təyyarə uçuşu ilə bağlı bir çox təcrübələr həyata keçirilsə də, ilk sınaq 1903-cü ilin mart ayının 14-də Uilbur Rayt tərəfindən həyata keçirilərək, 32 m məsafə qət edildi. Uilbur Raytdan əvvəl bir çox elm adamları buna cəhd etsələr də, müvəffəq ola bilməmişdilər. Bundan sonra da təyyarələr üzərində müxtəlif tədqiqatlar apararaq bugünkü ən yüksək texnologiyaya sahib təyyarələri hazırlaya bildilər. Həyatımızı daha da rahatlaşdıran təyyarələr milyon illərdən bəri təbiətdə mövcud olan, üstün uçuş texnologiyasına malik olan və hər birimizin yaxından tanıdığı arılar vasitəsi ilə daha da təkmilləşədirilə bilər. Təyyarələr aeorodinamik möcüzələrə sahib canlılarla müqayisə edildiyi zaman ən inkişaf etmiş uçuş vasitəsi belə quşların kobud təqlidindən başqa bir şey deyil. Elm adamları canlıların mükəmməl xüsusiyyətlərini təqlid edərək daha təkmil uçuş texnikaları əldə etməyi hədəfləyir.

Akrobat Bal Arıları:

Arıların gözlərində 3.000-4.000 kiçik büllur göz var. Hər büllurda da birdən çox qəbul edici mövcuddur. Ortadakı büllur kənardakı büllurlardan daha genişdir. Buna görə də, arılar önlərini daha yaxşı görürlər. Bir mikron böyüklüyündəki bu kiçik qəbuledicilər xüsusi optik sistemə malikdir. Çünki arı gözləri UV şüasına qarşı həssasdır və görünən işığın polyarizasiyasını qəbul edə bilir.

Arıların gözlərinin polyarizasiya işığı qəbul etməsi, istiqaməti tapmaq üçün də çox xüsusi ünsiyyət əlaqəsi təmin edir. İstiqamətlərini polyarizasiya işığına görə tapan arılar qida qaynağını tapdıqdan sonra yuvasına qayıdıb digər arılara qida qaynağının uzaqlığını və istiqamətini bildirmək üçün xüsusi koddan (rəqs) istifadə edirlər. Bu ünsiyyət arıların çox mükəmməl qəbul etmə sisteminə sahib olduğunu göstərir.

Bal arılarının gözlərindəki optik dizaynı nümunə götürən elm adamları kompleks manevrlər edə bilən naviqasiya sistemləri hazırlayırlar.

Yuxarıda iki texnologiyanı müqayisə etdik: Biri təyyarələr, digəri isə uçmaq qabiliyyətinə malik arılar... Biri sizə təyyarələri göstərib, bunun təsadüfən yarandığını desə, sözsüz ki, ağlından şübhə edərsiniz. Dünyada mövcud olan bütün canlılardan ən ağıllı olmağımıza baxmayaraq, bu sahədə illərin bilik və təcrübəsi olmasa, təyyarə düzəldə bilmərik. Bəs arılar bu qabiliyyətə necə yiyələniblər?

Canlılar müasir texnologiyanın bütün imkanlarına baxmayaraq, hələ tam təqlid edilə bilməyən kompleks sistemləri ilə dünyada həyatın gələcəyini zəmanət altına ala bilən sirlərə sahibdirlər. Üstəlik, bu milyonlarla ildir belədir. Çünki canlıların hamısını uca Allah`ın yaratdığı qüsursuz əsərlərdir. Allah heyranlıq oyandırıcı sənətini insanların görə bilməsi, görüb üzərində düşünməsi üçün onları belə ehtişamlı şəkildə yaradıb.

Aygün İbrahim

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.