www.derinbilgiler.net » Məqalələr » Elmi » Dənizdə 113 milyon illik texnologiya

 
 
 


Dənizdə 113 milyon illik texnologiya

Müəllif: Terish Tarix 1-01-2015, 13:32, Baxılıb: 397

0
Dənizdə 113 milyon illik texnologiya

Müasir dövrümüzdə texnologiya çox sürətlə inkişaf edir. Ancaq heç düşünmüsünüzmü, istifadə etdiyiniz bir çox texnoloji məhsul məhz təbiətdə qüsursuz şəkildə yaradılmış canlılar örnək alınaraq hazırlanıb. Ağlınızda belə bir sual yarana bilər: Canlıların necə texnologiyası ola bilər?

Canlıların sahib olduğu texnologiya bizim düşündüyümüzdən qat-qat üstün texnologiyadır. İlk nüvbədə canlılar qüsursuz şəkildə dizayn olunublar, yaşamaları üçün lazım olan bütün detallarla təmin ediliblər.

Təbiətdəki dizaynlar ən az məmulatdan istifadə edərək maksimum səmərə verirlər, öz-özlərini təmir edə bilirlər, yenidən istifadə oluna bilir və təbiət dostudurlar. Səssiz işləyir, estetik, dözümlü və uzun ömürlüdürlər.

Təbiətdəki dizaynlar olduqca qüsursuz və mükəmməl quruluşa sahibdirlər. Bu dizaynları təqlid etmək və örnək almaq isə insanları davamlı daha yaxşı texnologiyaya sahib olmağa yönəldir. Və insanlar təbiətdəki canlıların bu xüsusiyyətlərindən faydalanmağa son illərdə başlayıblar.

Bu sahədə təqlid olunan canlılar olduqca çoxdur. Bu meqalədə bunlardan biri haqqında melumat vereceyem: Nautilus

Bu canlı təqlid edilərək sualtı qayıqlar istehsal olunub. Sualtı qayıqların işləmə prinsipini bilirsiz: Əgər sualtıqayıqdakı su təzyiqli hava ilə boşaldılsa, sualtı gəmi yenidən suyun üzünə çıxar.

Nautilus da eynilə bu cür hərəkət edir. Nautilusun bədənində 19 sm ölçüsündə ilbizin xitin örtüyünə bənzər bir orqan var. Bu orqanda bir-biri ilə bağlı olan 28 ədəd «dalma hüceyrələri» var. Ancaq bu, suyun boşaldılması üçün kifayət etmir, əlavə olaraq təzyiqli havaya da ehtiyac var. Bəs onda nautilus suyu boşaltmaq üçün lazım olan sıxılmış havanı haradan alır?

Nautilusun bədənində biokimyəvi yolla xüsusi qaz əmələ gəlir və bu qaz qan dövranı vasitəsilə hüceyrələrə çatdırılaraq hüceyrələrdən suyun çıxmasını təmin edir. Nautilus ovlanmaq təhlükəsi ilə qarşılaşdıqda düşmənlərindən qaçmaq üçün bu şəkildə suyun dibinə enə və ya üzə çıxa bilir.

Bir sualtı gəmi yalnız 400 metr dərinliyə enə bildiyi halda, nautilus üçün 4000 metr dərinliyə enmək çox asandır. Bu dərinlik bir çox canlı üçün təhlükəlidir. Nautilus isə bu vəziyyətdən təsirlənmir, xitin təbəqəsi təzyiqdən parçalanmır və bədəni heç bir zərər görmür.

Və bu gün paleontoloji qazıntılar zamanı 113 milyon il yaşı olan Nautilus fosili tapılır. Bu qalıqlar canlının müasir dövrümüzdəki Nautiluslarla tamamilə eyni quruluşa malik olduğunu sübut edir. Təkamül nəzəriyyəsi canlıların milyon illər ərzində dəyişiklik keçirib yeni növlər əmələ gətirdiyini və canlıların bir-birlərindən təkamül edərək yarandığını iddia edir. Canlının dövrümüzdə tapılan daşlaşmış qalığı isə milyon illər keçsə də, onun heç bir dəyişiklik, dolayısı ilə təkamül keçirmədiyini göstərir. Canlı sahib olduğu bütün texniki xüsusiyyətləri ilə üstün güc sahibi olan Allah tərəfindən yaradılmışdır.

Aysel Canan Vəlizadə

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş