www.derinbilgiler.net » Məqalələr » Elmi » Kompüterlərdən sürətli işləyən arılar

 
 
 


Kompüterlərdən sürətli işləyən arılar

Müəllif: Admin Tarix 19-01-2013, 16:21, Baxılıb: 951

0
Kompüterlərdən sürətli işləyən arılar


Kompüterlər ünsiyyət, əlaqə, məlumat əldə etmə, mühəndislik və axtarış başda olmaqla gündəlik həyatın bir çox sahəsində istifadə edilir. Müasir dövrümüzdə bir çox problemin həllində də kompüterlər əsas rol oynayır. Gediləcək yerə çox az zamanda və ən qısa yoldan çatılması üçün də yenə kompüterlərə müraciət olunur. Yəni, kompüterlər bu mürəkkəb riyazi hesablamaların həlli üçün bütün yolların uzunluğunu müqayisə edib ən qısa olanı seçirlər.Bunu isə heç vaxt sürətli edə bilmirlər. Ancaq 1neçə qr ağırlıqda beyinə sahib olan arılar kompüterlərdən fərqli olaraq, gedəcəkləri ən qısa yolu heç bir köməkçi vasitə olmadan çox az müddətdə tapa bilirlər. Çünki yemək axtaran arılar kompüterlərin həll etməyə çətinlik çəkdiyi ən qısa yolu çox az müddətdə tapmağı hər gün nizamlı olaraq həll edirlər. Arılar hər gün çox fərqli bölgələrdəki çiçəkləri ziyarət edir, uçmaq üçün çox enerji sərf edirlər və buna görə də uçuşlarını minimuma endirə bilən yolu tapırlar. Beləliklə ilk olaraq çiçəklərin yerlərini təsbit edirlər. Sonra enerjiyə və vaxta qənaət etmək üçün ən asan yolla uçmağı dərhal öyrənirlər.

Rəbbin bal arısına belə təlqin etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin (səndən ötrü) asanlaşdırdığı yollarla get”. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. Nəhl surəsi 68-69

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş