www.derinbilgiler.net » Məqalələr » Elmi » Kəpənəklərin maraqlı xüsusiyyətləri

 
 
 


Kəpənəklərin maraqlı xüsusiyyətləri

Müəllif: Admin Tarix 11-01-2013, 05:26, Baxılıb: 1093

0
Kəpənəklərin maraqlı xüsusiyyətləri


Kəpənəklərin bədəninin dizaynı hər cəhətdən qüsursuzdur. Kəpənəklər çiçəklərdəki nektarla qidalanırlar. Kəpənəklərin çoxunda isə çox dərində olan nektarı sora bilmələri üçün proboscis adlı uzun orqan vardır. Proboscis çiçəklərdəki nektarı və ona bənzər maye qidaları sormaq, su içmək üçün istifadə edilən uzun dildir. Kəpənəklər bu uzun dillərini istifadə etməyəndə içlərinə tərəf yığırlar. Bu dil yığılmadığı vaxt isə kəpənəyin boyundan 3 dəfə daha uzun ola bilir.

Kəpənəklərin də digər həşəratlarda olduğu kimi, bədənlərini xaricdən əhatə edən skelet sistemi vardır. Bu xarici skelet quruluşu yumşaq toxumaya bağlı sərt təbəqələrdən əmələ gəlir və zirehli paltara bənzəyir. Bu sərt təbəqə isə "kitin" maddəsindən yaranır və yaranması da xeyli maraqlı proseslər nəticəsində reallaşır. Bildiyimiz kimi, kəpənək tırtılları mürəkkəb metamorfoz müddəti keçirirlər. Tırtıl əvvəlcə pupa , daha sonra isə pup kəpənəyə çevrilir. Bu çevrilmə zamanı qanadlarda, bığcıqlarda, qıçlarda və digər orqanlarda kiçik dəyişikliklər baş verir. Uçuş əzələləri, qanadlar və bunlar kimi fərqli hüceyrələr də dəyişmənin hər mərhələsində özlərini təkrar nizamlayırlar. Bunlarla birlikdə həm də demək olar ki, hər sistemdə (həzm sistemi, ifrazat sistemi , tənəffüs sistemi və bunlar kimi) dəyişiklik olur.

Kəpənəklərin bu dizayn müxtəlifliyi üstün güc sahibi Allaha aiddir. Allah hər canlıya ehtiyacı olan xüsusiyyətləri verəndir.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş