www.derinbilgiler.net » Məqalələr » Elmi » Qurbağaların tullanma qabiliyyəti

 
 
 


Qurbağaların tullanma qabiliyyəti

Müəllif: Admin Tarix 22-12-2012, 22:42, Baxılıb: 649

0
Qurbağaların tullanma qabiliyyəti


Qurbağalar çox uzun məsafələri asanlıqla tullanaraq qət ədə bilən mükəmməl tullanma xüsusiyyətlərinə sahib canlılardır.

Bəs qurbağalar daha əvvəl heç məşq etmədikləri halda necə tullanırlar və bu zaman niyə yorulmurlar?

Müasir dövrdə olimpiadalarda uzun məsafəyə tullana bilmək üçün atletlər uzun illər məşq edir, əzələlərini tullanmağa hazırlayırlar. Çünki tullanmaq bütün bədən əzələlərinə ağırlıq yükləyən hərəkətdir. Bədənin bütün əzələlərini birdən-birə çalışdırmağı tələb etdiyindən həm çox ciddi enerji itirilir, həm də olduqca yorucudur. Lakin insan üçün çox yorucu olan bu hərəkət çox kiçik qurbağa üçün olduqca adi və xeyli asandır. İnsan bir neçə dəfə tullandığında təngnəfəs olarkən, qurbağa bunu etdiyində heç yorulmur.

Boyları ilə müqayisə edilən bəzi qurbağalar heyranlıq oyandıracaq qədər uzaq məsafələrə tullana bilirlər. Qurbağaların bu tullanma qabiliyyəti Brown Universitetindən araşdırmaçıların diqqətini cəlb etmiş və qurbağaların tullanmasını filmə çəkmişlər. Sonra xüsusi X şüası texnologiyası ilə qurbağaların əzələlərinin necə işlədiyini araşdırmışlar.

Brown Universitetindən qurbağa tullanışının biomexanikasını araşdıran Henry Astley "Əzələlər tək başına bu qədər yaxşı sıçrayışlar edə bilməz" - deyərək qurbağa tullanışındakı möcüzəvi vəziyyətə diqqət çəkmişdir.

Aparılan ətraflı araşdırmalar nəticəsində qurbağa vətərlərinin təzyiqlə çölə fışqıran su mənbəyi kimi çalışdığı təsbit edilmişdir. Tullanışın sirri "dartılan vətər" xüsusiyyətidir. Tullanmağa hazırlanarkən vətərlər dartılır və tullanma əsnasında da geri çəkilir. Tullanmazdan əvvəl ayaq əzələləri qısalır və vətərlərə enerji yüklənilir, daha sonra hər vətər özünə yüklənən bu enerjini təzyiqlə ataraq qurbağanı sıçradır. Bu təzyiq o qədər qüvvətlidir ki, qurbağanı çox uzaqlara ata bilir. Təzyiqi meydana gətirmək üçün qurbağanın bədən çəkisinin dörddə biri qədər ağırlıq ayaqlarında yığılır. Başqa sözlə desək, vətərlərin bu dartılan və təzyiqlə geri atan xüsusiyyəti olmasa, ağac təpələrində və su üzərindəki yarpaqlarda yaşayan qurbağalar həyatlarını davam etdirə bilməzlər.


Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş
 
.
ido.