www.derinbilgiler.net » Məqalələr » Elmi » İnsan bədəni mütənasib şəkildə necə böyüyür?

 
 
 


İnsan bədəni mütənasib şəkildə necə böyüyür?

Müəllif: Admin Tarix 22-12-2012, 21:45, Baxılıb: 1030

0
İnsan bədəni mütənasib şəkildə necə böyüyür?


Minlərlə kimyəvi və fiziki hadisə bədəninizin dərinliklərində insanın məlumatı və iradəsi xaricində reallaşır. Məsələn, insan boyunun uzunluğu, orqanlarının böyüklüyü ilə bağlı qərar verə bilməz. Bunları hipofiz vəzi tərəfindən ifraz olunan böyümə hormonu yerinə yetirir. Böyümə prosesi iki fərqli şəkildə reallaşır. Bəzi hüceyrələr həcmlərini artırırlar, bəzi hüceyrələr də bölünərək çoxalırlar. Böyümə hormonu bütün bədən hüceyrələrinə təsir edir. Hər hüceyrə hipofiz vəzindən özünə gələn mesajın mənasını bilir. Əgər böyüməsi lazımdırsa böyüyür, bölünərək çoxalması lazımdırsa çoxalır. Məsələn, yeni anadan olmuş körpənin ürəyi yetkin insanın ürəyinin təxminən 16-da biri (1/16) qədərdir. Buna baxmayaraq, bütün hüceyrələrin sayı yetkin insanın ürəyindəkilərlə eynidir. Böyümə hormonu inkişaf dövründə ürək hüceyrələrinə tək-tək təsir edir. Hər hüceyrə böyümə hormonunun özünə əmr etdiyi qədər inkişaf edir. Beləcə ürək böyüyərək yetkin bir insan ürəyi halına gəlir.

Bədəndə olan digər hüceyrələr (məsələn, əzələ və sümük hüceyrələri) inkişaf dövrü zamanı bölünərək çoxalırlar. Bu hüceyrələrə nə qədər bölünmələri lazım olduğunu bildirən yenə böyümə hormonudur. Bu, olduqca möcüzəvi prosesdir. Çünki hipofiz adlı, noxud böyüklüyündə bir ət parçası, bədəndə olan bütün hüceyrələrə hökm edir və bu hüceyrələrin həcmcə və ya bölünərək böyümələrini təmin edir. Bu hüceyrələrin insan bədənini xaricdən görmələrinə, bədənin nə qədər böyüməsi və hansı mərhələyə gəldikdə dayanmalı olduğunu bilmələri qeyri-mümkündür. Bu qüsursuz sistem ilə böyümənin və bu hormonun ifraz olunmasının hər mərhələsi nəzarətdə saxlanır.

Haqqında danışdığımız hüceyrələr ağlı, şüuru olmayan zülallardan ibarətdir. Vicdan sahibi hər insan bütün bu əməliyyatları hüceyrələrin həyata keçirmədiyini bilir. Hüceyrələrə nə qədər böyümələri lazım olduğunu ilham edən sonsuz ağıl sahibi olan Allahdir.

Daha sonra nütfədən laxtalanmış qan yaratdıq, sonra o qandan bir parça ət yaratdıq, sonra o bir parça ətdən sümüklər yaratdıq, sonra da sümükləri ət ilə örtdük. Sonra da onu başqa bir məxluq tək xəlq etdik. Yaradanların ən yaxşısı olan Allah nə qədər xeyirxahdır! Muminun surəsi 14




Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş