www.derinbilgiler.net » Məqalələr » Elmi » Yüz illərlə saxladığımız halda cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir?

 
 
 


Yüz illərlə saxladığımız halda cücərməyən toxumlar nə üçün torpağa atıldıqda cücərir?

Müəllif: Admin Tarix 10-12-2012, 22:10, Baxılıb: 1163

0
Yüz illərlə saxladığımız halda cücərməyən toxumlar nə üçün  torpağa atıldıqda cücərir?


Toxumların yuxu dövrünün ilk mərhələsi qurutma ilə başlayır. Toxum, toxumalardan suyu itirərək yuxuya gedir. Canlı bitki toxumlarında 90-95% su olduğu halda, yuxu dövründə olan toxumların toxumalarında 5% və ya ən çox 15% qədər su olur. Bu proses müəyyən sıralama ilə genetik nəzarət altında baş verir. Bu prosesin həyata keçməsində əsas faktor Abscisic acid adlandırılan hormondur. Bu hormon bitkinin böyüməsinə mane olan hormonlardan biridir. Bu hormona görə toxumda olan funksiyalar zəifləyir. Yuxu dövründə olan toxumun hüceyrələrində tənəffüs xeyli zəifləyir, qidalanma və inkişaf da baş vermir. (Françoise Brenckmann, Grains de Vie, s. 68)

On illərlə, hətta əsrlərlə yuxu dövründə qalan və sonra cücərən toxumlar var. Bu yuxu dövrü bitkilərin nəsillərini davam etdirmələri üçün olduqca vacibdir. Bitkilərin çətin şərtlərdə həyatlarını davam etdirə bilmələri üçün belə bir mexanizmin varlığı zəruridir. (Advanced Plant Physiology, Malcolm B. Wilkins, s. 462)

Bəs bu qədər vacib olan xüsusiyyət necə ortaya çıxmışdır? Şərait pisləşəndə bitki toxumları torpağın altında bundan necə xəbərdar olur və tədbir alırlar? Toxumun nə gözləri, nə saatı, nə də sinir sistemi vardır. Bu halda bitki yuxu dövründən oyanma vaxtının gəldiyini necə hesablayır?

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.
kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş kod dostu yeşil paylaş