www.derinbilgiler.net » Məqalələr » Elmi » Bizim yaşaya bilməyimiz üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir qrup hüceyrə necə bilir?

 
 
 


Bizim yaşaya bilməyimiz üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir qrup hüceyrə necə bilir?

Müəllif: Admin Tarix 5-12-2012, 01:09, Baxılıb: 980

0
Bizim yaşaya bilməyimiz üçün nə qədər oksigenə ehtiyacımız olduğunu bir qrup hüceyrə necə bilir?


Nəfəs alıb verməyinizə heç zaman nəzarət etmirsiniz. Çünki bəzi hüceyrələriniz bunu sizin yerinizə edir. Əgər nəfəs alıb verməyimiz bizim nəzarətimiz altında olsaydı, nəfəs almağı unutduğumuzda, yuxuya getdiyimizdə, ya da başqa bir işlə məşğul olduğumuzda nəfəs çatışmazlığından ölə bilərdik.

Hər insan üçün çox vacib olan nəfəsalma prosesi tənəffüs mərkəzi tərəfindən təşkil edilir. Bu mərkəz bir mərcimək dənəsi böyüklüyündə olub beynimizin sadəcə bir uzantısı olan "beyin sapı" adlanan yerdədir və ən əsas üç qrup sinir hüceyrəsindən meydana gəlir:

Birinci qrup hüceyrələr tənəffüsün əsas ritmini təyin edirlər və havanı almaq üçün əmr verirlər. Beləcə ehtiyacımız olan havanı içimizə çəkirik.

İkinci qrup hüceyrələr isə tənəffüsün sürətini və digər prosesləri təyin edirlər. Ancaq ikinci qrup hüceyrələr işə düşdükdə birinci qrup hüceyrələrin fəaliyyəti bir siqnalla dayandırılır. Beləliklə ağciyərin hava ilə dolmasına nəzarət edilir və nəfəs alıb verməyimiz sürətlənir.

Üçüncü qrup hüceyrələr isə normal nəfəs aldığımız zaman aktiv deyildirlər. Ancaq çoxlu nəfəs alıb-verməyimiz lazım olduğu zaman aktiv olurlar və qarın əzələlərimizə siqnal göndərərək tənəffüs sisteminə qatılırlar.

Bizim nəfəs alıb verməyimizin məqsədi qandakı oksigenin və karbondioksid miqdarının müəyyən bir nisbətdə qala bilməsi üçündür. Bu nisbətdəki dəyişikliklər isə tənəffüs sistemindəki bir qrup hüceyrəni hərəkətə keçirir və tənəffüs sistemində olan mənfi dəyişiklikləri lazım olan səviyyəyə qüsursuz tarazlıqla çatdırırlar.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.