www.derinbilgiler.net » Məqalələr » Elmi » Fillərin qeyri-adi qabiliyyətləri

 
 
 


Fillərin qeyri-adi qabiliyyətləri

Müəllif: Admin Tarix 2-12-2012, 01:25, Baxılıb: 772

0
Fillərin qeyri-adi qabiliyyətləri


Bir fil gün ərzində təxminən 75-150 kq yemək yeyə bilir və 150-300 litr su içə bilir. Fillər əsasən yarpaqlarla, ağac qabıqlarıyla, meyvələrlə, otlarla və bitkilərlə qidalanırlar. 24 saatlıq bir günün 70-90%-ni ya qidalanaraq, ya da bir yemək qaynağına doğru hərəkət edərək keçirirlər.

Fillər özlərinə yeni qida qaynaqları tapmaq üçün yağışlı bölgələrə köçürlər. İstiqamətlərini necə təyin etdikləri, köç vaxtını necə və neyə görə təyin etdikləri, o an necə xəbərləşdikləri aparılan araşdırmalara baxmayaraq, hələ də tapılmayıb.

Bu araşdırmaların nəticəsi olaraq, fillərin günəşdən, aydan, ulduzlardan, dağlardan, çaylardan və bu kimi işarələrdan istifadə etdikləri, günlərin uzunluğu, istilik, külək, nəm kimi iqlim dəyişmələrindən faydalandıqları düşünülür. Baxmayaraq ki, bədənlərində bunlardan faydalanmalarını təmin edəcək hər hansı bir orqan, ya da bir sistem hələ də tapılmayıb və bu mövzuda yalnız bir neçə fərziyyə irəli sürülmüşdür. Fillərin çox yaxşı qoxu hiss etməsini və küləyin istiqamətini təyin edə biləcək qədər həssas bir dəriyə sahib olmalarının da köç zamanı böyük rol oynadığı düşünülür.

Bütün bu fərziyyələr və araşdırmalar bir nöqtədə nəticələnir. Bu canlıların səma cisimlərinin mövqelərini şərh edərək özlərinə bir istiqamət təyin etmələri, onların bu informasiya toplusuna və şərh etmə qabiliyyətlərinə sahib olmalarını tələb edir. İstiqaməti təyin etməkdə ixtisaslaşmış insanlar illərlə riyaziyyat və fizika elmini öyrənməyə ehtiyacları olarkən, heyvanlar yaradıldıqları ilk andan etibarən xəritəyə, saniyəölçənə, maqnitli kompasa, cədvəllərə və ya qrafiklərə ehtiyacları olmadan hərəkət edirlər və yollarını da heç çaşmadan tapa bilirlər.

Bölmə: Məqalələr » Elmi

Hörmətli İstifadəci, Zəhmət Olmasa Sayta Daxil Olun.
İstifadəci Adınız Yoxdursa Zəhmət Olmasa Qeydiyyatdan Kecin.